GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəmkirdə icra başçısının təsir imkanı tükənib

Şəmkirdə icra başçısının təsir imkanı tükənib

Tarix: 19-12-2016, 00:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 637
Şəmkirdə icra başçısının təsir imkanı tükənib

Hələ bir müddət bundan əvvəl, ölkənin müdafiə naziri Zakir Həsənovla icra başçısının arasında ciddi problem əmələ gəlir ki, həmin vaxt da müdafiə naziri ona yerini göstərir

Şəmkirin başıbəlalı icra başçısı haqda bu günədək ayrı-ayrı mətbu orqanlarda silsilə tənqidi açıqlamalar işıq üzü görüb, rayonu ağuşuna alan çoxsaylı problemlərin varlığı və digər olaylar barədə məlumatlar, hər kəsin diqqətinə də çatdırılıb. Ümumiyyətlə, Alimpaşa Məmmədovun 08 oktyabr 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı “post”una təyinatı və onun vəzifəsinin icrasına başladığı vaxtlardan sonra atdığı addımlar, zaman-zaman müəyyən söz-söhbətə də səbəb olub. İcra başçısının iş prinsipi haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, bu şəxsin adı daha çox iclasbaz vəzifə sahibi olaraq hallanmaqdadır. Çünki, o, iclaslar keçirən zaman saatlarla danışır və danışdıqca da sanki özü üçün həzz alır. İcra başçısının qəbul günlərində vəziyyət daha dözülməz olur. Çünki, keçmişdə tamadalıq edən və ifaçılığa xüsusi həvəsi olan bu şəxs, icra başçısı “post”una təyinatından sonra da, adət etdiyi vərdişindən heç cür əl çəkmir. Belə olan halda rayon sakinləri, qəbuluna gəldiyi vəzifə sahiblərini saatlarla gözləməli olurlar. Son anda da həlli vacib olan problemlərin üstünə yeni-yeni problemlər gəlir ki, bunun da zərbəsini daha çox sadə sakinlər çəkirlər.
Alimpaşa Məmmədov icra başçısı vəzifəsinə təyinatından əvvəl, vergilər nazirliyinin müxtəlif strukturlarında mühüm vəzifələr daşıyıb. Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsi daşıyan zaman, onun Fazil Məmmədovun “vuran əli” hesab olunduğu da bildirilir. Sumqayıtda çalışarkən isə, “sahibkarların qənimi” imicini qazanan Alimpaşa Məmmədov, az sonra Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsini daşıyır. Bir sözlə, onun bu nazirliyin müxtəlif strukturlarında çalışması və zaman-zaman da Fazil Məmmədov tərəfindən himayə olunması da danılmaz həqiqətdir.

Əslən Salyan rayonundan olduğu bildirilən bu şəxsin vəzifə pilləsinə yüksəlişinin xüsusi özəllikləri də olub. Müxtəlif mənbələrə və ayrı-ayrı xəbər portallara istinadən verilən məlumatlarda bildirilir ki, Alimpaşa Məmmədov bir neçə il bundan əvvəl keçirilən toy şənliklərinin birində tamadalıq və ifaçılıq edərkən, məclisdə Vergilər Naziri də iştirak edir. Həmin məclis, məhz onun vəzifə kürsüsünə yüksəlməsinə də səbəb olur. Belə ki, verilən məlumatlarda o da vurğulanır ki, toy şənliyində fürsəti əldən verməyən bügünkü icra başçısı Fazil Məmmədova yaxınlaşaraq onda iş istəyir və belə bir yolla da onun iş məsləsinin əsası qoyulur.
Məlumatli mənbə onu da bildirir ki, bu gün Fazil Məmmədov vaxtilə atdığı addımına görə peşmandır. Çünki, səs-küylü idarəçilyi ilə vergilər nazirinin etimadını itirən icra başçısının, hal-hazırda öz ətrafı və digər vəzifə sahibləri ilə də yaxşı münasibətdə olmadığı bildirilir. Onun başçı təyinatından sonra bir-birinin ardınca yol verdiyi “qrex”ləri isə, olan-qalan nüfuzunun itməsi ilə nəticələnməkdədir. Alimpaşa Məmmədovun atdığı “müştəbeh addımlar”, təqribən 220 mindən çox əhalisi olan Şəmkir sakinlərini çoxsaylı problemlərlə də üz-üzə qoyub. Adicə bir faktı misal çəkək. Hələ bir müddət bundan əvvəl, ölkənin müdafiə naziri Zakir Həsənovla icra başçısının arasında ciddi problem əmələ gəlir ki, həmin vaxt da müdafiə naziri ona yerini göstərir.
Hələ bu azmış kimi, Şəmkirə yeni polis rəisi təyin olunan vaxtlarda, icra başçısı ilə polis rəisi arasında yaşanan qarşıdurma, xeyli müddət ərzində müzakirə mövzusuna da çevrilir. Belə ki, müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, yeni polis rəisi Cəmil Əmirovun təqdimatından sonra, Alimpaşa Məmmədovun sədrliyi ilə toplantı keçirilir. Toplantı başlanmazdan öncə yeni polis rəisi xəbər tutur ki, iclas zamanı sədarətdə yalnız başçının özü oturmaq istəyir. O, icra başçısının belə bir addımına qəti etirazını bildirir və son anda da istəyinə nail olur.

Yaşanan olayla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, yeni rəis vəzifəsinin icrasına başladıqdan sonra, Alimpaşa Məmmədovun işə yol polislərinin müşayiəti ilə gedib-gəlməsi qəti qadağan olunur. Hələ bu azmış kimi icra başçısının kortejinə aid olan maşınlardakı xüsusi siqnallar da sökülür. Yəqin ki, baş verən belə bir olaylardan Fazil Məmmədov xəbərdar olur və polis rəisinin atdığı addımlara “yaşıl işıq” da yandırılır. Yoxsa, inanmaq mümkün deyil ki, belə bir “yaşıl işıq” yanmadan, polis rəisi ölkə rəhbərinin sərəncamla təyin etdiyi kadra qarşı ciddi addımlarını atsın.
Bu ilin may ayında baş verən hadisə isə, icra başçısının dayaqlarını itirməsinə bir işarədir. Belə ki, “Gündəm Xəbər”I məlumatlandıran mənbə onu da bildirir ki, may ayında Şəmkirin yol polisi əməkdaşları xüsusi “reyd” keçirirlər. Çox keçmir ki, “reyd” zamanı rayon ərazisində "avtoş”luq edən şəxsi yol polisi əməkdaşları saxlayırlar. Həmin an bəlli olur ki, “avtoş”luq edən Əliyev Asif Sakit oğlu adlı şəxsdir. O, saxlanılan zaman icra başçısının xanım müavini Sona Əliyevanın qardaşı olduğunu bildirsə də, yol polisləri ona güzəştə getmirlər. Hətta, icra başçısı məsələyə müdaxilə etsə də, heç bir nəticəsi olmur. Nəticə o olur ki, “avtoş”luq edən Asif Əliyev Şəmkir rayon Məhkəməsinin qərarı ilə 3 sutka müddətinə həbs olunur. Bu da onu söyləməyə tam əsas verir ki, icra başçısı dayaqlarını itirdiyindən, onun məsələlərə müdaxiləsi nəticəsiz qalır.
Son olaraq onu da vurğulamaq istəyiri ki, Alimpaşa Məmmədov icra başçısı təyin olunduğu gündən indiyə kimi, ən çox tənqid olunan və narazılıq hissi yaradan icra başçılardan biridir. Rayon rəhbərliyinə təyinatından sonra, onun İH Aparatına və digər əhəmiyyət kəsb edən sahələrə iş bacarığı və lazımi savadı olmayan şəxsləri gətirməsi, həddi-hüdudu bilinməyən narazlıq hissinin də baş qaldırmasına səbəb olub. Belə bir səbəblər üzündən də, o, yuxarı dairələrin gözündən də düşüb. Onu qoruyan “görünməz əllər”, hələlik icra başçısının başı üzərindəki qara buludları qovmağa müvəffəq olur. Yəqin ki, belə bir addımlar, heç də uzun davam edə bilməyəcək.
Mövzu diqqətimizdədir.

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29

  • 
  • Zakir Həsənov Şəmkirin icra başçısını döydü

    Zakir Həsənov Şəmkirin icra başçısını döydü ...

    13-04-2015, 21:19

  • 
  • Zakir Həsənov Şəmkirin icra başçısını döyüb

    Zakir Həsənov Şəmkirin icra başçısını döyüb ...

    14-04-2016, 15:11

  • 
  • Binəqədi rayon İcra başçısının həbsinə start verildi

    Binəqədi rayon İcra başçısının həbsinə start ...

    10-02-2016, 14:59

  • 
  • Alimpaşa Məmmədov bölgələrdə balıq biznesini zəbt edib

    Alimpaşa Məmmədov bölgələrdə balıq biznesini zəbt ...

    22-09-2015, 21:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu