GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Tarix: 14-01-2017, 13:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 923
Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Ağcabədidə 700 nəfər sahibkar “od püskürür”
Bu gün ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli və s. kimi əhəmiyyət kəsb edən məsələlər, əsas prioritet məsələlərdəndir. Son illər Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və digər sosialyönümlü problemlərin həlli, məhz sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. Odur ki, Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına lazımi təminat yaradılır, onlar güzəştli kreditlərlə təmin olunurlar, lizinq yolu ilə bir çox texnikalar verilir, subsidiyalar ayrılır. Təbii ki, atılan belə bir addımlar ölkədə sahibkarlığın inkişafına hesablanmış addımlardır.
Bu gün ölkəmizdə sahibkarların maraq və mənafelərinin qorunması, əsas istiqamətlərdən biri hesab olunur. Buna görə də onların ümumi problemlərinin öyrənilməsi üçün ayrı-ayrı bölgələrdə, rayonlarda görüşlər keçirilir, lazımi məsələlərin həlli yolları dövlət orqanlarına təqdim olunur, sahibkarlığın inkişafı ilə bağlı müxtəlif sahə, regional və ölkə miqyaslı proqramlar, layihələr hazırlanır. Təcrübə göstərir ki, sahibkarlara verilən güzəştli kreditlər, yardımlar, ilk növbədə Prezident tərəfindən göstərilən diqqət və qayğı, onları daha səmərəli işləməyə ruhlandırır, fəaliyyətləri üçün münbit şərait yaradır.

Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Bu, gün ölkə sahibkarlığının inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış İnkişaf Konsepsiyası” da böyük töhfələrə, uğurlara yol açır. Konsepsiyada ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsi, gələcək 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması nəzərdə tutulur.

Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Ölkəmzdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ölkə rəhbəri səviyyəsində belə bir yanaşmanın varlığına baxmayaraq, Ağcabədidə “Əli” firmasında çalışan 700 nəfərdən çox şəxs isə, “Gündəm Xəbər”ə ünvanladıqları müraciətlərində yazırlar ki, “rayonun mərkəzi bazarında sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər, bu gün də tapdaqlar altına atılmaqdadır. Problemin əmələ gəlməsinə əsas səbəbkar, məhz Ağcabədi rayon İcra Hakimiyyətinin başçısıdır. Çünki, icra başçısının sərəncamı əsasında rayonun H.Hacıyev küçəsində yaradılmış qeyri-qanuni küçə ticarəti, nəinki bizim fəaliyyətimizi iflic edir, hətta küçənin gediş-gəliş hissəsindən yolu keçənlərə maneə də olur. Baxmayaraq ki, mərkəzi bazarın içərisində 300-dən çox lazımi şəraiti olan müəyyən ölçüdə otaqlar var. Yəni, həmin yerlərdə həm kənd təsərrüfatı mallarını, həm də digər tələbat mallarını satmaq üçün əlverişli şərait olsa da, nədənsə icra başçısı biz sahibkarlara qənim kəsilib. Belə ki, icra başçısı vəzifəsini daşıyan Şahin Məmmədov, adı çəkilən küçədə küçə ticarətini genişləndirmək məqsədilə, yeni bazarın fəaliyyət göstərməsi üçün sərəncam imzalayıb. Bu da adı çəkilən küçədə heç bir şəraiti olmayan küçə ticarətinin genişlənməsinə səbəb olmaqla bərabər, eyni zamanda çoxsaylı problemlərin də əmələ gəlməsinə səbəb olmaqdadır.

Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Belə ki, mərkəzi bazarda yanğın baş verərsə, o halda yanğınsöndürənlər mərkəzi bazara daxil ola bilməzlər. Bundan əlavə, heç bir şəraiti olmayan küçə ticarəti, lazımi şəraiti olan bazardan bazarlıq etmək istəyən müştəriləri özünə cəlb edir, açıq hava şəraitində antisanitariya baş alıb gedir. Bu da uzun müddətdən bəri sahibkarlıq fəaliyyəti ilə məşğul olanların işlərini iflic edir ki, həmin sahibkarlar da, bu gün fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üz-üzə qalıblar.

Şahin Məmmədov qanlı toqquşmaya zəmin yaradır

Faciə odur ki, icra başçısının əməllərindən ölkə rəhbərinə şikayətlər ünvanlayırıq, məsul vəzifə sahibi olan şəxslərin qəbullarında oluruq, problemlərin araşdırılmasını tələb edirik, son anda da nəyəsə nail ola bilmirik. Buna da səbəb, PA-na ünvanladığımız şikayət məktublarımızın araşdırılmasının, Ağcabədi RİH-nə göndərilməsi olur. Bu da çoxsaylı problemlərin əmələ gəlməsinə, daha dəqiq desək, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı vermiş olduğu tapşırıqların icra olunmamasına gətirib çıxarır”.
Baxmayaraq ki, Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunmuş müşavirədə qeyd etdi ki, “sahibkarlığın daha sürətli inkişafı üçün əməli addımlar atılacaq”. Amma, Ağcabədidə yaşananlar isə, artıq başqa mətləblərdən xəbər verir və icra başçısını çoxsaylı sahibkarlara qarşı qərəzli mövqeyini ortaya qoyur. Problemlərin varlığını diqqətdə saxlayacağıq.
Araşdırmamız davam edəcək.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahibkarlığın inkişafı günün tələbidir

    Sahibkarlığın inkişafı günün tələbidir ...

    17-10-2016, 18:07

  • 
  • Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

    Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə ...

    22-12-2016, 21:44

  • 
  • Apellyasiya Şuraları sahibkarların hüquqlarının qorunması istiqamətində atılan növbəti addımdır

    Apellyasiya Şuraları sahibkarların hüquqlarının ...

    4-02-2016, 12:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu