Azərbaycanda vergi ilə bağlı maliyyə sanksiyalarından əldə olunan vəsaitlərin 50%-i vergi əməkdaşlarına çatacaq. Fins.az-ın məlumatına görə, bu məsələ Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25%-dir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?