GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabiq deputatın məhkəməsində şok ifadələr

Sabiq deputatın məhkəməsində şok ifadələr

Tarix: 4-02-2017, 20:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 704
Sabiq deputatın məhkəməsində şok ifadələr

Dünyamin Xəlilov ifadə verməkdən imtina etdi

Sabiq deputatla mühakimə olunan təqsirləndirilən şəxslər onu ittiham etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın münasibətdə olub.

Həmin şəxslər bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.

Dünyamin Xəlilov Cahangir Hacıyev, Fərhad Əmiraslanov və qeyriləri ilə birlikdə bankın sabiq İdarə Heyətinin sədrinin göstərişi ilə "Aqora" MMC yaradıb və fəaliyyətinə özü nəzarət edib. Həmin MMC-yə kreditlərin rəsimləşdirilməsinə dair

Cahangir Hacıyev özü və digər şəxslər vasitəsi ilə qanunsuz göstərişlər verib.

Sabiq deputat qanunsuz göstərişləri icra edərək, öz növbəsində bu barədə Fərhad Əmiraslanova da qanunsuz tapşırıqlar verib.

Bundan sonra Fərhad Əmiraslanov "Aqora" MMC ilə ABŞ-da yerləşən "CARGİLL İNCORPORATED" şirkəti arasında, həmin şirkətdən 10402.38 ton qarğıdalı məhsullarının alınması və dəyərinin 365 gün müddətinə ödənilməsi barədə 13 aprel 2007-ci il tarixidə müqavilə imzalayaraq, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialına təqdim təqdim edib. "CARGİLL İNCORPORATED" şirkətinin akkreditiv açılması haqqında ərizəsi əsasında "Aqora" MMC qeyd olunan filial ilə 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pula dair 24 aprel 2007-ci il tarixli, 1960 nömrəli kredit müqaviləsi bağlanılıb.

Lakin "CARGİLL İNCORPORATED" şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pulu 18 aprel 2008-ci il tarixdə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin ABŞ şirkətinin Norveçin Oslo şəhərində yerləşən "SKANDİNAVİSKA ENSKİLDA BANKEN" bankında olan hesabına köçürülüb.

Bundan başqa, Dünyamin Xəlilov Cahangir Hacıyevin göstərişi əsasında, Fərhad Əmiraslanova qanunsuz tapşırıqlar verməsi nəticəsində, sonuncu "Aqora" MMC ilə İsveçrədə yerləşən "CARGİLL İNTERNATİONAL SA" şirkəti arasında həmin

şirkətdən 9620.149 ton soya-paxla məhsullarının alınması və dəyərinin 365 gün müddətində ödənilməsi barədə 20 aprel 2007-ci il tarixli, GPS1926-X nömrəli müqavilə bağlanaraq, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialına təqdim təqdim edib.

Həmin filialda iki şirkət arasında 3 milyon 299 min 999 ABŞ dolları məbləğində pula dair 26 aprel 2007-ci il tarixli, 1969 nömrəli kredititə imza atılıb.

Lakin "CARGİLL İNTERNATİONAL SA" şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 3 milyon 299 min 999 ABŞ dolları 21 aprel 2008-ci tarixdə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin İsveçrə şirkətinin Fransanın Paris şəhərində yerləşən "NATİXİS" bankında olan hesabına köçürülüb.

Qeyd edək ki, 2015-ci ilin yayından "Azərbaycan Beynəlxalq Bank"ına kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb.

Dünyamin Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Prokurorun çıxışından sonra hakim təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edib. D.Xəlilov və digər təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər. Dünyamin Xəlilov ona təklif edilən sərbəst çıxışdan imtina edib.

Digər təqsirləndirilən Mansur Zeynalov "Azərqaztikinti" şirkətində hüquqşünas işlədiyini deyib: "2007-ci ildə Dünyamin Xəlilovun tapşırığı ilə mən və bir neçə şəxs yeni şirkət yaradıldı. Bizə dedilər ki, bu normal prosedurdur, heç bir problem olmayacaq. Mən bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul da almamışam. Mən həm də idman təşkilatında işlədiyim üçün tez-tez xaricə gedirdim. Buna görə adıma açılan "Kongo Group" şirkəti ilə bağlı sənədlərə imza atmağa vaxt olmurdu. Mənə dedilər ki, sən gəl etibarnamə ver, qol çək, hər şeyi özümüz həll edək. Belə də etdim. Bir müddət sonra məni Vergilər Nazirliyinə çağırıb dedilər ki, şirkətlə bağlı cinayət işi açılıb. Mən onlara da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, sadəcə formal olaraq direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə də məni şirkətə çağırdılar, ora gedib imza atmaqdan imtina etdim. Buna görə də şirkəti başqa adamın adına keçirdilər".

Təqsirləndirilən Şakir Musayev "İnter Tekstil" ASC-nin İdarə Heyətinkn üzvü olub: "Mənim işçilərim Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankda kredit müqavilələrində qol çəkiblər. Mən Dünyamin müəllimi 2006-cı ildən, onun deputat olduğu vaxtdan tanıyıram. Dünyamin Xəlilov onda həm də "İnter Tekstil" şirkətinə rəhbərlik edirdi. Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın Mərkəzi Filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım. Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiklərini bilmirdilər. Sadəcə istintaqda bildim ki, pullar "Səbail Mebel" şirkətinə köçürülüb. Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra

edirdik. Rəhbərin alnına yazılmır ki. Biz ona hesabat verirdik. Rəsmi şirkət rəhbərləri heç kimi idi".

Ş.Musayev "Sizin tapşırıqlarınız əsasında bilirdim. Bütün göstərişləri sizdən almışam. Bütün şirkətlərə qeyri-rəsmi rəhbərlik edirdiniz. Ümumiyyətlə, bizim "General Construction"un ofisində yerləşən bütün şirkətlər Dünyamin Xəlilovun idi".

Təqsirləndirilən Fərhad Əmiraslanov deyib ki, 2005-ci ildən "General construction" şirkətində departament rəhbəri işləyib: "2007-ci ildə Dünyamin müəllim dedi sənin adına şirkət açırıq, maaşını da 100 manat artırıram, razılaşdım. Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağırılanda bunlardan xəbərdar oldum".

"Səbail Mebel" şirkətinin direktoru Seyfulla Seyfullayev deyib ki, Dünyamin Xəlilov həmin şirkətin səhmlərini alıb: "Sonra mənə zəng edib ki, Beynəlxalq Bankın dəstəyi ilə dövlət əhəmiyyətli bina tikilir, kredit üçün qol çəkmək lazımdır. Mənim adıma bir neçə dəfəyə 10 milyon dollardan kredit götürüldü. Bir müddət sonra bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb. Biz də şirkətin alqı-satqısını ləğv etdik".

D.Xəlilov F.Əmiraslanova sual verərək "Mən şəxsən sizə tapşırıq vermişəm ki, gedin kredit götürün?" deyə soruşub. F.Əmiraslanov D.Xəlilovun şəxsən onunla danışmadığını, onun adından başqa adamların tapşırıq verdiyini deyib.

Digər təqsirləndirilən Ruslan Əsgərov deyib ki, D.Xəlilovun işçisi olub, onun göstərişi ilə adına şirkət açılıb və deyilən sənədlərə qol çəkiv və əvəzində maaşına 100 manat əlavə olunub: "Kredit

müqavilələrinə qol çəkmişdim. Şirkətin fəaliyyəti ilə bağlı heç nədən xəbərim yox idi. Rəhbərlikdən soruşdum, dedilər sənin adına olan kreditlər bağlanıb".

Təqsirləndirilənlərdən biri, "Atəşgah" Dövlət Memarlıq Qoruğunun baş elmi işçisi Rauf Əliyev deyib ki, dostunun xahişi ilə bu işə qoşulub: "Dostum, "General Construction"un idarə heyətinin üzvü Camal mənə dedi ki, gəl sənin adına şirkət açaq, heç bir iş görməyəcəksən, sadəcə adın direktor olacaq, arada sənədlərə qol çəkəcəksən. Mən də razılaşdım, deyilənləri etdim. Adıma "Sportline" şirkəti açıldı. Boş vərəqlərə qol çəkirdim. Sonra da dedilər banka gedib qol çəkmək lazımdı, göstərdilər ki, bura qol çək, ora qol çək, mən də çəkdim. Heç kreditin məbləğini də bilmədim. Qalan məsələləri də istintaqda öyrəndim. Dünyamin Xəlilovi tanımırdım, heç adını da bilmirdim".

Məhkəmə prosesi martın 2-də davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sensasiya: məhkəmə oliqarxa 4 ay həbs verdi, o isə azadlıqdadır

    Sensasiya: məhkəmə oliqarxa 4 ay həbs verdi, o ...

    20-08-2015, 22:00

  • 
  • 2 MİLYARD MƏNİMSƏMİŞ KREDİT OLİQARXI HƏBS OLUNDU - Keçmiş deputat dələduzluqda təqsirləndirilir

    2 MİLYARD MƏNİMSƏMİŞ KREDİT OLİQARXI HƏBS OLUNDU ...

    23-02-2016, 15:31

  • 
  • "Beynəlxalq Bank işi" məhkəməsi təxirə salınıb

    "Beynəlxalq Bank işi" məhkəməsi təxirə ...

    14-09-2016, 13:39

  • 
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21

  • 
  • Vəzifəli şəxslərin məhkəməsi başladı

    Vəzifəli şəxslərin məhkəməsi başladı ...

    11-09-2016, 14:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu