GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

Tarix: 15-02-2017, 21:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 010
Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

İbrahim Mehdiyevin MTN generalı ilə Mərdəkan-Şüvəlanda torpaqları peşkəş etməsinin dosyesi “Gündəm-Xəbər”də...

Rayon rəhbərinin Yasamal RİH-də keçirdiyi yubileydə Eldar Mahmudovu təbrik etməsi və MKTB rəisi haqda müdhiş faktlar
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) bandanın işi Yasamal Rayon İcra Hakimiyyətinə də çatdı.
Paytaxtın mərkəzi rayonlarından birinə rəhbərlik edən İbrahim Mehdiyevin “saman altdan su yeritdiyi” barədə təfərrüatı və detalları ilə faktlar meydana çıxdı.
Torpaq bölgüsü
İcra başçısı bu günə kimi MTN işi ilə bağlı həqiqətlərin açılmasına imkan verməmişdi. İndi aydın olur ki, MTN generalları - Eldar Mahmudovla Akif Çovdarovun tələsinə düşmüş İbrahim Mehdiyev sonra qruplaşmanı tərk etmək istəməyib.
Mətbuatda yayılan məlumatlar və vəkil Ramiz Zeynalovun açıqladığı faktlardan görünür ki, Yasamal rayon rəhbərliyi əməlli-başlı MTN bandasının təsiri altına düşüb. Sonra ona yaradılan imkanlardan imtina etməyib.
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, 1999 - 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib.
Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb.
Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır.
Yasamal icra başçısı MTN rəhbərliyinə biət edib. Onların əmrlərinə boyun əymiş icra hakimi onlarla əlbir olub. Faktiki olaraq, icra başçıları Mərdəkandakı torpaqları bölüşdürüb.
Bu ərazilər Yasamal şefindən alınmayıb. Ondan bu məsələni sorğu-sual da etməyiblər. İ.Mehdiyev yalanları mükəmməl şəkildə gizlədib.
Vəkil araşdırmasa, ortaya həqiqətlər çıxmazdı. Çovdarovla qonşu olan Mehdiyevin bu torpaqların bölüşdürülməsində iştirakı MTN generallarına yaxınlığına dəlalət edir.
Onun vəzifədə qalmasında və Yasamal rayonunu istədiyi şəkilə salmasında Mahmudov əlaltılarının ciddi rolu olduğu iddia edilir.
Ümumiyyətlə, 2015-ci ildən Bakının Yasamal Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyevin adı Milli Təhlükəsizlik Nazirliyinin işində hallanıb.
Yubiley təbriki
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, 2009-cu ildə Yasamal Rayon İcra Hakimiyyətində Milli Təhlükəsizlik Orqanlarının yaranmasının 90 illik yubileyi keçirilib.
İcra başçısı İbrahim Mehdiyev tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən danışıb.
O, əldə etdikləri uğurlarda böyük xidmətləri olan MTN-in naziri Eldar Mahmudovu və digər əməkdaşlarını rayon ictimayyəti adından və şəxsən öz adından bu şanlı yubiley münasibətilə təbrik edib.
Bu fakt mediada öz əksini tapıb və internetdə axtarış verməklə məlumat əldə etmək olar. MTN-nin 90 illik yubileyi heç də hər RİH-də keçirilməyib.
Bir təhlükəsizlik orqanının fəaliyyəti haqda yubiley tədbirinin RİH-nə hər hansı əlaqəsi yoxdur. İ.Mehdiyev isə özündə əlahiddə borc və missiya görüb, tələm-tələsik yubiley təbriki ünvanlayıb.
2009-cu ildə bu tədbir rəsmi xəbər kimi informasiya portallarında diqqətdən kənarda olub və kimsənin alının ucundan da keçməyib ki, yubiley tədbirinin təşkilində məqsəd Mahmudova özünü göstərmək olub.
Bundan başqa, Eldar Mahmudov paytaxtın təsərrüfat sahələrinə nəzarət edən obyektlərin rəhbərliyinə də öz adamlarını yerləşdirib.
Yasamalda mənzillənməyin sirri
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Eldar Mahmudovun Bakının ən çox Yasamal rayonunda mənzillənməsi, biznes şəbəkəsi qurması, obyektlərinin şəhərin bu zonasında olması təsadüfi deyil.
Nazirin oğlu, onun biznes-imperiyasını idarə edən Anar Mahmudovun Bakının Yasamal rayonu, İsmayıl Qutqaınlı küçəsində yerləşən “Altes Plaza” biznes mərkəzində yerləşən daha bir ofisi olub.
Qeyd edək ki, Eldar Mahmudovun şər və qorxu imperiyasının hökmranlığı dövründə onun taladığı pullar hesabına qurduğu biznes imperiyası barədə mətbuatda hər hansı məlumata rast gəlmək mümkün deyildi. Bu haqda təbii ki, heç kim danışmazdı, danışmağa cəsarət etməzdi.
Lakin Mahmudov və dəstəsi zərərsizləşdiriləndən sonra məlum oldu ki, keçmiş milli təhlükəsizlik naziri nəhəng biznes şəbəkəsinə malikdir.
Onun “Caspian Crystal Holding”də birləşən biznesini oğlu Anar Mahmudov idarə edir. Və holdinqin ofisi Bakının Yusif Səfər küçəsi, 33 ünvanında yerləşən “Crystal Plaza”da yerləşir. Yer gəlmişkən həmin plaza həm də Mahmudovun mühüm görüşlər keçirmək üçün istifadə etdiyi məkan olub.
İndi isə məlum olub ki, Mahmudovun oğlu 2014-cu ilin iyul ayında “Altes Group” tikinti şirkətinin Bakının Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 ünvanında inşa etdiyi dəbdəbəli “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb.
Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb.
Çilingərlikdən vəzifəyə cəncəl yol...
Bu cəncəl işlərə qarışmış məmur - İbrahim Mehdiyev bəs, kimdir? Bu suala cavab tapmaq üçün vikipedik məlumatları əvvəlcə əldə etmişik.
O, 1 aprel 1946-cı ildə Ağdaşda anadan olub. Yəni, gülü günü...1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi çalışıb.
Sonra“Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib. 2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Prezidentin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var. 70 yaşlı icra başçısının yrinə gənc kadr təyin olunacağı da yayılan iddialar arasında səslənir.
Biət edən başçılar araşdırılır
“Gündəm-Xəbər”in verdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş məmurlar var.
Onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq.
Həmçinin, Yasamalın icra başçısı İbrahim Mehdiyev, Xətainin icra başçısı Razim Məmmədov və Suraxanının icra başçısı İlqar Abbasovun adları keçir.
Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir.
Eldar Mahmudov özünə yaxın şəxsləri dövlətin müxtəlif qollarına, o cümlədən icra hakimiyyətlərinə yerləşdiribmiş.
Xatırladaq ki, paytaxtın Xəzər rayonunda qanunsuzluqlar ifşa edilib. Belə ki, MTN rəhbəri Eldar Mahmudova və bandasının üzvlərinə bağışladığı mülklər üzə çıxıb.
Mətbutada gedən məlumatlarda bildirilir ki, bəzi icra başçıları keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən himayə olunub.
Bəzi icra başçılarının təyinatında onun da rəyi nəzərə alınıb. Eldar Mahmudov bu adamların onun maraqlarını qeyd-şərtsiz qoruyacaqlarına əmin olduqdan sonra onların təyinatına “hə” deyib. Keçmiş MTN şefinin gözləntiləri özünü doğruldub.
Məlumata görə, MTN işində bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında “vurulma” qərarının verilməsini şərtləndirib.
Bildirilir ki, yaxın vaxtlarda bəzi icra başçıları işdən çıxarılacaq. Bu iddia və ittihamlar isə heç də bizim öz mülahizə və ya təhlillərimizdən ibarət deyil, ortaya çıxan faktlar əsasında gələn nəticələrdir.
Güman olunur ki, Yasamal rayon rəhbərliyi barəsində gündəmdə olan bu məsələlərə aydınlıq gətirəcək və münasibət bildirəcək.
Susmaq isə ya razılıq, ya da tərəddüd əlamətidir. Hər halda bu məsələləri cavab verməklə aydınlaşdırmaq olar. Bir qəzet olaraq İ.Mehdiyevin də mövqeyini çap etməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "MTN işi" 3 icra başçısını bitirir - siyahı

    "MTN işi" 3 icra başçısını bitirir - ...

    6-11-2015, 14:31

  • 
  • MTN generalının Kürdəmir şefi ilə müdhiş əlaqələri faş oldu - Sensasiya

    MTN generalının Kürdəmir şefi ilə müdhiş ...

    13-02-2017, 14:52

  • 
  • MTN bandasının “Xəzər əməliyyatı”nda sensasion gizlinlər - Araşdırma

    MTN bandasının “Xəzər əməliyyatı”nda sensasion ...

    9-02-2017, 21:25

  • 
  • MTN generalının oğlu işdən çıxarıldı

    MTN generalının oğlu işdən çıxarıldı ...

    27-10-2015, 20:13

  • 
  • MTN-in daha bir generalı işdən çıxarıldı

    MTN-in daha bir generalı işdən çıxarıldı ...

    26-11-2015, 19:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu