GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovla bağlı daha bir şok

Eldar Mahmudovla bağlı daha bir şok

Tarix: 9-12-2016, 14:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 590
Eldar Mahmudovla bağlı daha bir şok

Azərbaycanı qarışdıran terrorçunu həbsdən necə qaçırıb?

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etmiş Eldar Mahmudovun film kimi cinayətləri hər kəsə bəllidir

Onun ölkədə bir sıra dini qruplaşmaları qeyri-rəsmi himayə etdiyi barədə məlumatlar da kifayət qədər yayılıb. Lakin məhz radikal dini qruplaşmalara himəyadarlıq etməsiylə bağlı konkret faktlar demək olar ki, yox səviyyəsindədir.

Əldə olunan məlumatlar isə sabiq nazirin bu sahədə kifayət qədər təcrübəyə malik olduğunu, ən təhlükəli şəxslərlə belə, maddiyyət qarşılığında sövdələşməyə getdiyi faktını ortaya qoyur. Təqdim etdiyimiz material onun bir terrorçunu necə həbsdən azad etdirib, ölkəsinə qaytarması və yenidən terror fəaliyyətinə qoşulmasına şərait yaratmasından bəhs edir.

...Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl "Binə” Ticarət Mərkəzinin yaxınlığında bir terrorçunun - 1978-cı il təvəllüdlü Cami Emin Əzizağa oğlunun məhv edildiyi barədə məlumat yaymışdı. Məlum olmuşdu ki, DTX Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirib və sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib. Bu zaman isə o, əməliyyatçılar tərəfindən son anda məhv edilib.

Eldar Mahmudovla bağlı daha bir şok

Öldürülən terrorçunun kimliyi araşdırılanda onun daha əvvəl bu fəaliyyətinə görə həbs edildiyi bəlli olur. Belə ki, Emin Cami hələ 2007-ci ildə MTN "Meşə qardaşları”nı zərərsizləşdirərkən, qanunsuz silahlı birləşmənin 17 üzvündən biri kimi həbs edilibmiş. Onunla yanaşı həmin vaxt adıçəkilən terrorçu qruplaşmanın lideri qismində isə Səudiyyə Ərəbistanının vətəndaşı, «Əl-Qaidə» və «Əl-Cihad» beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan "Əbu Cəfər” ləqəbli Naif Əbdül Kərim əl-Bədəvi qandallanıb. 1 il sonra - 2008-ci ildə Azərbaycanda "Əbu Bəkr” adı ilə tanınan Cümə məscidi partladılır. Məlum olur ki, məsciddə 2 nəfərin ölümünə səbəb olan partlayışı "Əbu Cəfər"in dəstə üzvləri, yəni Bədəvinin adamları. Bundan sonra onun cəzası bir qədər də ağırlaşdırılır.

Ərəb əsilli terrorçu "Əbu Cəfər” əl-Bədəviyə dəstə başçısı kimi Azərbaycanda 14 il azadlıqdan məhrumetmə cəzası verilir. Lakin bu beynəlxalq terrorçu həbs müddətinin sonuna qədər türmədə qalmır. Bəli, çox təhlükəli hesab olunan terrorçu o zamanın fövqəlgücə malik olan naziri Eldar Mahmudovun dəstəyi ilə Azərbaycanın dəmir barmaqlıqları arasından canını qurtara bilir.

Məlumata görə, "Əbu Cəfər”in beynəlxalq himayədarları Eldar Mahmudovla kontakta girərək onu həbsdən və Azərbaycandan çıxarmağın yollarını müzakirə edirlər. Və nəhayət, 2013-cü ildə bu yol tapılır.

Terrorçu Azərbaycandan Səudiyyə Ərəbistanına ekstradisiya olunur. Məsələnin ən ilginc tərəfi bundan ibarətdir ki, o vaxt ölkələr arasında "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş" olmayıb. Yəni Bədəvinin ekstradisiyası qanunsuz edilib.

Araşdırma zamanı məlum olur ki, bu ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində "Cinayətkarların ekstradisiyası və məhkum edilmiş şəxslərin təhvil verilməsi üzrə saziş"in, eləcə də "Azərbaycanla Səudiyyə Ərəbistanı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol"un imzalanmasına 2013-cü ilin dekabr ayında razılığa gəlinib. Lakin həmin il bu sənəd imzalanmayıb. Görünür, əvvəlcə beynəlxalq terrorçunun qanuni yolla Azərbaycanda həbsdən azad edilib ölkəsinə ekstradisiyasına çalışılıb, amma bu proses axıra çatdırıla bilməyib. Buna baxmayaraq, aidiyyəti qurumlara Mahmudovun təzyiqi nəticəsində terrorçu öz ölkəsinə təhvil verilib. Əlbəttə ki, bu ciddi qanun pozuntusu "quru salam-saq ol”a görə olmur.

İddiaya görə, bu razılaşmanın əldə edilməsinə görə sabiq nazir Eldar Mahmudov nə az, nə çox, 800 min dollar məbləğində pul alır. Həmçinin o da iddia olunur ki, E.Mahmudov bu razılaşmadan öncə bir neçə dəfə Səudiyyə Ərəbistanının Bakıdakı səfiri ilə mütəmadi görüşüb, müəyyən məsələlərdə qarşılıqlı anlaşma olub.

Yuxarıda qeyd etdiyimiz razılaşmadan sonra isə Azərbaycanda 14 il azadlıqdan məhrum edilmiş terrorçu ölkəsinə - Səudiyyə Ərəbistanına ekstradisiya edilib. Ən şokedici detal isə ondan ibarətdir ki, bu şəxs hazırda azadlıqdadır. Qeyri-qanuni ekstradisiya baş verəndə beynəlxalq terrorçunun 8 ilə yaxın bitməmiş cəzası qalıb. Lakin o, ölkəsinə aparılandan qısa müddət sonra azadlığa çıxır və fəaliyyətə başlayır.

Bütün bunlar barədə saytımızı məlumatlandıran şəxs iddia edir ki, "Əbu Cəfər” ləqəbli Naif Əbdül Kərim əl-Bədəvi hazırda Rusiyadadır və əvvəlki fəaliyyətini davam etdirir. Onun əvvəlki fəaliyyəti isə Cənubi Qafqazda radikal dindarları ətrafına cəlb etmək və vəhhabi terrorçular vasitəsilə Azərbaycan kimi siyasi sabitliyin hökm sürdüyü ölkələrdə gərginlik yaratmaq, terror aktları hazırlamaqdan ibarətdir (terrorçunun qeyd etdiyimiz istiqamətdə fəaliyyəti həbs olunanda ona qarşı sürülən rəsmi iddiada qeyd olunub - red).

Görünür, son vaxtlarda bir-birinin ardınca baş verən terrorla bağlı hadisələr də bu fəaliyyətin nəticəsidir.

Son olaraq bir məlumatı da əlavə edək ki, terrorçu həbsdən əvvəl də Rusiyada yaşayıb və əsas işləri oradan yönəldib. O, Rusiya vətəndaşı olan bir xanımla evlidir və hazırda da onunla yaşadığı bildirilir.

Mahmud

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI

    Həyat yoldaşı Eldar Mahmudovun “ölümündən” DANIŞDI ...

    20-06-2016, 21:28

  • 
  • Eldar Mahmudov öldü?

    Eldar Mahmudov öldü? ...

    17-06-2016, 22:23

  • 
  • Radikal qruplaşmalarla bağlı fövqəladə toplantı

    Radikal qruplaşmalarla bağlı fövqəladə toplantı ...

    12-02-2014, 14:22

  • 
  • Mübariz Mənsimovun Eldar Mahmudovla şok əlaqələri üzə çıxdı - FOTOLAR

    Mübariz Mənsimovun Eldar Mahmudovla şok əlaqələri ...

    23-11-2015, 20:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu