Yaxud məmurlar, deputatlar, ombudsman işçiləri və hakimlər niyə Vergilər nazirindən çəkinir?
Son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri də reketlik jurnalistika ilə bağlıdır. Bir neçə sayt, qəzet rəhbərinin reket jurnalist kimi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa edilməsi artıq reketçiliyin dövlətin təhlükəsizliyinə təhlükə olması anlamına gəlir. Əks halda dövlətin belə vacib bir qurumu bu tip əməliyyatlara vaxt sərf etməzdi.
Reket jurnalistika üçün münbit şərait
Bəs reket jurnalistka nədən bu qədər geniş yayılıb? Niyə jurnalistikamıza ləkə gətirən bu cür qanunsuz əməlllər başımıza bəla olub, jurnalistikanın və jurnalistlərin nüfuzuna xələl gətiri? Çəkinmədən demək olar ki, reket jurnalistika həm də ölkədəki məmur özbaşınalığının nəticəsidir.Az qala bütün dövlət qurumlarında, komitələrində, hətta məhkəmələrdə, parlamentdə vətəndaşlarla cinayətkar, ikinci sort adamlar, qul kimi davranılır, səsi çıxanı anındaca polislə, "bandotdel"lə, müstəntiqlə, prokurorla şantaj edirlər!
Fikir verin, əvvəllər dövlət, qeyri-dövlət qurumlarında - icra hakimiyyətlərində, məhkəmə, parlament zallarında,ç örək, ərzaq, mənzil-məişət növbələrində Qarabağ əlillərinə “səni savaşa mən göndərmişdim?” deyənlər bu gün onların torpağına, əmlakına, güzəştinə, hüququna yiyələnib “get özünü yandır” məsləhətindən belə çəkinmirlər! Bu reketlik deyil? İcra hakimiyyətinin (istər Sabunçu olsun, istər Nizami, Suraxanı və s.və) “JEK”inin adi bir zibildaşıyanı qohumlarından ibarət qoçu dəstəsini yığıb heç bir məhkəmə qərarı və s. olmadan vətəndaşın evini, hasarını uçurursa, günün günorta çağı polisin gözü qabağında tikinti ilə məşğul olan sahibkarı döyürsə, bunun reketlikdən başqa adı varmı?
Vergi reketçiliyi
Bəs vergi əməkdaşlarının heç bir qərar olmadan əlilləri köşklərindən, evlərindən aparıb məhkəməsiz həbs etmələri necə, reketlik deyil? Bu sualları hüquq-mühafizə orqanları müsbət cavablandırsa da, konkret tədbir görülmədiyindən, reketçilik günü-gündən çiçəklənir. Elə bundan ruhlanan bəzi media nümayəndələri də reketçiliyə üz tutur.
Onu da vurğulayaq ki, vergi əməkdaşlarının reketçiliyi ən geniş yayılmış reketlik növüdür ”Obexees”in səlahiyyətlərinin Vergilər Nazirliyinə verilməsi vergi müstəntiqlərinin əl-qolunu tam açıb. Fikir verin, meyvə-tərəvəz biznesilə məşğul olan Qarabağ əlilləri idxal-ixrac əməliyyatları zamanı hər növ rüsumdan azad olduqları halda,vergi müstəntiqləri öncədən onlara astronomik məbləğdə -milyonlarla manat vergi borcu yazır və barələrində həbs qərarı seçdirməklə əlil-sahibkarı “reket sövdələşməsinə" məcbur edirlər.Əlilin protez ayağından, əlindən, uzaqbaşı reabilitasiya vasitəsi maşınından başqa nəyi var ki, o, belə sövdələşmyə məcbur edilir?
Vergi məmurları Qarabağ əlillərini həbs etdirib
Hazırda bir neçə müharibə əlili vergi relketçiliyinin qurbanı kimi həbsdə yatır. Saytlar bu məsələni mütəmadi işıqlandırdığından toplumun bu haqda bilgisi var. Bəs hüqiq-mühafizə orqanları niyə vergi, gömrük, ədliyyə, icra hakimiyyətinin reketçiliyinə hüquq qiyməti vermir?
Ombudsman hara baxır?
Bəs insan hüquqları üzrə müvəkkil niyə susur?Necə olur, Ombudsman Rusiyada qolu qandalllı halda nazirlik binasına gətirilən azırbaycanlıya sözdə də olsa, ”müvəkkillik edir”, amma burnunun ucunda - Bakıda Qarabağ əlilinin, gözdən əlilin qoluqandallı polis bölməsinə,vergi departamentinə, icra hakimiyyətinə, polis şöbəsinə aparılıb işgəncəyə məruz qalmasına isə etinasızdır. Bəlkə ombudsman bu halları qanuni sayır? Deməli,ombudsmanın da reketçilikdə payı var. Bu fikri çoxsaylı faktlardan biri ilə əsaslandıra bilərik. Gözdən əlil müharibə veteranı Elyar İsmayılovu bu ilin noybarın 11-də vergi əməkdaşları məhkəmə qərarı olmadan həbs edib naməlum istiqamətə aparanda Ombudsmanın “qaynar xətti”nə - 050 370 98 96 telefon nömrəsinə zəng edildi. Bilirsiniz, Ombudsmanın bu məsələyə reaksiyası necə oldu? Bildirdilər ki, insan hüquqları üzrə müvəkkil yalnız polisdən şikayətlərə baxır. Niyə hüquq mühafizə orqanlar, icra başçıları, deputatlar, komitə sədrləri də və b. vergi məmurlarının özbaşınalığına reaksiya verməkdən çəkinir? Bunun da cavabı gizlin deyil. Axı, bu qurumların özlərinin rəhbərləri qanunsuz sahibkarlıqla məşğuldurlar, nə qədər obyektləri, şadlıq sarayları, əmlakları var, cızıqlarından çıxsalar, vergi orqanı onları elə dərin quyuya salar ki, müharibə əlillərinin salındığı məhbəs onun yanında toya getməli olar!
Bir olayı diqqətə çatdıraq.Bir neçə il öncə yol polisi elə də böyük vəzifəsi olmayan vergi əməkdaşının maşınını qanun pozuntusuna görə cərimə meydanına qoydurmuşdu.Anında həmin yol polisinin və havadarlarının başqa şəxslərin adına olan biznes fəaliyyəti araşdırmışdı... Nəticədə polisdən vergi əməkdaşının maşınının qanun pozuntusuna görə cərimə meydançasına aparılması “anlaşılmazlıq” kimi təqdim edilmişdi və iki qurum arasındakı qarşıdurma çözülmüşdü... Bu sadaladıqlarımız reketçiliyin məmur özbaşınalığından qaynaqlandığını, onun uca zirvəsi olmasını deməyə əsas verir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?