GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Sahibkarlığın inkişafı günün tələbidir

Sahibkarlığın inkişafı günün tələbidir

Tarix: 17-10-2016, 18:07 Bölmə :Müsahibə Baxış: 1 215
Sahibkarlığın inkişafı günün tələbidir

Rüstəm Zülfüqarlı: “Mən də bir sahibkar olaraq fəaliyyətimi rayonda davam etdirməyə qərar verdim ki, ölkəmizin iqtisadi cəhətdən inkişaf etdirilməsində yaxından iştirak edim”
Bu gün ölkəmizin strateji əhəmiyyət kəsb edən sahələrindən biri də özəl sektordur ki, bu sahənin inkişaf etdirilməsi qarşımızda duran əsas məqsədlərdən biri hesab olunur. Onu da vurğulamaq yerinə düşər ki, hal-hazırda iqtisadi inkişafımızlın təmin edilməsində, ölkə əhalisinin ən zəruri mallara olan tələbatlarının ödənilməsində, özəl sektorun xüsusi rolu olur. Belə bir səbəblər üzündən də, bu sahəyə ölkə rəhbəri səviyyəsində xüsusi diqqət göstərilir, problemlərinin həlli istiqamətində əməli addımlar da atılır.
Hələ bir müddət bundan əvvəl cənab İlham Əliyev keçirilən müşavirələrin birində “biz büdcəmizin formalaşmasını təkcə neftdən gələn gəlirlə deyil, digər sahələrdən əldə olunan gəlirlə də formalaşdırmalıyıq” demişdir. Əlbəttə, belə bir yanaşma olduqca aktuallıq kəsb etdiyindən, bu gün sahibkarlığın inkişaf etdirilməsinə daha çox önəm verilir. Hal-hazırda sahibkarlıq məsələsi olduqca həssas sahələrdən biri olduğu üçün “Sahibkarlığın bu günü” qəzetinin təsisçisi və baş redaktoru Rüstəm Zülfüqarlını “Gündəm Xəbər”in redaksiyasına dəvət edib, ondan bir çox məsələlərə konkret münasibətini öyrəndik. O, bizimlə söhbətində əksər mətləblərə toxunarkən, ortaya fərqi suallar da çıxdı. Bəlli oldu ki, o, əvvəllər Azərbaycan mətbuatında çalışmış və müəyyən səbəblər üzündən də, bir müddət bu sahədən uzaqda düşmüşdü. Odur ki, ilk sualımızı ona ünvanladıq və konkret cavablarını da əldə etdik.
Rüstəm müəllim səbəb nə oldu ki, siz xeyli müddət mətbuatdan uzaq düşdünüz?
Bəli, mən də neçə illər Azərbaycan mətbuatda çalışmışam və bu sahə sanki mənim üçün bir həyat məktəbi olub. Bu sahədən uzaqlaşmağıma səbəb isə, yalnız və yalnız ikinci ali təhsil almağım olub. Çünki ilk ali təhsilim texniki fənlər üzrə olduğundan qarşıma məqsəd qoydum və ikinci ali təhsili humanitar fənlər üzrə alım. Yəni, filologiya ixtisasına yiyələndim. Amma, az sonra həyat elə gətirdi ki, RF-sı ərazisinə getməli oldum və bir neçə illər də həmin ölkədə yaşadım. Artıq iki ildən çoxdur ki, ölkəmizə qayıtmışam və hal-hazırda da Bakı şəhərində yaşayıram.
Siz neçə illər mətbuatda çalışmısınız və əldə etdiyimiz məlumata görə bu sahə üzrə kifayət qədər iş təcrübəniz də var. Yenidən bu sahəyə qayıtmaq qərarınız varmı?
Düzdür, yuxarıda qeyd etdiyim kimi vaxtilə mətbuat formalaşmağıma olduqca təsir edib və istər mənim lazımi iş təcrübəsi qazanmağıma, istərsə də yaradıcılıq qabiliyyətimi artırmağa imkan da verib. Belə bir səbəblər üzündən də, təsisçisi və baş redaktoru olduğum qəzetin işıq üzü görməsi üçün hal-hazırda düşünürəm. Ola bilər ki, yaxın vaxtlarda “Sahibkarlığın bu günü” qəzeti yenidən çoxsaylı oxucularının görüşünə gəlsin. Çünki, rəhbəri olduğum qəzetin fəaliyyətində əsas amal, gələcəkdə sahibkarlıqla bağlı məsələlər olacaq. Artıq hər kəsə aydındır ki, bu gün ölkəmizdə sahibkarlığın bütün sahələri inkişaf etdirilir, dövlət səviyyəsində diqqət və qayğı da göstərilir.
Əldə etdiyimiz məlumatlara görə bu gün siz sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuz?
Düz buyurdunuz, mən Azərbaycana qayıtdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım. Hal-hazırda fəaliyyətimi həm Bakı şəhərində, həm də doğulub boya-başa çatdığım Goranboy rayonunun Borsunlu kəndində davam etdirirəm.
Bəs səbəb nə oldu ki, fəaliyyətinizi rayonda da davam etdirməyə qərar verdiniz?
Diqqətinizə çatdırım ki, bu gün ölkə rəhbəri cənab İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Mən də bir sahibkar olaraq fəaliyyətimi rayonda davam etdirməyə qərar verdim ki, ölkəmizin iqtisadi cəhətdən inkişaf etdirilməsində yaxından iştirak edim. Çünki, biz bir dövlət olaraq iqtisadi cəhətdən inkişaf etməsək, heç zaman güclü ola bilmərik. Bu sahənin inkişaf etdirilməsi həm işsizliyin aradan qaldırılmasına dəstək verir, həm də əhalinin ən zəruri mallara olan tələbatlarının ödənilməsinə imkan yaradır. Mən fəaliyyətimi rayonda davam etdirməyə ona görə qərar vermişəm ki, bir mətbu orqanın rəhbəri olaraq sahibkarlıqla bağlı problemləri öz gözlərimlə görüm və onların həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ də qaldırım. Düşünürəm ki, belə bir addımım yalnız ümumi inkişafımıza dəstək olacaq.
Rəhbərlik etdiyiniz təsərrüfat hansı yöndə fəaliyyət göstərir?
Düzdür, bu gün sahibkarlığın çox sahələri inkişaf etdirilir. Mənim rəhbərlik etdiyim təsərrüfatın fəaliyyəti isə, daha çox bağçılıq təsərrüfatını inkişaf etdirməkdir. Bəli, hal-hazırda rəhbərlik etdiyim təsərrüfatda böyük bağ sahələri salmışıq, kənd təsərrüfatı məhsulları yetişdiririk. Adicə onu vurğulayım ki, bağ təsərrüfatımda 2700 meyvə ağacı var. Onların içərisində Naxçıvan göycəsi, Türkiyədən gətirilmiş qoz ağacları, ərik ağacları və s. daha çoxluq təşkil edirlər. Təsərrüfatımda 33 nəfər əmək fəaliyyəti ilə məşğul olur ki, bu da xeyli ailənin dolanışığı deməkdir. Bu il təsərrüfatımızda təqribən 200 tondan çox tərəvəz məhsulları yetişdirdik və mövsüm vaxtı da satışını həyata keçirdik. Hal-hazırda qış mövsümündə məhsul yetişdirmək üçün hazırlıq işləri davam etdirilir.
Sizin bağ təsərrüfatından başqa digər sahələri də inkişaf etdirmək fikriniz varmı?
Bəli var. Hal-hazırda Türkiyədəki və Rusiyadakı iş adamları ilə danışıqlarımız davam etdirilməkdədir. Məqsədimiz təsərrüfatımızda yetişdirilən tərəvəz məhsullarının saxlanılması üçün, iritutumlu soyuducu anbarların tikilməsidir. Bu işlə yanaşı pambıq və taxıl təsərrüfatını inkişaf etdirmək məqsədilə 60-70 ha əkin sahələrinin ayrılması üçün, rayonun kənd təsərrüfatı idarəsinin rəisi Ziyad Əhmədovla da danışıqlar aparılıb. Ümumi razılaşmamız əldə olunduqdan sonra, növbəti ildə bu sahələrin də inkişafına çalışacağıq.
Həm sahibkar, həm də KİV nümayəndəsi olaraq rayonda sahibkarların üz-üzə qaldıqları problemləri görürsünüzmü?
Mən bir sahibkar olaraq onu da vurğulayım ki, bu gün rayonumuzda sahibkarlıqla bağlı məsələlrin həlli istiqamətində əməli addımlar atılmaqdadır. Buna da səbəb, ölkə rəhbərinin vermiş olduğu tapşırıqların yerli vəzifə sahibləri tərəfindən diqqətdə saxlanmasıdır. Belə ki, bu gün Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyevin, rayonun kənd təsərrüfatı idarəsinin rəhbəri Ziyad Əhmədovun diqqət və qayğısının nəticəsidir ki, rayondakı sahibkarlar fəaliyyətlərini davam etdirə bilirlər. Əgər sahibkarlardan bir kimsə problemlə üz-üzə qalarsa, o halda rayon rəhbərliyi problemin həlli istiqamətində lazımi tapşırrıqlarını verir. Bu da onu söyləməyə əsas verir ki, rayonda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı lazımi şərait yaradılır.
Amma, əfsuslar olsun ki, sahibkarların üz-üzə qaldıqları ən böyük problem, onlara məxsus təsərrüfatların suvarma suyu ilə lazımınca təmin edilməməsi olur. Bunun da obyektiv səbəbləri var ki, bu səbəblər içərisində də ən başlıcası Azərbaycan hakimiyyətində yüksək çinli vəzifə sahiblərinin daşıdıqları vəzifələrindən sui-istifadə etmələri olur. Mən KİV nümayəndəsi olaraq yaşanan belə bir problemin varlığını aidiyyəti qurumların diqqətinə çatdırmağa çalışacağam. Çünki suvarma suyu ilə təminatın həyata keçirilməməsi, biz sahibkarlar üçün böyük bir problemə çevrilib. Hər kəsə bəllidir ki, belə bir problemin əsas səbəbkarı, yuxarıda qeyd etdiyim kimi yüksək çinli vəzifə sahiblərinin qol qoyduqları qanunsuzluqların varlığıdır. İnanıram ki, belə bir problemin varlığı hakimiyyətin ən yüksık kürsüsündə çalışan vəzifə sahibləri tərəfindən, xüsusilə də ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən diqqətdə saxlanılacaq və həlli istiqamətində müvafiq tapşırıqlar da veriləcək. O halda yəqin ki, rayon sahibkarları üz-üzə qaldıqları problemin varlığından birdəfəlik xilas olacaqlar.

Nemət Orucov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev: "ABŞ-Azərbaycan münasibətləri strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatıb"

    Prezident İlham Əliyev: "ABŞ-Azərbaycan ...

    31-03-2016, 12:30

  • 
  • Dövlət hesabına tikilən dayanacaq özəl şirkətə verilib

    Dövlət hesabına tikilən dayanacaq özəl şirkətə ...

    4-08-2013, 18:28

  • 
  • Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü

    Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü ...

    25-04-2016, 16:10

  • 
  • Biləsuvar rayonu necə inkişaf edir?

    Biləsuvar rayonu necə inkişaf edir? ...

    3-03-2016, 16:02

  • 
  • İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq"

    İlham Əliyev: "Qeyri-neft sektorunun ...

    10-01-2016, 16:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu