GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rusiya səfirinin Ankarada qətlə yetirilməsinin pərdəarxası

Rusiya səfirinin Ankarada qətlə yetirilməsinin pərdəarxası

Tarix: 20-12-2016, 20:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 610
Rusiya səfirinin Ankarada qətlə yetirilməsinin pərdəarxası

Bu olay iki ölkənin münasibətlərinə necə təsir göstərəcək?

Səfirlər və səfirliklər iki ölkənin münasibətlər sistemində çox vacib həlqə olduğu üçün bəzən müxtəlif qüvvələrin hədəfinə tuş gəlirlər. Dekabrın 19-da Ankarada qətlə yetirilən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov kimi. Ancaq A.Karlov indiyədək qətlə yetirilən nə birinci, nə də sonuncu diplomatdır.

Rusiya səfirinin Ankarada qətlə yetirilməsinin pərdəarxası

İndiyədək qətlə yetirilən səfirlərin siyahısına da elə Rusiya başçılıq edir. Söhbət Rusiya imperiyasının Qacarlar dövlətindəki səfiri Aleksandr Qriboyedovdən gedir. O, 1829-cu ildə dini fanatik kütlə tərəfindən Tehrandakı müvəqqəti səfirliyində qətlə yetirlib. Həmin vaxt səfirliyin daimi nümayəndəliyi Təbrizdə yerləşirdi. Qriboyedovun meyiti hücum zamanı qətlə yetirilən digər meyitlərlə birgə atların quyruğuna bağlanaraq, iki gün şəhərin küçələrində sürüdüldü.

Bu hadisədən sonra diplomatik qalmaqal yarana biləcəyi ehtimalını nəzərə alan Fətəli şah nəvəsini çox qiymətli hədiyyələrlə, o cümlədən Böyük Moğol imperiyası dövründən qalmış – Şərqin incisi sayılan 88,7 karatlıq “Şah almaz”la Peterburqa – I Nikolayın hüzuruna göndərir. Həmin almaz hazırda Rusiya Almaz Fondunda saxlanılır.

Rusiya səfirinin Ankarada qətlə yetirilməsinin pərdəarxası

Onu da bildirək ki, A.Qriboyedov Azərbaycan torpaqlarının iki yerə parçalanmasını rəsmiləşdirmiş 1828-ci il Türkmənistan müqaviləsini hazırlayanlardan biri və Rusiya tərəfdən imzalayan şəxs, həmçinin ermənilərin tarixi Azərbaycan torpaqlarının köçürülməsinin əsas təşəbbüskarı və icraçılarından biri olub.

Beləliklə, 187 ildən sonra Rusiyanın daha bir səfiri daha bir müsəlman ölkəsində - Türkiyədə qətlə yetirildi. Həm də yenə də “Allahu Əkbər” nidaları altınd.

Bu qətlin səbəbləri ilə bağlı çox müxtəlif versiyalar səsləndirilir. Ancaq bu vesiyaalrın hamısını bir həqiqət birləşdirir - Ankarada qətlə yetirilən rus səfir Andrey Karlovun ölümünü təşkil edənlər Yaxın Şərqdə sülh istəməyənlər, Türkiyəni gözü götürməyənlər, Atatürkün qurduğu çümhuriyyəti zəiflətmək istəyənlərdir.



Onu da qeyd edək ki, bu qətl Rusiya-İran-Türkiyə danışıqlarından bir gün əvvəl ba verdi. Bu təsadüfi sayıla bilməz. Gözlənilrdi ki, bu üç dövlət əvvəlcə Suriya məsələsi üzərində anlaşmağa çalışacaq. Bu anlaşma uğurlu olacağı təqdirdə ardınca üçlük Qarabağ üzərində də razılaşma əldə edə bilərdi.

Türkiyə ilə Rusiya arasında yaxınlaşmada əsas rol oynamış səfir Karlovun qətli məhz Suriya və Qarabağ anlaşmasını, uzlaşmasını istəməyənlərin işidir. Ümid edək ki, bu hadisə yeni savaşlara yox, barışa vəsilə olacaq!


Əlbəttə, dövlətlər ərazilərində fəaliyyət göstərən səfirlərin həyatına cavabdehlik daşıyır.Türkiyə kəşfiyyatı və xüsusi xidmət orqanlarının belə bir mürəkkəb zamanda qeyri-effektiv fəaliyyəti ciddi narahatlıq doğurur. Bu zəiflik aradan qaldırılmasa durum daha ağır ola bilər. Ardıcıl terror aktları ilə qarşılaşan Türkiyə güman ki, bundan sonra bu məsələdə daha da diqqətli olacaq. Nəzərə alınmalıdır ki, Türkiyəni bölmək üçün 100 il əvvəl olduğu kimi yenə planlar qurulur. 2003-cü ildə İraqın işğalı və 2011-ci ildə Suriyada başlanan vətəndaş müharibəsi ilə bu planlar açıq müstəviyə keçib. Təəssüf ki, Türkiyə Orta Doğu adlanan bu bataqlığa çəkildi. Orta Doğu siyasəti soyuq ağılla aparılsaydı, bəlkə də fərqli vəziyyət ola bilərdi. Amma təəssüf ki, bu gün etibarı ilə İraq və Suriyada qazanan tərəf Türkiyə yox, ABŞ, Rusiya, İran və Kürdlərdir: “Siyasi müşahidəçilər hesab edir ki, Rusiya Pyotrun vəsiyyətini yerinə yetirib isti dənizə çıxdı, İran məzhəbçiliyə dayanan Şiə hilalı yaradıb Aralıq dənizinə koridor qurdurumda, Kürtler öz dövlətlərini qurmağa heç vaxt olmadıqları qədər yaxın . ABŞ-ın qazancı da bəllidir. Arzumuz bu ki Türkiyə ona qarşı planlanan xəyanətləri dəf edib salındığı durumdan üzüağ və güclənmiş olaraq çıxsın. Tanrı güvənc yerimiz Türkiyəni qorusun”.

İndi isə Karlovun qətli ilə bağlı digər versiyaalr barədə. Ən əsas versiya kimi bu olayın Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulmasına yönələn beynəlxalq terror hadisəsi olduğu bildirilir. İndi qardaş Türkiyəni istəməyən xeyli qüvvələr var ki, onların da əlinə fürsət düşə bilər. Bu hadisədən Türkiyə əleyhinə ən çox ermənilər sui-istifadə edə bilər. Ancaq “terrorçuluq” qardaş Türkiyə dövlətinə və xalqına yad ifadədir. Yəqin ki, bizi istəməyən qüvvələr Türkiyəyə qarşı problem yaratmağa çalışacaqlar. Ancaq güclü Türkiyə xalqı və dövləti bu hadisə ilə bağlı da mətin olacaq, yaranan vəziyyəti dəf edəcək.

Ümumiyyətlə, bu hadisə Türkiyə Milli İstihbarat Təşkilatının ölkədə terrora qarşı fəaliyyətini bir daha sual altına alır. Ölkədə daha nə qədər terror aktları baş verməlidir ki, MİT-in yaxşı işləmədiyini nəhayət, başa düşəsən?
Terrora qarşı mübarizəni hər dəfə terror hücumlarından sonra küçələrdə nümayiş keçirib terrorçulara lənət yağdırmaqla deyil, xüsusi xidmət və təhlükəsizlik strukturlarının gərgin, peşəkar işi sayəsində aparmaq lazımdır.
Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən polis əməkdaşı Mərt Altıntaş cinayəti törətməzdən 3 gün əvvəl də həmin sərgiyə gəlibmiş. Bu barədə səfirin sui-qəsdə uğradığı sərginin təşkilatçısı Timur Özkan məlumat verib. O bildirib ki, sərginin əməkdaşları qatil polisi 3 gün əvvəl də orada görüblər. Onun sözlərinə görə, M.Altıntaş qətldən 3 gün əvvəl də eyni kostyumda və polis vəsiqəsi ilə içəri girib. Təşkilatçılar onun sərgi keçirilən zalı öyrənmək üçün gəldiyini, yoxsa səfirin sərgiyə gələcəyi tarixi qarışdırdığını bilmirlər. Bəs, nədən Türkiyə xüsusi xidmət orqanları əvvəlcədən preventiv tədbirlər görməyiblər? Bu, əlbəttə, bu gün Türkiyənin üzünü ağ edəcək fakt deyil. Xüsusən ona ki, hadisədən bir neçə gün əvvəl belə bir sui-qəsdin ola biləcəyi barədə xəbərdarlıqlar olub. Eyni zamanda son bir neçə il ərzində ard-arda Türkiyədə baş verən terror hadisələri də sayıqlığı artırmağı tələb edirdi. Xüsusən də Türkiydəki diplomatların təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülməli idi. Sözsüz ki, bu tədbirlər görülüb. Lakin Karlovun qətli göstərir ki, görülən tədbirlər yetərli olmayıb və deyil.

Rusiya tərəfinin fakt münasibəti də obyektivliyi ilə diqqətdən yayınmadı. Qarşıdakı günlərdə nələrin baş verəcəyi, Rusiyanın məsələ ilə bağlı mövqeyinin dəyişib-dəyişməyəcəyi bəlli deyil. Lakin hadisəyə Rusiya və Türkiyə rəsmiləri dərhal münasibət bildirdi və hər iki tərəf bu terror aktında məqsədin nədən ibarət olduğunu açıqca bəyan etdilər. Bu nöqtədə Rusiya və Türkiyə rəhbərliyinin mövqeyi üst-üstə düşür.


Rusiya prezidenti Vladimir Putin bildirdi ki, Andrey Karlov alçaqcasına qətlə yetirilib: "Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasına və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər - beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da səfirin qətlinin təxribat olduğunu bəyan etdi: "Bu hadisə Türkiyə-Rusiya münasibətlərini pozmağa yönələn təxribatdır. Biz təxribatlara uymayacağıq".
Siyasi analitiklər hesab edirlər ki, Karlovun qətli iki ölkə arasındakı münasibətləri pozmaq üçün törədilmiş təxribatdır. Bütün bunlara baxmayaraq ortaya ciddi suallar çıxır.
Rusiya səfirinin qətlinin sifarişçisi kimlərdir? Karlovun ölümündə əsas məqsəd nədən ibarətdir?

Bəzi politoloqlar hesab edir ki, təyyarə qalmaqalından sonra Rusiya-Türkiyə münasibətlərinin tədricən bərpa olunmağa başlanması, müxtəlif layihələrin reallaşdırılması istiqamətində atılan addımlar bəzi dairələri qıcıqlandırırdı. Türkiyə-Rusiya münasibətlərinin normallaşmağa başlaması vaxtilə bu münasibətləri pozan qüvvələri narazı salırdı. Yəni, bu hansısa dairələrin maraqlarına zidd idi. Ona görə də tək bir insanın Rusiya kimi böyük dövlətin səfirini qətlə yetirməsi inandırıcı deyil. Diplomatiya tarixi göstərir ki, belə hadisələrin arxasında hər zaman müəyyən qüvvələr dayanır.
Bu baxımdam bəziləri hesab edir ki, bu hadisənin törədilməsinə görə aparıcı Qərb dövlətlərini, terror təşkilatlarını ittiham etmək olar. Ancaq onlar hesab edirəm ki, hələ gözləmək lazımdır, baş verən olay dəqiq araşdırılmalıdır. Çünki belə bir hadisənin törədilməsində maraqlı olan qüvvələr həddən çoxdur.

Bu olayın iki ölkənin münasibətlərinə təsirinə gəlincə, bəzi siyasətçilər hesab edir ki, məlum hadisədən sonra Türkiyə-Rusiya münasibətləri ciddi şəkildə pozulmayacaq. Çünki siyasi elitalar başa düşür ki, söhbət üçüncü qüvvədən gedir. Olay münasibətlərə öz mənfi təsirini göstərəcək, soyuqluq hiss olunacaq.

Olayı siyasi təxribat hesab edənlər də var. Məsələn politoloq Çümşüd Nuriyev hesab edir ki, ABŞ adətən yaxın və uzaq perspektivdə həyata keçirəcəyi siyasəti Stratfor Araşdırmalar Mərkəzi vasitəsilə gündəmə gətirir: “Corc Fridmanın son 5 ildə iki - "Yaxın 100 ildə dünya siyasəti", "Yaxın 10 ildə dünya siyasəti" adlı kitabı çıxıb. Hər iki kitabda birmənalı şəkildə ABŞ-ın Rusiyaya qarşı siyasətində Polşa və Türkiyənin önəmli yer daşıyacağı vurğulanırdı. Hazırda Polşada da vəziyyət qarışıb. Türkiyə isə uzun müddətdir terrorla mübarizə aparır.
Türkiyə bunu başa düşdükdən sonra müəyyən addımlar atmağa başladı. Ancaq yanlışlıqları düzəltmək həddən artıq çətin idi. Rusiya səfirinin öldürülməsi isə birmənalı şəkildə provokasiyadır. Lakin bu olay Türkiyənin hüquq-mühafizə orqanlarına həddən çox girmiş xarici kəşfiyyatın, PKK-nın, İŞİD-in və digərlərinin olması məsələsini gündəmə gətirir. Əgər səfirin yanında duran adam ona atəş açırsa, deməli, Türkiyə bir dövlət kimi güvənsiz vəziyyətə düşüb. Bu isə daxili təhlükəsizliyin təmin edilməməsindən xəbər verir".
Politoloq vurğulayıb ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, Suriya məsələsində Türkiyənin Rusiya ilə eyni yükün altına girməsi nə Qərbin, nə ABŞ-ın, nə də Səudiyyə Ərəbistanın xoşuna gəlirdi: "Narazı olanlar İŞİD-i maliyyələşdirənlərdir. Bütün hallarda bu adam səfiri vurduqdan sonra əvvəl ərəbcə, sonra isə türkcə Suriya, Hələbin məsələsini gündəmə gətirdi. Bu, o deməkdir ki, provokasiya birmənalı şəkildə Rusiya-Türkiyə münasibətlərinin korlanmasına yönəlib. Bunu hər iki dövlət başa düşür. Amma Türkiyə bir daha öz daxilində təftiş, daha doğrusu təhlükəsizlik orqanlarının auditini aparmalıdır".

Ümumiyyətlə, hər bir terror aktı dövlətçiliyə, beynəlxalq sülhə qarşı təxribatdır. Bu baxımdan Rusiya səfirinin öldürülməsi sıradan bir təxribat aktıdır. Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasını istəməyənlər, Ərdoğan hakimiyyətini zəiflətmək istəyənlər, Rusiyanın Suriyadakı siyasətinə etiraz edənlərin hər biri öz narazılığını bu terror aktı ilə ifadə etdi. Bir səfirin ölümü ilə Rusiyanın Suriya siyasəti dəyişməyəcək. Rusiyanın Suriya siyasəti olduğu kimi qalacaq. Eyni zamanda bu terror aktı Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcək. Hər iki ölkə prezidenti anlayır ki, bu həm Türkiyə, həm də Rusiyaya qarşı yönəlmiş addımdır. Burada Türkiyənin hər hansı bir marağı yoxdur və ola da bilməz. Ona görə də bu olay münasibətlərə təsir göstərməyəcək.

Beləliklə, anlaşılır ki, səfirin qətliilə nəticələnən hadisə böyük güclərin Türkiyə-Rusiya münasibətlərini pozmaq üçün düşündüyü variantdır. Və qeyd etdiyimiz kimi, yaxşı ki, hər iki dövlət tərəfindən məsələyə soyuqqanlı münasibət bildirildi. Əks halda bu, konfliktə çevrilə bilərdi. Ona da diqqət yetirilməlidir ki, hadisə Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxşılaşdığı vaxtda baş verdi. Heç kəsdə şübhə yeri qalmadı ki, artıq təyyarə qalmaqalı və başqa məsələlər bilavasitə münasibətin pozulması üçün nəzərdə tutulmuşdu.
Buna görə də hər iki dövlət ortaya anlayışlı münasibət qoymağa çalışmalıdır. Elə etməlidirlər ki, bundan sonra hər hansı problemlər yaşanmasın. Türkiyəyə qarşı ən alçaq üsullarla mübarizə aparırlar. Rusiya səfirinin öldürülməsi Türkiyənin ağır vəziyyətə gətirib çıxarılmasını hədəfləyən bir addımdır. Yaxşı ki, Rusiya tərəfindən gələn açıqlamalar soyuqqanlı və işin mahiyyətini anlayacaq üslubdadır və hədəfin Türkiyə-Rusiya münasibətlərinin pozulması olduğunu bəyan edirlər. Hamımız Türkiyəmizin bu ağır durumunda dəstəyimizi əgirgəməməliyik. Türkiyəni ağır töhmət altına soxan bu vətən xainlərinin tez bir zamanda üzə çıxarılması və gərginliyin azaldılması istiqamətində ağıllı addım atılması vacibdir.

Samir

"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə qətlə yetirilən səfirin cənazəsi Rusiyaya göndərilib

    Türkiyədə qətlə yetirilən səfirin cənazəsi ...

    20-12-2016, 20:38

  • 
  • Rektor qətlə yetirildi

    Rektor qətlə yetirildi ...

    25-12-2012, 13:34

  • 
  • Türkiyənin Baş naziri: "Səfirin qətlə yetirilməsi Rusiya-Türkiyə arasındakı əlaqələri pozmaq cəhdidir"

    Türkiyənin Baş naziri: "Səfirin qətlə ...

    20-12-2016, 01:26

  • 
  • Azərbaycanda qadın qəbiristanlıqda qətlə yetirilib

    Azərbaycanda qadın qəbiristanlıqda qətlə yetirilib ...

    6-09-2013, 12:22

  • 
  • 6 saylı avtobustda qətlə yetirilən mərhumun ailəsi danışdı-VİDEO

    6 saylı avtobustda qətlə yetirilən mərhumun ...

    29-07-2013, 00:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu