Rusiya Federasiyasının Kabarda-Balkar respublikasının paytaxtı Nalçikdə Dövlət Kənd Təsərrüfatı Akademiyasının rektoru öldürülüb.
Boris Jerukov öz kabinetində 2 naməlum şəxs tərəfindən güllələnib və hadisə yerindəcə keçinib. Bu barədə Rusiya İstintaq Komitəsinin Kabarda-Balkar üzrə xüsusi nümayəndəsi məlumat verib.
Qeyd edək ki, qətlə yetirilən Boris Jerukov həmçinin Rusiyanın hakim "Vahid Rusiya" partiyasının Kabarda-Balkar parlamentindəki fraksiyasının sədri, partiyanın ali şurasının üzvü olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?