Azərbaycanda əksər, daha doğrusu bütün məmurların bizneslə məşğul olması heç kimə sirr deyil
Qanunla məmurların beznes fəaliyyəti qadağan edilsə də, bu qadağalara heç kimi məhəl qoymur. Bu gün ölkənin ən varlı adamları da məhz biznesmen məmurlar, deputatlar hesab olunur. Biznes fəaliyyəti ilə məşğul olan məmurlardan biri də Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur. 2014-cü il oktyabrın 8-də prezidentin sərəncamı ilə bu vəzifəyə təyin edilən Bakı şəhər Vergilər Departamentinin sabiq rəisi balıq biznesi ilə məşğul olur.
Bu günlərdə yayılan məlumatlara görə, Alimpaşa Məmmədov Şəmkirçay su anbarını tam şəkildə öz nəzarətinə götürüb. İcra başçısının tapşırığı ilə anbarda balıq ovuna qadağa qoyulub və ərazi polis nəzarətinə götürülüb. İddialara görə, icra başçısının məqsədi heç də qanunsuz balıq ovunun qarşısını almaq deyil. Əksinə, burda balıq ovlayanlar bu işi müəyyən məbləğ ödəyərək Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldıqları qanuni lisenziyaya uyğun olaraq görür. Bu həmin insanların yeganə qazanc mənbəyidir. Alimpaşa Məmmədov isə onların çörəyini əlindən alıb. Məlumata görə, icra başçısı Şəmkirçayda balıq ovunu özünə görə qadağan edib. Belə ki, salyanlı icra başçısı indi də Şəmkirdə balıq beznesi ilə məşğul olur. İndi Şəmkirçaydan tutulan balıqdan gələn bütün gəlir məhz onun cibinə aхır.
Rayondakı mənbələrin verdiyi məlumata görə, Alimpaşa Məmmədov yalnız Şəmkirçayda tutulan balıqla kifayətlənmir. Belə ki, o, artıq Şəmkirdə bir neçə balıq vətəgəsi də yaradıb. Özü də bu süni göllər münbit torpaqların - əkinə yararlı ərazilərin üzərində qurulub. Bu ərazilər bələdiyyə balansında olan torpaqlardır və Alimpaşa Məmmədovun nəzarətinə keçənə qədər əkin sahəsi kimi istifadə edilib. İndi isə icra başçısının bizensi üçün alətə çevirilib. Əldə edilən məlumata görə, Alimpaşa Məmmədov balıq biznesi ilə təkcə Şəmkirdə məşğul olmur. Məlumatda bildirilir ki, icra başçısının Salyan və Neftçala rayonlarında da bir neçə böyük balıq vətəgəsi var. Adıçəkilən rayonlardakı süni göllərə onun yaхın qohumları nəzarət edir. İcra başçısının doğulduğu Salyan rayonunda heyvandarlıqla məşğul olması barədə də məlumatlar var. /qaynar.info/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?