Xəbər verdiyimiz kimi, bu gün Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib.
Ceyhun Şadlinskinin MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilməsindən sonra nazirlikdə daha bir neçə təyinat gerçəkləşib.
gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, sabiq nazir Eldar Mahmudov tərəfindən işdən azad olunmuş çekistlər yenidən MTN-ə qaytarılır.
Saytın yazdığına görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?