GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vergilər naziri sahibkarların gününü qara edib, “qan uddurur” - Araşdırma

Vergilər naziri sahibkarların gününü qara edib, “qan uddurur” - Araşdırma

Tarix: 27-01-2017, 20:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 993
Vergilər naziri sahibkarların gününü qara edib, “qan uddurur” - Araşdırma

MTN bəlasından canı qurtarmış sahibkarlar indi Fazil Məmmədovun 4 + 1 faiz vergi soyğunçuluğu ilə üzləşiblər; iş adamlarına divan tutan vergilər nazirinin maxinasiyaları və bank fırıldaqları “Gündəm-Xəbər”də....
Prezidentin siyasətinə qarşı gedən Vergilər Nazirliyi “Gündəm-Xəbər” da daxil olmaqla MMC-ləri və şirkətləri çökdürür, sahibkarları müflisləşdirir - Şok rəqəmlər
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindən canı qurtarmış sahibkarlar indi daha bir dövlət qurumu ilə üzbəüz qalıblar. Vergilər Nazirliyi iş adamlarının başına oyun açmaqda davam edir. Bu haqda prezidentə, prokurorluğa çoxsaylı müraciətlər ünvanlanmaqdadır.
4 faiz + 1 oyunu

Vergilər naziri sahibkarların gününü qara edib, “qan uddurur” - Araşdırma

Dövlət başçısı sahibkarları iki illik vergidə azad etməsinə baxmayaraq, nazirlik iş adamlarını müflisləşdirmək siyasətindən əl çəkməyib. Sahibkarlar MTN-nin yerini Vergilər Nazirliyinin tutduğunu söyləyirlər.
Bu vəziyyət sahibkarları dövlətin üstünə qaldırır. Nazirlik məqsədli şəkildə yenə də sahibkarlığı sıxışdırıb sıradan çıxarmağa çalışır.
İqtisadi böhran getdikcə dərinləşir və iş adamlarına işləməyə imkan yaradılmalıdır. Amma vergi quramaları onları basqı altında saxlayır.
MTN bandası sahibkarları tək-tək ovlayıb zirzəmidə işgəncə verməklə pullarını alırdısa, yeni vergi oyunları isə onlara qarşı iqtisadi sanksiyadır.
Elə “Gündəm-Xəbər” bir MMC olaraq 4 faiz sadələşdirilmiş vergi ödəyir. Ancaq indi vergilər naziri Fazil Məmmədov təzə metoda keçib.
Belə ki, köçürmə pulların nəğdləşdirmə əməliyyatında əlavə vergiyə 1 faiz pulumuzdan tutulacaq və əlavə olaraq həmişə olduğu kimi bankda 0,06 faiz tutur. Bu qəzeti nə qədər satdıraq ki, Fazil Məmmədovun timsalında büdcəmiz dolsun?!
Bir neçə ay bundan öncə F. Məmmədov "ağıllı" təklif irəli sürdü ki, spirtli içkiləri və tütün məmulatlarının alışını kart variantına keçirək büdcəmiz dolsun. Bu təklif əhali arasında narazılıqla qarşılandı və prezident bu təklifi rədd etdi.
İndi isə Vergilər Nazirliyinin sadələşdirilmiş dörd faizdən əlavə bir faiz də pul tutması düzgündürmü və bununla büdcəni doldurmaq olarmı? Belə çıxır ki, artıq sadələşdirilmiş vergi ödəyiciləri 4 yox 5 faiz vergi ödəməli olur.
Nazirin TIR-ları və MMC-lərin qara günü
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, vergilər naziri Fazil Məmmədov dövlət büdcəsinin cəfasını çəkirsə, Rusiya və Ukraynaya TIR-larla vurduğu milyonları ölkəmizə sərf etsə heç də pis olmaz.
Hər kəs bilməlidir ki, bu məmurlar artıq xalqın rəsmi cibinə girib pulunu çəkir. Deyəsən, MTN Vergilər Nazirliyinə baxanda şükürlü olacaq. Çünki belə bir halın varlığı, bir MMC olaraq ümumi iş prosesimizin ləngiməsinə, bəzən də iflic olmasına gətirib çıxarır
Ümumiyyətlə, son vaxtlar respublikamızda yaşanan acınacaqlı durumun varlığından biri də, Vergilər Nazirliyi tərəfindən kiçik və yaxud da böyük istehsal müəssislərinə yaradılmış süni əngəllərin varlığıdır. Məsələn, adicə bir faktı qeyd edək.
“Gündəm Xəbər” qəzetinin redaksiyası olaraq hər ay satışdan əldə olunan gəlirə görə dövlətə 4%-lik vergi ödəyib, aidiyyəti üzrə rüblük hesabatlar da təqdim edirik. Yəni, istehsalçı tərəf olaraq qanunvericiliyin tələblərinə əməl edib fəaliyyətimizi davam etdiririk və lazımi vergi faizini də ödəyirik.
Faciə odur ki, əgər əvvəllər qəzetimizin satışı ilə məşğul olan müəssisələrlə, kassa mədaxil ordeninin qəbzi və yaxud da vəkalətnamələr, yəni ciddi sənədlər vasitəsilə nəğd hesablaşmalar aparırdıqsa, bu gün fərqli tələb-şərt mövcuddur.
Nazirliyin maxinasiyaları, siqaret biznesinə “əl qoymaq”
“Gündəm-Xəbər” yazır ki, hazırda həmin müəssisələr qəzetin satışından əldə olunan pulları bank hesabına köçürməyə vadar edilirlər və belə bir əməliyyatı həyata keçirərkən, banka xidmət haqqı olaraq 0,06% pul da ödəyirlər.
Elə ki, hesaba köçürülmüş pulları hesabdan götürmək lazım gəlir, o halda da istehsalçı tərəf olaraq yenidən 0,06 %-lik bank xidməti ödəməyə məcbur oluruq.
Deməli, istehsalçı tərəf olaraq “Gündəm Xəbər” qəzetinin satışı və satışından əldə olunan gəliri əldə etmək üçün, bir neçə dəfə xərcə düşməli oluruq.
Hətta elə hallar da olur ki, satışdan əldə olunan gəlirlərin banka köçürülməsi, yaxud da pul vəsaitlərinin bankdan çıxarılması olduqca problemə çevrilir. Belə bir halın varlığı, bir MMC olaraq ümumi iş prosesimizin ləngiməsinə, bəzən iflic olmasına da gətirib çıxarır.
Bu cür addımların atılması Vergilər Nazirliyi rəhbərliyinin yazıb-pozduğu maxinasiyalardan biridir ki, bu da çoxsaylı sahibkarların, o cümlədən “Gündəm Xəbər” qəzeti redaksiyasının da fəaliyyətini əngəlləməyə hesablanmış addımlardır.
Dəhşətli hal odur ki, iki həftədir köçürülən pulu hələ də əldə edə bilmirik. Bu da o deməkdir ki bizim min bir əziyyətlə ərsəyə gətirdiyimiz qəzetimizin satış pulundan banklar vasitəsi ilə müəyyən fırıldaqlarını həyata keçirirlər və eyni zamamda müstəqil olmalı olan mətbuatyayımı yüksək çinli məmurların əlində inildəyir.
Fazil Məmmədovun bu taktikası sahibkarların süründürməçiliyinə gətirib çıxartmaqdan başqa bir şey deyil. Biz zəhmətkeş sahibkarların haqqını yeyib min bir əziyyətə salan məmurlara dur
deyən olacaqmı? Təbii ki, yox. Ona görə yox deyirik ki, başımıza gətirilən bu oyunlardan prezidentin xəbəri yoxdur. Əgər olsa bu haqsızlıqlara bəlkə də son qoyular.
Departamentlə iki bankın oyunu
Bu məsələdə Bakı şəhər Ticarət Departamentinin də “əməyini” xüsusi vurğulamaq lazımdır. Çünki məhz onların sayəsində bu gün qəzet yayımı ən ağır günlərini yaşayır. Eyni zamanda yayım firmalarının da üzərinə məsuliyyət düşür.
Məhz yayım firmaları müstəqil fəaliyyət göstərsəydi bu vəziyyət yaranmazdı və bu sahə məmurların əlində cəmləşməzdi.
Bakı şəhər Ticarət Departamentinin əl qoyduğu "Yeraltı Keçidlər Üzrə Ticarət Birliyi" bu oyunun icraçılarıdırlar. "KapitalBank"ın Nəsimi rayon filialı bu oyunun iştirakçısına çevrilib.
Bu problemin varlığı mətbuat yayımların məmurların nəzarətində olması və mətbuat yayımlarının müstəqil olmamasıdır. Ən əsası odur ki, məmur özbaşınalıqları hər bir iş adamlarını rəzil günə salır.
Əlavə olaraq onu da vurğulayaq ki, hazırda qiymət artımının daha çox müşahidə olunduğu siqaret biznesinə də, Vergilər Nazirliyi “əl qoyub”.
Yəni, bu məhsulun alqı-satqısı ilə ilə məşğul olan iş adamlarına da, hesablaşmaların banklar vasitəsilə həyata keçirilməsi qaydası tətbiq olunub.
Belə bir səbəb üzündəndir ki, hazırda qiymət bazarında dəyəri 2 manata qədər olan siqaretlər 10 qəpik, dəyəri 2 manatdan yuxarı olan siqaretlərin qiyməti isə 20 qəpik bahalaşıb. Bu da hər şeydən öncə, sadə, olduqca imkansız olan hər kəsə ciddi təsirini göstərməkdədir.
Prokurorluğa ən çox bu nazirlikdən şikayət olub
“Gündəm-Xəbər”in yaydığı məlumata görə, belə olan halda hər kəs o qənaətə gələ bilər ki, Vergilər Nazirliyinin sahibkarlara qarşı bu cür tələb-şərt qoyması, boşaldılmış büdcənin doldurulmasına hesablanmış addımıdır.
Amma onu da unutmaq olmaz ki, bu gün Azərbaycanda fəaliyyət göstərən hər bir bank, hansısa iri ranqlı oliqarx məmurun, yaxud da yüksək çinli vəzifə sahibinindir.
Onu da deyək ki, ölkədə ən çox korrupsiyalaşmış qurumların adları açıqlanıb. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev statistikanı açıqlayıb.
K.Əliyev bildirib ki, Vergilər Nazirliyindən 48, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, İqtisadiyyat Nazirliyindən 9 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub.
Göründüyü kimi, ən çox şikayət və müraciətlər Vergilər Nazirliyi ilə bağlı olub. Fazil Məmmədovun rəhbərlik etdiyi nazirlik yenə də korrupsiya piramidasının zirvələrinə ucalıb.
Prezident iş adamlarını 2 illik vergidən azad etsə də, nazirlikdə son 2 ay ərzində kadr islahatları həyata keçirilsə də, yenə də siyahının başında Vergilər Nazirliyi qərarlaşıb.
Bu faktlar nazirliyin fəaliyyətindən narazılar ordusunun olduğuna sübutdur. İş adamları, sahibkarlar, biznes sahəsində çalışanlar vergi müfəttişlərindən cana doyub. Vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib.
Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi.
Amma nazirin səs-küylü istefasına gedilmədi. Əvəzində illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır.
Bu, naziri istefaya yollamaqdan daha ağır qərar idi. Nazirin əl-qolunun bağlanması, rüşvət yığımı imkanlarının məhdudlaşdırılması ona istefa getmək qədər böyük zərbə idi. Görünür ki, nazir prezidentin göstərişlərinə zidd fəaliyyətini davam etdirməkdən çəkinmir.
Sahibkarların nəfəsliyi də bağlanıb
“Gündəm-Xəbər”in media üzərindən yaydığı məlumata görə, Gədəbəy rayonunun icra başçısı Ramiz Yediyarov və Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovu rayon icra başçıları arasında sahibkarların çökdürülməsi üzrə çempion adlandırmaq olar.
Bu 2 rayonun icra başçısınin adı ölkə mətbuatının gündəmindən düşmür. Hər yeni gün bu biznesmen ovçularının fəaliyyətlərinə yeni çalar əlavə olunur. Vergilər naziri Fazil Məmmədovun qeyri-rəsmi quberniyasına daxil olan bu rayonlarda mülkləri yağmalanan sahibkarların ah-nalələri televiziya ekranlarına qədər gəlib çıxır.
Ümumiyyətlə, internet resurslarında axtarış verməklə kifayət qədər şikayət məktublarına rast gəlmək olar. Onların əksəriyyəti vergi müfəttişlərinin özbaşınalıqlarından, iş adamlarına qan uddurmasından bəhs olunur.
İş adamları vergilər nazirinin dəyişməsi ilə bəlkə müsbət irəliləyiş olacağına ümid edirlər. Çünki böhran davam etsə də, nazir heç bir islahata həyata keçirmir.
Ekspertlər hesab edirlər ki, nazirlərin “yarpaq tökümü” davam edəcək. Artıq hədəfdə olan növbəti nazirin kimliyi barədə ilkin versiyalar ictimaiyyət arasında səsləndirilməkdədir. Bu, vergilər naziri Fazil Məmmədovdur.
Hökumət iqtisadiyyatın liberallaşdırılması prosesini həyata keçirməlidir. Əvvəlki kimi hökumətin maliyyə resursları yoxdur. Yeganə çıxış yolu sahibkarlığın dəstəklənməsidir. Bu yolda yeganə maneə hakimiyyətdə sahibkarlığa qənim kəsilən bəzi strukturlardır.
Sahibkarlara bu qurum ciddi problemlər yaradır. Onların əmlakının müsadirə edilməsi prosesində Vergilər Nazirliyi də aktiv görünür.
Əgər hakimiyyət sahibkarlığa qənim kəsilən qurumların, şəxslərin qarşısını almasa, ölkəni iqtisadiyyat böhranından çıxarmaq mümkün olmayacaq. Mövzunu diqqətdə saxlayacağıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət - NARAZILIQ VAR...

    Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət ...

    2-04-2016, 01:28

  • 
  • FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI

    FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI ...

    14-10-2013, 09:42

  • 
  • Vergi naziri korrupsiya piramidasının zirvəsində

    Vergi naziri korrupsiya piramidasının zirvəsində ...

    17-01-2017, 21:41

  • 
  • BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR

    BU GÜN FAZİL MƏMMƏDOVA QARŞI MƏHKƏMƏ QURULUR ...

    10-01-2013, 12:17

  • 
  • Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı

    Fazil Məmmədovun yeni kassa aparatları əməliyyatı ...

    8-12-2012, 10:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu