Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmənin hökmünə əsasən, Z. İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Zöhrab İsmayılov hadisə günü keçmiş həyat yoldaşı Vəfa Abdullayevanı "VAZ 2107" markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Z.İsmayılov onların motelə daxil olduğunun şahidi olub. Otağa daxil olan Z.İsmayılov V.Abdullayevanı bıçaqlayaraq öldürüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?