GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MİLYONLAR SEYFULLAYEVİN ƏLİYLƏ NECƏ “YUYULURDU”?

MİLYONLAR SEYFULLAYEVİN ƏLİYLƏ NECƏ “YUYULURDU”?

Tarix: 10-01-2017, 11:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 611
MİLYONLAR SEYFULLAYEVİN ƏLİYLƏ NECƏ “YUYULURDU”?

“MTN işi”ndə Yavər Camalovun nazirliyinə dair ŞOK epizod



Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.

MİLYONLAR SEYFULLAYEVİN ƏLİYLƏ NECƏ “YUYULURDU”?

Qeyd edək ki, qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.

Seyfullayev və MMC-ləri: “Külli miqdarda qazanırsan, MTN-ə də verməlisən”

Belə epizodlardan biri də “Bakı Tikinti”, “Alfa” adlı MMC-lərin faktiki sahibi olmuş, hazırda isə özünün dediyi kimi “Fazenda” adlı MMC-ni işlədən Seyfullayev Kamal Məmmədağa oğlunun başına gələnlərdir. İstintaq materiallarından məlum olur ki, general Sübahir Qurbanovun əmri ilə onun müavini Füzuli Əliyev və Transmilli Cinayətkarlıqla Mübarizə idarəsinin digər əməkdaşları Seyfullayevi tutaraq onun şirkətlərinin bank hesablarından 2 milyon manat vəsaiti nəğdləşdiriblər və ələ keçiriblər.

MİLYONLAR SEYFULLAYEVİN ƏLİYLƏ NECƏ “YUYULURDU”?

Qeyd etmək lazımdır ki, cinayət işinin bu epizodu xeyli dolaşıqdır, iş üzrə şahid qismində dindirilənlərin ifadələri arasında fərqlər var. Belə ki, Seyfullayevin ifadəsinə əsasən MTN-çilər onu 2014-cü il dekabrın sonlarında, axşam saat 19 radələrində Bakının Səməd Vurğun bağı yaxınlığındakı “Niaqara” restoranının yaxınlığında bibisi oğlu İlkin İbadovla birlikdə “Niva” avtomobilində olarkən saxlayıblar. Əməliyyatı ötən epizodlarda olduğu imi Füzuli Əliyev özünün “Audi Q7” avtomobili ilə keçirib. Avtomobilin sükanı arxasında Natiq Alıyev (MTN əməkdaşı) olub.

Paqonlu əcinnələr heç bir izahat vermədən Seyfullayevi və bibisi oğlunu tutub MTN-ə aparıblar. Füzuli Əliyev orada onlara səbəbi başa salıb: “Bizneslə məşğul olursan, külli miqdarda pul qazanırsan, deməli bizə də verməlisən”.

Seyfullayev müqavimət göstərir: “Nəyə görə? Halal yolla qazandığım puldan sizə niyə verməliyəm?”

“Generalın göstərişidir, heroini qoyarıq boynuna…”

Füzuli Əliyev “niyə”ni belə izah edir: “Generalın, Baş idarənin rəisi Sübahir Qurbanovun göstərişidir. 2 milyon manat verməlisən, əks halda həbs olunacaqsan”. Və polkovnik otaqdan çıxır. Ardınca Natiq Alıyev söhbətə müdaxilə edir: “İndi gətirib 1 kiloqram heroni qoyarıq boynuna, onda ağıllanarsan”. Bu vaxt Seyfullayev heroin istifadəçisi olmadığını sübut etmək üçün qollarını çirmələyir, “ekspertiza tələb edirəm” deyir.

Natiq Alıyev və idarənin digər əməkdaşı Zaur Məmmədov isə təbii ki, buna məhəl qoymur. Gecəni Seyfullayev və bibisi oğlu İlkin İbadov MTN-də keçirir. Nəhayət Seyfullayev “təzyiqlərdən bezərək” tələb olunan 2 milyon manatı verməyə razılaşır. Onları MTN-dən buraxırlar. İki gün sonra MTN-çilərin müşaiyəti ilə “Texnikabank”a gedir, orada şirkətlərinin bank hesablarından 2 milyon manat çıxararaq Füzuli Əliyevə verir.



MTN-nin “Texnikabank” əməliyyatı haqda xatırlatma

Bu arada haşiyə çıxaraq qeyd etmək lazımdır ki, həmin əməliyyat “Texnikabank”ın MTN-nin nəzarəti altında olduğu vaxtlarda baş verirdi. 2012-ci ildə MTN-nin qara maskalılarının “Texnikabank”ın baş ofisinə basqın edərək bankın rəhbəri Etibar Əliyevi necə apardıqları, onu bankdan əl çəkməyə məcbur etdikləri məlumdur. Etibar Əliyev bankın səhmlərini ona görə milli təhlükəsizlik naziri Eldar Mahmudova və qudası Cahangir Hacıyevə verməli olmuşdu ki, “Texnikabank”ın beynəlxalq səviyyəli çirkli pulların yuyulması əməliyyatında iştirakına dair kompromatlar ələ keçmişdi.

“Xəzər” filialından milyonlar

Beləliklə, cinayət işinin materiallarına əsasən Seyfullayev 2 milyon manatı “Texnikabank”ın “Xəzər” filialından çıxarıb vermişdi. Pullar çıxarılarkən filialın müdiri Fərid Məmmədov “Texnikabank”ın Baş idarəsinin təhlükəsizlik xidmətinin rəisi, eyni zamanda MTN-in əməkdaşı olan Ayaz Gərayzadəyə zəng vurur. Füzuli Əliyev və dəstəsi Seyfullayevin hesabından pulları Gərayzadənin gözü qarşısında çıxarır.

İstintaq zamanı Füzuli Əliyev Kamal Seyfullayevlə üzləşdirmədən imtina edib. Natiq Alıyev isə Seyfullayevin saxlanılması və “Xəzər” filialından pulların çıxarılması əməliyyatında iştirakını təsdiqləyib.



İbadov deyir: “Seyfullayev bankdan 3-4 kisə pulu çıxarıb maşına yüklədi”

Seyfullayevin bibisi oğlu İlkin İbadovun ifadəsində isə deyilir ki, “Bakı Tikinti” MMC və “Alfa” MMC şirkətlərinin direktoru olub, ayda cəmi 500 manat məvacib alırmış. İşi-gücü isə bu şirkətlərin hesablarından onun adına köçürülmüş pulları nəğdləşdirərək qohumuna verməkdən ibarət idi.

İbadovun dediyinə görə həmin gün o, Seyfullayevlə birlikdə “Texnikabank”ın S.Vurğun küçəsində, “Niaqara” restoranı yaxınlığında yerləşən filailına gediblər. Seyfullayev banka daxil olub, ona deyib ki, bankdan pul çıxarıb aparmalıdır və bu işə kömək etsin. Təxminən 1 saat sonra Seyfullayevin iştirakı ilə bank işçiləri 3-4 bank kisəsi dolu pulu inkassasiya maşınına yükləyib. İnkassasiya maşını yola düşüb. İbadovla Seyfullayev isə özlərinin “Niva” avtomobilində onun arxasınca hərəkət ediblər. “Niaqara” restoranının yaxınlığındakı qaraja çatanda inkassasiya maşınından pulları götürüb “Niva”ya yükləyirlər, bankın maşını çıxıb gedir.

Təxminən 20 dəqiqə sonra həmin qaraja qara rəngli “Cip” yaxınlaşır, maşından düşən hündürboy, 40 yaşlarında biri pul kisələrini “Niva”dan götürüb gəldiyi maşına yükləyir və çıxıb gedir. 3-5 dəqiqə sonra onlar da qarajın yanını tərk edirlər, “Olimpik Star” əyləncə mərkəzinə yaxınlaşanda qarşılarını qara rəngli bir neçə “Cip” kəsir. Maşınlardan düşən 15 nəfərə yaxın mülki geyimli şəxs özlərini MTN əməkdaşları kimi təqdim edib Seyfullayevlə İbadovu aparırlar.



Həmin “Sultan” kafesinə, MTN-çilərin mağarasına…

MTN-in yanına çatanda onları nazirliyə yox, yaxınlıqdakı “Sultan” kafesinə gətiriblər. Bu arada daha bir haşiyə çıxaraq qeyd edək ki, əməkdaşlarımız ötən gün adı MTN işində 100-ə yaxın epizodda keçən “Sultan” kafesində olub. Son iki ildə kafeni işlədən şəxslə söhbətləşib. Həmin şəxs kafenin cəmi bir otaqdan ibarət olduğunu deyib, MTN-çilərin oranı adamları tutub “yolmaq” üçün istifadə etdikləri haqda deyilənləri təkzib etməyə çalışıb. Lakin tamamilə mümkündür və hətta yəqindir ki, görünür bu kafedə əvvəl əsas girişdən sağa və sola, kabinetlərə açılan qapılar olub. Və MTN-dəki qruplaşma dağıdılandan sonra sahibi həmin girişləri bağlayıb, nəticədə kafenin cəmi bir otaqdan ibarət olduğu görüntüsü yaranıb.

İbadov deyir ki, Kamal Seyfullayevlə birlikdə 3 nəfər MTN əməkdaşı həmin kafenin zalından təcrid olunmuş ayrıca otağa keçmiş, onu isə kafenin ümumi zalında saxlayıb, digərMTN əməkdaşları da kafenin zalında oturublar. Onlar kafedə təxminən 5-6 saat, gecə saat 02-03 radələrinə kimi qalıblar. Kamal Seyfullayev isə kafenin kabinetində saxlanılırdı.

Saat 02-03 radələrində Kamal Seyfullayevi kafenin kabinetindən çıxardıqda İbadov «gedirik?» soruşub, Kamal Seyfullayev isə, “bizi saxlayırlar, sabah banka gedib pulun qalanını da götürüm, sonra bizi buraxacaqlar» deyib. Seyfullayevi və qohumunu kafedən çıxarıb MTN-ə aparırlar, orada səhərə qədər saxlayırlar. Səhər iki MTN əməkdaşı onları nazirlikdən çıxarır, yenidən “Sultan” kafesinə aparır və birlikdə yemək yeyirlər. Daha sonra təzədən nazirliyə geri qaytarırlar. Həmin gecəni də MTN-də saxlayırlar, ertəsi gün yenə “Sultan” kafesində yemək yeyirlər. Nəhayət həmin günün axşamı Seyfullayev “məsələni həll edir”, onları nazirlikdən buraxırlar.

Filial müdiri: “Seyfullayevin hesablarına həmişə külli miqdarda pullar köçürülürdü”



“Texnikabank”ın “Xəzər” filialının müdiri (Mahmudovçu qruplaşmanın kadrı) Fərid Məmmədov isə ifadəsində deyir ki, Kamal Seyfullayev bankın VİP müştərisi idi, hesablarına həmişə böyük məbləğlərdə pullar köçürülürdü. 2014-cü il dekabrın 24-27-i aralığında Seyfullayevin 4-5 şirkətinin bankdakı hesabına külli miqdarda pullar köçürülür. Seyfullayev pulları hesabdan çıxarmaq üçün ona müraciət edib. Filial rəhbəri bankın baş idarəsinə sifariş göndərərək 18 milyon manat nəğd pul göndərilməsini sifariş verib. Pullar gəldikdən sonra Seyfullayev yenidən banka gəlib, 12 milyon manatı nəğd götürüb, qalan 6 milyon manatı özünün şəxsi bank hesabına ötürüb. 12 milyon manat 3 bank kisəsinə doldurulub və Seyfullayevə verilib.

Haşiyə: Seyfullayevin hesabına həmin 18 milyon manatın niyə köçürüldüyü göstərilmir, lakin istintaq materiallarından görünür ki, bu, növbəti cinayətdən xəbər verən detaldır. Pullar köçürülür və Seyfullayev onun 12 milyonunu nəğdləşdirib hansısa qarajın yanında qara “Cip”də gələn naməlum şəxsə çatdırır. 6 milyonunu isə öz hesablarına köçürür. Niyə?

Seyfullayev 2 gün sonra qayıdır, yanında da MTN-çilər…

İki gün sonra Seyfullayev yenidən banka gəlib, bu dəfə MTN-çilərin müşaiyəti ilə. Filial müdirinin dediyinə görə, MTN-çilərdən Natiq Alıyev ona “MTN-in nəzarəti ilə bank əməliyyatı aparılacaq” deyib. Füzuli Əliyev Kamal Seyfullayevlə birlikdə filial müdirinin otağına daxil olur. MTN-çi deyir: “Bu adamın bank hesablarından külli miqdarda nəğd pul çıxarılması qeydə alınıb, əməliyyat aparılacaq”.



Filial müdiri dərhal bankın təhlükəsizlik xidmətinin rəisi Ayaz Gərayzadəyə zəng vurur. Gərayzadə gəlir. O, Seyfullayev, Füzuli Əliyev və MTN-çilərlə gələn tanımadığı şəxs otaqda oturur. Həmin şəxsi tanımadığını deyir, ancaq belə başa düşür ki, adam pulların sahibi imiş. Beləliklə, Seyfullayevin hesablarından həmin 6 milyon manat çıxarılır, pulun 4.2 milyon manatını naməlum şəxs, qalanını Füzuli Əliyev götürür. MTN-çilər çıxıb gedirlər, daha sonra Seyfullayev bankı tərk edir. Və Gərayzadə filial müdirinə tapşırır ki, bu əməliyyat barədə əmr “yuxarıdan” gəlib və gördüklərini heç kimə danışmasın…

Gərayzadə-həm bankirdir, həm MTN-çi, Füzuli Əliyev də dostudur

İstintaq həmin Gərayzadəni də dindirib. O deyib ki, 1993-cü ildən 2015-ci ilə kimi MTN-də müxtəlif vəzifələrdə işləyib. Paralel olaraq 2012-ci ildən 2015-ci ilə qədər “Texnikabank”ın idarə heyətinin sədr müavini işləyib. Təhlükəsizlik məsələlərini kurasiya edib. Füzuli Əliyevlə MTN Akademiyasında birlikdə oxuyub, onunla dost olublar.

Gərayzadə deyir ki, 2014-cü il dekabrın sonunda Füzuli Əliyev ona zəng vurur. “Sizin bankda bir gün əvvəl külli miqdarda pulların nəğdləşdirilməsi əməliyyatı aparılıb. Bununla bağlı filialda görüşməliyik” deyib. Gərayzadə dərhal filial müdiri Fərid Məmmədova zəng vurur, dünən aparılan əməliyyatın (Seyfullayevin bankdan 12 milyon çıxarması) nədən ibarət olduğunu soruşur. Fərid Məmmədov isə “qanuni əməliyyat aparıldığını” deyir. Gərayzadə baş ofisdən çıxıb “Xəzər” filailına doğru yola düşür, bu vaxt Füzuli Əliyevin dəstəsi artıq banka çatmışdı.



Xoruzun quyruğu göründü: Pullar Yavər Camalovun nazirliyindən köçürülübmüş

“İçəri girəndə Fərid Məmmədovun otağında Füzuli Əliyevi, Natiq Alıyevi, əvvəllər uzun müddət bizneslə məşğul olan şəxs kimi tanıdığı Kamal Seyfullayevi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin adını bilmədiyim vəzifəli şəxsini gördüm. Məlum oldu ki, Füzuli Əliyev artıq dünənki əməliyyatla bağlı maliyyə sənədlərini araşdırıb, faizləri hesablayıb. Onlar pulları çıxardılar, dəqiq bilmədiyim məbləği Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsinə verdilər, qalan 1.8 milyon manatı isə özləri götürüb getdilər”-Gərayzadə deyir.

Beləliklə, filal müdiri Fərid Məmmədovun ifadəsində göstərdiyi “tanımadığım şəxs”in kimliyi də Gərayzadənin ifadəsində açılır. Məlum olur ki, Seyfullayevin MMC-lərinin hesablarına 18 milyon manatı (təkcə bir epizodda köçürən dövlət təşkilatı Müdafiə Sənayesi Nazirliyi imiş. Hansı ki, həmin puldan 2 milyon manatını MTN quldurları “haqq” kimi ələ keçirib. Özü də nazirliyin əməkdaşının iştirakı ilə. Bəs Nazirliyi Seyfullayevlə və onun MMC-ləri ilə nə bağlayırdı? Bu isə yeni istintaq prosesinin araşdıra biləcəyi məsələdir.

“Heç olmasa 150 mini qaytarsın…”

Gərayzadə bildirir ki, MTN-çilər gedəndə Seyfullayevi də özləri ilə apardılar. Bankdan pulun çıxarılıb bölüşdürülməsi haqda isə heç bir sənəd, protokol- filan olmadı. İki-üç gün sonra Seyfullayev Gərayzadəyə zəng vurur, onun Füzuli Əliyevlə dost olduğunu bildiyi üçün xahiş edir ki, MTN polkovnikindən apardığı pullardan heç olmasa 150 min manatını geri qaytarmağı istəsin. Gərayzadə F.Əliyevə zəng vurur, dostundan xahiş edir. MTN polkovniki isə cavab verir: “Sən bu işə qarışma!”



İstintaq Seyfullayevin telefon danışıqlarının general Sübahir Qurbanovun göstərişi ilə MTN-in Monitorinq Mərkəzi tərəfindən dinlənildiyini sübut edən dəlilləri də toplayıb. Lakin istintaq Müdafiə Sənayesi Nazirliyinin Kamal Seyfullayevlə birlikdə apardığı pul yuma əməliyyatının detallarını araşdırmayıb. Hansı ki, cinayət işinin bu epizodunun həmin hissəsindən daha bir qalmaqallı cinayət işinin iyi gəlirdi…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ELDAR MAHMUDOV MİLYARDERİ ŞANTAJ EDİB! – MTN-in “işgəncə kralı” həbs olunub!

    ELDAR MAHMUDOV MİLYARDERİ ŞANTAJ EDİB! – MTN-in ...

    19-10-2015, 17:28

  • 
  • Həbs edilən MTN-çilərin dəqiq adları və vəzifələri məlum oldu - TAM SİYAHI

    Həbs edilən MTN-çilərin dəqiq adları və ...

    21-10-2015, 18:56

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03

  • 
  • İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK EDİR - Eldar Mahmudov evindədir…

    İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK ...

    19-10-2015, 17:36

  • 
  • MTN-də iki mühüm TƏYİNAT

    MTN-də iki mühüm TƏYİNAT ...

    27-10-2015, 22:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu