GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MTN generalından agentura şəbəkəsi ilə bağlı açıqlamalar

MTN generalından agentura şəbəkəsi ilə bağlı açıqlamalar

Tarix: 14-01-2017, 12:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 532
MTN generalından agentura şəbəkəsi ilə bağlı açıqlamalar

Akif Çovdarov: “Pul götürülməsi üçün Eldar Mahmudovun adına raportla müraciət etmişəm”

“Əməliyyat başa çatdıqdan sonra həmin agentura hissəsi ilə bağlı bütün məlumatlar aktlaşdırılaraq məhv edilib”

Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.

Akif Çovdarov əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün ayrılan pul vəsaitlərinin mənimsənilməsi epizodu üzrə bildirib ki, müvəqqəti cəlb olunmuş şəxslərə pul mükafatlarının verilməsi məsələsində maddi məsul şəxs olub: “Əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN maliyyə idarəsinin kassasından pul götürülməsi üçün keçmiş nazir Eldar Mahmudovun adına raportla müraciət etmişəm. Sonradan isə öz idarəmin əməkdaşlarına vəkalətnamə vermişəm. Həmin əməkdaşlar pulları götürüb və özləri müvəqqəti cəlb olunmuş şəxslərə veriblər. Mənə təqdim edilmiş 32 ədəd raportlardakı imzalar özümə məxsusdur”.

“Əməliyyat tədbirlərinin hamısı olub”

Akif Çovdarovun sözlərinə görə, əməliyyat təminatı məqsədilə müvəqqəti cəlb olunmuş şəxslər barədə baş idarədə heç bir məlumat yoxdur: “Onların adları heç bir rəsmiyyətdə əks

olunmayıb. Tam məxfi rejim şəraitində onlarla əməkdaşlıq edilib və mükafatlandırılan şəxslərə pullar verilərkən məxfiçilik qaydalarına görə onlardan heç bir qəbz alınmayıb. Eyni zamanda əməliyyat başa çatdıqdan sonra həmin agentura hissəsi ilə bağlı bütün məlumatlar aktlaşdırılaraq məhv edilib. Səlim Məmmədova, Akif Əliyevə və Ramin Hüseynova vəkalətnamələri vermişəm.Həmin vəkalətnamələr MTN-in Maliyyə İdarəsindən pulların götürülməsi məqsədilə olub. Rapotlarda istənilən məbləğlər Maliyyə İdarəsinin kassasından götürülüb və müvəqqəti cəlb olunmuş şəxslərə verilib. Həmçinin həmin şəxslərdən heç bir qəbz alınmayıb. Maliyyə İdarəsinin kassasından işçilərim tərəfindən özümün verdiyim vəkalətnamə əsasında götürülmüş pulların hamısı müvəqqəti cəlb olunmuş əməkdaşlara verilib. Avans-hesabatlardakı imzalar da mənə məxsusdur. Həmin hesabatlardakı əməliyyat tədbirlərinin hamısı olub və keçirilib”.

“Əcnəbilərdə əməkdaşlığa cəlb olunublar”

Akif Çovdarov bildirib ki, əməliyyat tədbirlərinə müvəqqəti cəlb olunmuş şəxsləri özü tanımır, onlarla görüşməyib: “Bu işlərlə rəisi olduğum baş idarənin əməkdaşları məşğul olublar. Akif Əliyev, Səlim Məmmədov və Ramin Hüseynov tərəfindən götürülmüş 920.000 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitləri mənə verilməyib. Həmin pullar avans-hesabatlar yazılaraq müvəqqəti cəlb olunmuş şəxslərə təhvil verilib. Eyni zamanda müvəqqəti cəlb olunmuş şəxslər yalnız Azərbaycan Respublikası vətəndaşları yox, həmçinin əcnəbilər də olublar. Əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin

təyinatı üzrə xərclənməyərək ələ keçirilməsi tamamilə yalandır. Əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün kassadan götürülmüş pul vəsaitlərindən keçmiş MTN rəhbərliyinə, o cümlədən sabiq nazir köməkçisinə verilməsi halı olmayıb”.

“Mənim adımdan pul alıb”

Akif Çovdarov Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov və Binəqədi Bələdiyyəsinin sədri Elman Salmanovun külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi epizodu üzrə göstərib ki, Elman Salmanov adında şəxsi tanımır, onu heç vaxt görməyib: “Göstərilənlər tamamilə yalandır. İlham Xəlilovu isə uzun müddətdir tanıyıram. Onu DİN-də işləmiş Adil Yaqubov vasitəsilə tanımışam. İlham Xəlilovla çox yaxşı münasibəti olub və 1998-ci ildən tanımışam. 2005-ci ildən Biləcəri qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyib, dəfələrlə bir məclisdə olmuşuq. Lakin hazırda göstərilənlər tamamilə yalandır. İlham Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm. Bununla bağlı nə İlham Xəlilova, nə də, Elman Salmanov adlı tanımadığı şəxsə hər hansı bir formada hədə-qorxu ilə tələb irəli sürməmişam. Ola bilsin ki, İlham Xəlilov özü bunu mənim adından istifadə etməklə Elman Salmanovdan pul alıb, hesab edirəm ki, bu belədir”.

“Bələdiyyə sədrinin özü dələduz adamdır”

Akif Çovdarov bildirib ki, ümumiyyətlə Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmir: “Əgər Elman Salmanovu çağırmalı olsam, bunu İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım. Elman Salmanov adlı şəxsdən İlham Xəlilovun vasitəsilə ümumilikdə 150.000 ABŞ dolları pulu hədə-qorxu ilə tələb edərək almağım tamamilə yalan və böhtandır.Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır”.

Akif Çovdarovun sözlərinə görə, 2007-ci ildə DYP-in “Ekologiya postu” adlanan ərazisində Daş bazarının yaxınlığında 0,056 hektar torpaq sahəsini İlham Xəlilov Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləyərkən ona 7.500 ABŞ dolları məbləğində pul verərək alıb: “Həmin torpaq sahəsini ev tikmək üçün almışam. Lakin hansı qohumumun adına rəsmiləşdirilməsini bilmirəm. Ümumiyyətlə İlham Xəlilova qeyd olunan torpaq sahəsi ilə bağlı pul verməmişəm. Torpağı almaq istəyən “İlqar” adlı qohumum özü İlham Xəlilova pulunu verməklə torpağı satın alıb. Hətta xatırlayıram ki, İlham Xəlilov torpağı qohumuna satarkən guya ucuz qiymətə satması ilə bağlı minnət də edib. Lakin əslində İlham Xəlilova bu torpaqla bağlı 7.500 ABŞ dolları pul ödənilib”.

“Mənə böhtan atır”

General qeyd edib ki, bundan əlavə İlham Xəlilov onun qohumundan guya həmin torpağın yaxınlıqda yerləşən avtobaza adlanan böyük ərazidən ayrılması üçün hasar çəkilməsi adı ilə əlavə olaraq 2.000 ABŞ dolları pul da alıb: "Hansı ki həmin ərazidə hasar onsuz da çəkilirdi. Həmin pulu bəhanə ilə qohumumdan alıb. İlham Xəlilovu Adil Yaqubov vasitəsilə MTN-ə çağırıb, ona 3 ildir işləyirsən sözünü deməyib və ondan 100.000 manat pul tələb edib, almağım tamamilə yalandır. İlham Xəlilov mənə böhtan atır. Nə İlhamın, nə də onun vasitəsilə Elman Salmanov adlı şəxsdən pul almamışam”.

Akif Çovdarovun sözlərinə görə, 2014-cü ilin axırlarında İlham Xəlilova hədə-qorxu gələrək Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə Adil Yaqubovun adına 10 hektar torpaq sahəsinin sənədləşdirilməsini tələb etməyi ilə bağlı göstərdikləri yalandır: “Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə bataqlıq sahəsi Adil Yaqubov tərəfindən alınmaq istənilib. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. Adil Yaqubovdan eşitmişəm ki, həmin

bataqlıq sahəsi Binəqədi bələdiyyəsinin ərazisində yerləşir. İlham Xəlilov da həmin sahənin məxsus olduğu tanımadığım şəxslərdən qeyd olunan bataqlıq sahəsinin alınması üçün Adil Yaqubova köməklik göstərməyə söz verib. Bildiyimə görə Adil Yaqubov həmin bataqlıq sahəsini almaq üçün İlham Xəlilova hansısa məbləğdə pul ödəyib. Lakin hansı məbləğdə olmasını bilmirəm”.

“80.000 ABŞ dollar almamışam”

Akif Çovdarov bildirib ki, İlham Xəlilov Adil Yaqubovdan pulu birinci dəfə 2013-cü ildə, ikinci dəfə isə 2014-cü ilin sonlarında həmin bataqlıq sahənin aid olduğu şəxslərə vermək adı ilə alıb: “Həmin sahə bələdiyyə torpağı olub, sonra isə kimlərəsə icarə əsasında verilib. Adil Yaqubovdan pul alsa da, İlham Xəlilov sonradan nə həmin torpaq sahəsini, nə də buna görə Adil Yaqubovun ona verdiyi pulu qaytarmayıb. Bütün bunları Adil Yaqubovun özündən eşitmişəm. Bu məsələyə görə İlham Xəlilova hədə-qorxu gəlməmişəm, ondan hədə-qorxu gələrək “sən generalı barmağına dolamısan, məni yaxşı tanımırsan, səni həbs edərəm, başına torba keçirib podvala ataram” ifadəsini işlətməmişəm, 120.000 manat tələb etməmişəm, 80.000 ABŞ dolları pul almamışam. İlham Xəlilov özü dələduz olduğundan və çox borcu olduğu üçün mənə böhtan atır, aldatdığı şəxslərdən vaxt udaraq səbəbkar kimi məni göstərir. İlham Xəlilovun Natiq Hümbətov adlı tanışı ilə 20 nömrəli notariat kontorunda 30.000 manat borclu olmağı barədə müqavilə bağlamağından məlumatım yoxdur”.

“110 min manatı 1 ay sonra Adil Yaqubova çatdırdıq”

Zərərçəkmiş İlham Xəlilovun bildirdiyinə görə, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdıb ki, general Çovdarovun yanına getməlidir. İlham Xəlilov deyib ki, Adil Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına

gedərək Akif Çovdarovla görüşüb. Qısa danışıqdan sonra ondan 100 min istənilib.

Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb olunub. Akif Çovdarov bu ismarıcın Elman Salmanova onun çatdırmasını tapşırıb: “Akif Çovdarovunn göstərişini alan Elman Salmanov cəmi 90 min manat, mən isə 50 min manat düzəldə bildik. Həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda (Rəsulzadə və Biləcəri qəsəbələri arasındakı yol nəzərdə tutulur - red.) Çovdarovun göndərdiyi adamlara verdim. Qalan 110 min manatı isə 1 ay sonra Adil Yaqubova çatdırdıq”.

İlham Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin: “Bunlardan əlavə məndən 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri Akif Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən, məni yaxşı tanımırsan? Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib”.

Zərərçəkmiş, Binəqədi bələdiyyəsinin sabiq sədri Elman Salmanovun ifadəsi ilə davam edib. O, bildirib ki, 2000-2010-ci illər ərzində Binəqədi qəsəbə bələdiyyəsinin sədri işləyib: “İlham Xəlilov 2005-2015-ci illərdə Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləyib. Onunla tanışlığım 2005-ci ildə İlham bələdiyyə sədri seçildikdən sonra yaranıb”.

Zərərçəkmişin sözlərinə görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq Baş İdarə rəisi Akif Çovdarovu dövü mətbuatdan adını eşidib, onunla heç bir münasibəti olmayıb: “2008-ci ilin aprel ayının ortalarında saat 15 radələrində İlham

Xəlilov həmin vaxt istifadə etdiyim mobil nömrəmə xatırlamadığım mobil nömrəsindən zəng edərək xidməti otağıma gəlmək istədiyini bildirdi. Saat 17-18 radələrində İlham Xəlilov xidməti otağıma gəldi və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, general Akif Çovdarovun onu yanına çağırdığını, məndən 150.000 ABŞ dolları alaraq Akif Çovdarova aparmağını tapşırdığını dedi. Qeyd olunan məbləğdə pulumun olmadığını İlhama dedim. O, Akif Çovdarovun tələbini yerinə yetirmədiyim təqdirdə qara maskalı şəxslər gələrək məni nazirliyə aparacaqlarını söylədi. İlhamın dediklərindən qorxdum”.

Zərərçəkmişin sözlərinə görə, həmin gün evə gedərək qardaşı Vasifin oğlu Zakirə zəng edib və başına gələnləri danışıb, Akif Çovdarovun ondan 150.000 manat pul tələb etdiyini deyərək köməklik istəyib: “Zakir 2007-ci ildə aldığı “Range Rover” markalı maşınını sata biləcəyini dedi. 2 gündən sonra Zakir maşınını 90.000 ABŞ dollara tanımadığım şəxsə sataraq pulu yaşadığım evə gətirdi. Həmin pulu manata dəyişdim və pulun çatışmayan hissəsini isə özüm qoydum. Bundan sonra İlhama zəng edərək pulun bir hissəsinin hazır olduğunu dedim. İlahm Xəlilov pulu Biləcəri qəsəbə bələdiyyəsində yerləşən xidməti otağına gətirməyimi tapşırdı”.

Elman Salmanov qeyd edib ki, saat 18 radələrində Zakir Salmanzadə ilə birlikdə Biləcəri qəsəbə bələdiyyəsinə gedib, isə Zakir maşında gözləyib: “Sellofan paketə yığılmış 90.000 manatı götürərək İlhamın xidməti otağına getdim. 9 ədəd 100-lük əskinazlardan ibarət 9 ədəd bağlamanı İlham Xəlilova verdim. İlham mənə tələb olunan 150.000 manatdan verməli olduğum

60.000 manatını da toplamağımı tələb etdi. Məcbur olaraq evdə olan qızıl-zinət əşyalarını “Moskva Univermağı”nda tanımadığım qızıl alverçilərinə təxminən 35.000-40.000 manata satdım. Evdə olan 25.000 manat pulunuda həmin pulun üzərinə qoyaraq 60.000 manatı düzəltdim. Birinci dəfə pulu verdiyindən təxminən 3 gün sonra 60.000 manat pulu İlham Xəlilova sonuncunun xidməti otağında verdim. Evimdə olan qızıl-zinət əşyalarını “Moskva Univermağı”nda satdığı qızıl alverçilərini xatırlamıram”.

O, qeyd edib ki, İlhama 150.000 manat verib, ondan da həmin pulu tələb edir.

"Gündəm Xəbər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Çovdarov: “Agentlərlə tam məxfi şəraitdə...”

    Çovdarov: “Agentlərlə tam məxfi şəraitdə...” ...

    18-12-2016, 23:42

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu