Fəridə Məcidova qətlə yetirilməmişdən əvvəl həyat yoldaşını dağladığı açıqlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən 1950-ci ildə Quba rayonunda anadan olmuş Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə şahid qismində qətlə yetirilən Fəridə Məcidovanın qardaşının həyat yoldaşı Dilarə Məcidova ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxs Fəridə Məcidovanı məqsədli şəkildə öldürüb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslə Fəridə Məcidova qətl olayı baş verən günü məhkəmədə boşanma davaları olacaqmış: “Məzahir həmin gündə cinayəti törədib. O, çox sakit adam idi, belə cinayət törətməsinə əvvəlcə inanmadıq. Bir-birlərindən xoşu gəlmirdi, yola getmirdi,
gərək sakit ayrılardılar. Belə bir cinayətin baş verməsi nəyə lazım idi?”.
Dilarə Məcidova qeyd edib ki, İbrahim Qasımi ilə Fəridə Məcidovanın münasibətləri həm yaxşı, həm də pis olub: “Yaxşı olun ona görə ki, dolanıblar, pis olub ona görə deyirəm ki, hər ailə də söz-söhbət olar. Amma qətlin nəyə görə baş verdiyini dəqiq bilmirəm. Mənə zəng edərək dedilər ki, Məzahir Fəridəni öldürüb. Bunu eşidəndən şoka düşdüm. Qətl olayı baş verən günü Fəridənin ad günü olub, onun vəziyyəti yaxşı idi, Milli Məclisdə işləyirdi, yaxşı əlaqələri var idi. Yas yerinə də tanınmış adfamlar gəlmişdi”.
Dilarə Məcidova bildirib ki, təqsirləndirilən şəxs əvvəllər bizneslə məşğul olub: “Amma Fəridənin bu bizneslə dolanmasına inanmıram. Çünki Fəridə də yaxşı əməkhaqqı alırdı”.
Əmlak davası ilə bağlı prokurorun suallarını cavablandıran Dilarə Məcidova bildirib ki, mərhumənin yaşadığı evi ona atası alıb. Ər-arvad arasında əmlak davası ilə bağlı bir söz deyə bilməyəcəyini vurğulayan şahidin sözlərinə görə, Fəridə həmişə özündən razı olub: “Fəridə həmişə özünü Məzahirdən üstün tuturdu. Buna baxmayaraq, Fəridə ailəsinə, Məzahirə bağlı idi, onu çox istəyirdi. Məzahir Fəridəni döyərdi, vuraydı, söyəydi, amma bu qətli törətməyəydi. Çünki Məzahir sakit adam idi, hövsələsini içinə çəkəydi. Heç vaxt ağlıma gəlməzdi ki, Məzahir belə bir cinayət törədər. Onların arasında münaqişələrin olmasının heç vaxt şahidi olmamışam”.
Sonra hakim xatırladıb ki, ötən iclas da həm təqsirləndirilən şəxs, həm də təqsirləndirilən şəxsin bacısı ifadə veriblər. Hakimin
sözlərinə görə, hər iki şəxs ifadələrində mərhum Fəridə Məcidovanın qaşığı qızdıraraq Məzahir Qasıminin bədəninə yapışdırması barədə ifadə veriblər. Hakim həmin ifadələrlə bağlı şahid Dilarə Məcidovanın da fikirlərini öyrənib.
Dilarə Məcidova deyib ki, belə bir halın şahidi olmayıb: “Fəridə qaşığı qızdıraraq Məzahirin bədinən yapışdırması mümkün deyil. Belə hal heç vaxt olmayıb. Düzdü, Fəridə bunun dildə deyər, amma etməzdi. Fəridə heç vaxt Məzahiri təhqir etməyib”.
Proses fevralın 7-də davam edəcək.
İttihama görə, hadisə 2016-cı ilon sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanında yaşayan Məzahir Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən Məzahir Qasımi saxlanılıb.
Qətlə yetirilən Fəridə Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis aparatında müxtəlif vəzifələrdə işləyib.
Sorğu
Yeni dizaynımız necədir?