Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı oktabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Fəxrəddin Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Fəxrəddin Rzayev əvvəllər Yasamal rayon Məhkəməsinin hakimi olub. Sonradan vaxtından əvvəl hakimlik fəaliyyətinə xilatm verilən Fəxrəddin Rzayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin icra şöbəsinin rəisi işləyib. Həmin məhkəmə ləğv ediləndən sonra isə Fəxrəddin Rzayev işsız qalıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?