SAHİBKARLAR VERGİLƏR NAZİRİNİN İSTEFASINI TƏLƏB ETDİ: ZAMANI YETİŞİB
DİA.AZ: - Prezident seçkilərindən sonra hansı nazirin gedəcəyi, hansının postunda saxlanılacağı kimi bir dönəmin ciddi şəkildə müzakirə olunduğu bir ərəfədə Bakıda fəaliyyətdə olan bir qrup sahibkar Vergilər Naziri Fazil Məmmədovun istefasını tələb ediblər. Bu barədə DİA.AZ-a daxil olun müraciət-məktubda bildirilir ki, Fazil Məmmədovun seçkilərə iki gün qalmış yürütdüyü siyasət birbaşa olaraq hakimiyyətin mövqelərinə zərbədir və prezidentə qarşı təxribat kimi dəyərləndirilməlidir.
Sahibkarlar yazır: «Prezident seçkiləri ərəfəsində dövlət başçısı İlham Əliyev məhz xalqın sosial rifah halının yüksəldilməsi məqsədilə bir sıra addımlar atdı. Əməkhaqqılar qalxdı, pensiyaların miqdarı artırıldı. Amma deyəsən, prezidentin bu siyasətinə qarşı gedənlər də var və onlardan biri də Vergilər Naziri Fazil Məmmədovdur».
Sahibkarlar bildirir ki, seçkilərə iki gün qalmış, yəni 7 oktyabr tarixində Bakıda fəaliyyət göstərən əksər obyekt sahiblərinə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə dəvət daxil oldu. Departamentdə sahibkarlara bildirilib ki, bu gündən etibarən hər kvartalda yığılan qanunsuz ödəmənin (rüşvətin) miqdarı artırılıb.
Məsələn, əgər bir sahibkar kvartalda 600 manat ödəyirdisə, artıq bu rəqəm 2100 manata qədər qaldırılıb. Yəni eyni sistemlə bütün obyekt sahibkarlarına Vergilər Nazirliyinin audit kronemetrajı tərəfindən bahalaşma xəbərdarlığı edilib».
Sahibkarlar bildirir ki, Vergilər Nazirliyinin bu addımı təbii ki, qiymət artımına, bahalaşmaya səbəb olacaq: «Sahibkar da məcburdur ki, dükanında satdığı məhsulun qiymətini artırsın. Bu, hər zaman belə olub. Və bunu hər kəs yaxşı bilir. Xüsusən də illərdir Vergilər Naziri rəhbəri vəzifəsini tutan Fazil Məmmədov.
Deməli, Fazil Məmmədov bunu billə-bilə edib. Və belədirsə, o zaman seçkiyə iki gün qalmış sahibkarların bu şəkildə xəbərdar edilməsi birbaşa olaraq prezident İlham Əliyevə qarşı atılan addım kimi dəyərləndirilməlidir. Və biz sahibkarlar Fazil Məmmədovun istefasını tələb edirik».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?