GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » VERGİ CİNAYƏTLƏRİNİN BAŞINDA VERGİ MƏMURLARI DAYANIR

VERGİ CİNAYƏTLƏRİNİN BAŞINDA VERGİ MƏMURLARI DAYANIR

Tarix: 9-02-2017, 20:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 696
VERGİ  CİNAYƏTLƏRİNİN  BAŞINDA VERGİ MƏMURLARI  DAYANIR

VERGİ CİNAYƏTLƏRİNİN VERGİLƏR NAZİRLİYİNDƏ ARAŞDIRILMASI QANUNSUZDUR

İnsanların başlıca olaraq təhqiqat, istintaq, araşdırma orqanlarının qanunsuzluqlarından narazılığı getdikcə artmaqdadır. Bu orqanların nə maddi, nə də prosessual hüquqa sayğı göstərməməsi acı gerçəkdir. El dili ilə desək, müstəntiqin kəsdiyi başa sorğu – sual yoxdur. Hər hüquq – mühafizə orqanının özünün istintaq qurumunun olması isə sorğu – sualsız “kəsilən başların” günü – gündən daha da çoxalmasına nədən olur . İstənilən nazirliyin, orqanın istintaqçısı, təhqiqatçısı, araşdırmaçısı öz rəhbərinin sözündən necə çıxa bilər? Sözə baxmamazlığı işinin itirilməsilə və hətta məkum edilməsilə sonuclanar axı! Uzağa niyə gedək. Elə Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərovun “cinayət işini” prokurorluğun araşdırması nə dərəcədə düzgündür və məntiqə uyğundur? Bu faktın özü də ölkədə ayrıca istintaq komitəsinin yaradılmasının gərəkliliyini ortaya qoyur. Di gəl, nazirliklərin yanında yeni – yeni istintaq, araşdırma departamentləri, idarələrinin yaradılmasına qərar verilir. Vergilər Nazirliyi (VN) yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti kimi .
Adından görünür ki, bu Departament vergi cinayətlərini araşdırır. Belədə niyə bu qurum VN – in yanında olmalıdır? Axı, vergi cinayətlərini təkcə vergi ödəyiciləri yox, həm də vergi məmurları edə bilər və elə edirlər də! Belə çıxır, Baş prokuor yanında “prokurorluq cinayətləri”, DİN – in yanında “polis cinayətləri”, Ədliyyə Nazirliyinin yanında “ədliyyə cinayətləri”, Dövlət Gömrük Komitəsinin yanında “gömrük cinayətləri” və s. departamentləri yaradılmalıdır? Axı, bunun vətəndaşa “torba tikməkdən”, sahibkarı bəri başdan “cinayətkar “ sayıb məhbəsə atmaqdan başqa hansı sonucu ola bilər? Fikrimizcə, Vergi Nazirliyinin sözügedən departamentinin adı görəvinə, görəvi də adına uyğun gəlmir. Fikir verin, az qala hər gün bu departament “əməliyyat – axtarış tədbiri nəticəsində” qanunsuz sahibkarlıqla məşğul olan “cinayətkarları” müəyyən edib həbs edir və vətəndaş sahibkarın təqsirli olması barədə mediaya operativ məlumat ötürür! Axı, bu Konstitusiyanın 63 – cü (“Təqsirsizlik prezumpsiyası”) maddəsinə ziddir! Deməli, vergi araşdırıcıları Ana Qanunu pozmaqla, əməliyyat – axtarış fəaliyyətində qanunun tələbini pozmaqla özləri də qanunsuzluq etmiş olurlar. Bunun özü elə vergi cinayəti deyilmi? Daha böyük qanunsuzluq isə vergi cinayətlərinin rüşvət qarşılığında ört – basdır edilməsidir. “Gündəm Xəbər” bildirir ki, Bakının eyni rayonunun eyni qəsəbəsində - Sabunçu rayonu, Bakıxanov qəsəbəsində eyni gündə iki ayrı vergi ödəyicisi “qanunsuz idman mərc oyunlarının təşkili” adı ilə həbs edilir, 80 kv.m.-lik obyektdə “cinayət edən” şəxs 3 günə buraxılır, amma 15 kv.m.-lik “əlil köşkü”nü “cinayət köşkü”nə çevirən gözdən əlil Qarabağ savaşı veteranı 3 aydır həbsdədir !?? Bu ayrı –seçkiliyin rüşvətdən qaynaqlanması və vergi cinayəti olması bəyəm açıq – aşkar deyil? Bir qanunsuzluğu da vurğulayaq. VN - in sözügedən “ cinayət departamenti” yaydığı “cinayət məlumatları”nda həbs etdikləri şəxslərin illərdir qanunsuz idman oyunlarından milyonlarla gəlir götürdüklərini bildirir. 2 ay öncə Gəncədə 2011-ci ildən qanunsuz idman oyunu keçirmələrinə görə tutulanların bir milyondan yuxarı gəlir götürmələrinin necə hesablandığını qırağa qoyaq. Bəs axı, bu illər ərzində əraziyə baxan vergi orqanları, məmurları bunu niyə görməzliyə vurub? Deməli, rüşvət qarşılığında qanunsuzluq ediblər. Bunun da adı vergi cinayətidir, korrupsiya cinayətidir və vergi məmurlarının araşdırma predmetinin ola bilməzliyi gün kimi aydındır.
VN –in sözügedən departamentinin bir çox qəzetləri, KİV – i, QHT-ni astronomik məbləğdə vergi cinayətlərində suçlaması isə bir yandan sifarişdirsə, digər yandan tənqidə qarşı dözümsüzlüyün göstəricisidir, başqa media orqanlarına “cızıqdan çıxmama” xəbərdarlığıdr və sözsüz vergi cinayəti kateqoriyasına aiddir .
Vurğuladıqlarımız VN – in vergi cinayətlərini araşdırmasını yolverilməz edir. Bu cinayətlərin başında elə vergi məmurlarının dayandığına görə .

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyində struktur dəyişikliyi

    Vergilər Nazirliyində struktur dəyişikliyi ...

    9-06-2016, 11:23

  • 
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51

  • 
  • Bakıda vergi borcuna görə iki nəfər həbs olundu

    Bakıda vergi borcuna görə iki nəfər həbs olundu ...

    12-10-2015, 13:04

  • 
  • Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq

    Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına ...

    9-06-2016, 16:42

  • 
  • Vergilər Nazirliyində yeni TƏYİNAT

    Vergilər Nazirliyində yeni TƏYİNAT ...

    20-02-2016, 20:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu