GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun aqiibəti: yeni vəzifə, “sürgün”, yoxsa həbs?

Ziya Məmmədovun aqiibəti: yeni vəzifə, “sürgün”, yoxsa həbs?

Tarix: 15-02-2017, 21:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 865
Ziya Məmmədovun aqiibəti: yeni vəzifə, “sürgün”, yoxsa həbs?

Nəhayət, çoxdan gözlənilən olay baş verdi. İki gün öncə Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və bununla da Ziya Məmmədov nazir postunu itirmiş oldu.

Ölkə gündəminin əsas xəbərinə çevrilən bu sərəncam geniş müzakirəyə səbəb oldu. Bu da təsadüfi deyildi. Bir neçə il idi ki, Ziya Məmmədovun səlahiyyətləri addm-addım onun əlindən alınır, mətbuatda tezliklə onun tamamilə vəzifədən uzaqlaşdırılacağı bildirilirdi. Belə də oldu.
Artiq addımbaşı taksi, avtobus sürücülərini əzən, aşağılayan, döyən öldürən o nazir və qoçuları haqqında sabiq sözünü də yaza bilirik. Amma bitdimi? Azərbaycanda nəqliyyat sektoru son onilliyin ən çox neft pulu sərf edilmiş, ən çox talan olunmuş, yanlış investitsiya siyasəti aparılan, yanlış təsərrüfatçılıq hökm sürən sahəsi idi. Bunlar barəsində hər kəs bilir. Hər kəs bilir ki, Azərbaycanda yolların, yol qovşaqlarının, körpülərin təmiri-tikintisi üçün milyardlarla dollar həcmində vəsaitlər sərf edilib. Bir ay əvvəl 1 kilometrinə 5 milyon manat sərf edilən asfaltlar azacıq rütubət və yağıntıdan sonra yenə də daha 5 milyon manat «tələb» edib.

Dövlətin zəmanəti ilə alınan Koreyadan cəlb edilmiş kreditlə Nəqliyyatın İntellektual İdarəetmə Sistemi heç işləməmiş bərbad hala düşüb. Milyonlarla dollar havaya sovrülüb. 2008-ci ildə Koreyanın «SKC&K» şirkəti ilə müqavilə bağlandı. 2007-ci ildə bu sistemin yaradılması üçün 100 milyon manat vəsait xərcləndi. İlkin mərhələdə 4068 avadanlıq quraşdırıldı. Küçələrdə və prospektlərdə müvafiq olaraq avadanlıqlar quraşdırıldı. Amma sistemi işə salmaq mümkün olmadı. Sistemə 2012-ci ildə keçmək nəzərdə tutulmuşdu, baş vermədi. Daha 300 milyon manata qədər də vəsait sərf edildi. Hansı ki, 2008-ci ildə Azərbaycanda bu ideya olanda Türkiyədə, Gürcüstanda bu barpədə nəqliyyatçılar heç düşünmürdülər də. Amma Ziya Məmmədovun xüsusi "məharəti" ilə 2008-ci ildən bu sistemə dövlət büdcəsindən vəsaitlər ayrılmağa başladı və 2014-cu ildə tam olmasa da işləməyə başladı….

Hansı faktı sadalamaq olar? Azərbaycanda yolların təmiri üçün ayrılan vəsaitlər hər kilometrə qədər olan norma üzrə Çindəki qiymətlərdən də baha başa gəldi.

Amma bu Məmmədovların imperiyası uzun sürmədi. Əvvəlcə qardaşı deputat mandatı qazana bilmədi. Daha sonra isə etimadı itirə-itirə getdi və Dövlət Dəmir Yolları, Azəryolservis kimi strateji səlahiyyətlər Ziya Məmmədovdan alındı. Hətta taksi xidmətləri, sərnişindaşınma kimi səlahiyyətləri də əlindən alınaraq daha etibar edilmiş adamlara və yeni islahatlar nəticəsində formalaşdırılmış qurumlara verildi.

Bundan sonra isə Ziya Məmmədov öz «piar ustaları»nın yardımından istifadə etməklə ABŞ-dakı prezident seçkilərini gözləməli, gözlətməli oldu. Prezident seçkiləri dönəmində guya ABŞ-la Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdırılması səbəbindən oğlu Anar Məmmədovun «müstəsna» imkanları təbliğ edilməyə başladı. Anar Məmmədovun ortağı, dostu, sabiq nazirin dediyi kimi az qala əmisi, dayısı oğlu kimi təqdim edilən Tramp prezident seçildi.

Nəticə isə dəyişmədi. Tramp prezident olduqdan dərhal sonra biznesindən imtina etməyə başladı. Azərbaycanın mülkiyyəti olan binanın üzərinə «Trump» sözü yazılmış lövhə söküldü. Nəticə etibarilə də Azərbaycan dövləti qarşısında etimadını itirmiş bir adam, hətta ABŞ prezidentindən də «dəstək» ala bilmədi. İndi də yeni keçid dövrü yaşanır. Bu Tramplinin sonunda xaricə uçan təyyarəmi var, yoxa artıq təyyarə uçub gedib, sonu uçurumdur?


Bəs görəsən Ziya Məmmədov bu vəzifəyə necə gəlmişdi? Onun oğlu Anar Məmmədov necə birdən-birə ölkənin ən zəngin iş adamlarından birinə çevrildi?

Gündəm Xəbər olaraq, nazirin özünün və qohumlarının yaxın keçmişini oxuculara təqdim edirik.

1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan Z.Məmmədov əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. O daha sonralar 1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində bundan sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.

1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunub. 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləyib. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.

Z.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.

Azərbaycan mətbuatının ən çox tənqid etdiyi və manşetlərdə bəlkə də ən çox "işdən çıxarılır” başlığı ilə üzləşən Z.Məmmədov təkcə nazir kimi çalışmır, həm də böyük bir klana sahiblik edirdi.

Belə ki, onun qardaşı Elton Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin II çağırış üzrə deputatı seçilmişdi. E.Məmmədov deputat seçiləndən sonra Bakı Beynəlxalq Avtovağzalına onun oğlu, K1 döyüşü üzrə peşəkar idmançı Elnur Məmmədov rəhbərlik etməyə başladı. Elton Məmmədovun digər oğlu Aynar Məmmədov isə mətbuatda ən çox adı hallanan nazir qohumudur. Belə ki, daha çox məşhur simaların əhatəsində görünən və Milli Məclisdə çalışan Aynarın şəhərin mərkəzində restoranları və obyektləri olduğu bilinir. Məhz onun haqqında çıxan çoxlu sayda xəbərlər Elton Məmmədovun növbəti dəfə deputat olmaq imkanlarını əlindən almış oldu. Yayılan məlumatlar eyni zamanda nazirlə qardaşı arasında soyuq günlərin başlamasına da səbəb oldu. Keçmiş deputat hazırda elmi işlərlə məşğul olduğunu mətbuata verdiyi açıqlamalarda bildirib.

Ziya Məmmədovun dayısı hazırda Ucar rayon İcra hakimiyyətinin başçısı Mənsur Məmmədovdur. O 2015-ci ilin 27 yanvar tarixindən bu vəzifəni icra edir.


Eks-nazirin bacısı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova uzun illər bu vəzifəni daşısa da, ötən il tutduğu vəzifədən azad edildi.

Keçmiş nazirin ailədən kənar qohumlarının çoxu ya Nəqliyyat Nazirliyində, ya da "Qarant” holdinqin tabeçiliyində olan qurumlarda məsul vəzifələri icra ediblər.

Nazirin ən çox adı onun oğlu ilə birlikdə hallanıb. Belə ki, cəmiyyətdə hər zaman "nazir oğlu” imici ilə ad qazanan Anar Məmmədovun nüfuzu heç də atasından geri qalmır. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə ailə həyatı quraraq o gücünü daha da böyütməyə nail oldu.

Gənc iş adamının biznes imperiyası haqqında təkcə ölkə mətbuatı deyil, dünya mətbuatı da dəfələrlə yazıb. Onun biznesində əsas yeri tutan şirkətlərdən biri kimi "Garant Holdinq” göstərilir. Holdinqin direktorlar şurasının sədri A.Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.


Holdinqin tərkibinə 17 yerli şirkət daxildir: "Qarant Sığorta” ASC, "Azbentonit” MMC, "Royal İsteyt” MMC, "Qarant Tour” MMC , "English Yard” MMC, "Quba Olimpiya Kompleksi” MMC, "Avto-Media” MMC, "Ucar Aqro” MMC, "M.Trans” MMC, "Ameritex” MMC, "Transevrokom” MMC, ” Zqan konstrakşn” MMC, "Turbo.az” MMC, "Qarant Sığorta Agenti” MMC, "Quba Resort” MMC, "AFK” MMC, "Delfin” MMC və "Goranboy Gips” ASC.

"Garant”ın tərkibinə daxil olan MMC-lərdən biri də "Quba Olimpiya Kompleksi”dir. Quba-Bakı magistral yolunun 4-cü km-də yerləşən Olimpiya Kompleksinin hüquqi təmsilçisi İsa Musayev adlı şəxs olsa da, "Garant Holdinq”in rəsmi saytında bu kompleksin holdinqin tərkibinə daxil olması qeyd olunur.

A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (o, AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur.

Onun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də "Bank of Azərbaijan” olub. Sonradan bu bankın fəaliyyətinə xitam verilib.

Bakı Voleybol Klubunun rəhbəri də A.Məmmədovdur. O eyni zamanda ABŞ-da diaspor işləri ilə məşğul olan Azərbaycan-Amerika Alyansının da sədridir. A.Məmmədov bundan başqa bir çox şirkətlərin Azərbaycan üzrə təmsilçilik hüququnu da alıb. Onun bu formada 5 şirkət və 1 media qurumu var.

Gənc iş adamının hazırda ABŞ prezidenti olan Donld Trampla yaxın dostluq münasibətlərinin olduğu da bilinir. Hətta Trampın Bakıdakı oteli "Trump Towers Baku”nun tikintisini də o reallaşdırıb. Ancaq sonradan şəbəkə binanın tələblərə uyğun olmadığını bildirərək onun üzərindəki brendi geri götürüb.

Beləliklə, Ziya Məmmədovun nazir postundan getməsi ilə onun və yaxınlarının biznes obyektlərinin də başının üzərini təhlükə alıb. Bəziləri ona yeni vəzifə veriləcəyini bildirsələr də, bu az etimal olunan məsələdir. Adətən, vəzifədən çıxarılan nazirlər ya səfir kimi sürgün olunub, ya da barələrində cinayət işi açılaraq, həbs ediliblər. Ziya Məmmədovun aqibətinin necə olacağını onun özü kimi, biz də bilmirik. Yaşayarıq, görərik. Necə ki, görə görə gəlirik…

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun nazirliyi ləğv edildi – Yenilənib

    Ziya Məmmədovun nazirliyi ləğv edildi – Yenilənib ...

    13-02-2017, 16:57

  • 
  • Azərbaycanda YENİ NAZİRLİK yaradıldı

    Azərbaycanda YENİ NAZİRLİK yaradıldı ...

    13-02-2017, 17:08

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədovun qoçuları qəza törətdi

    Ziya Məmmədovun qoçuları qəza törətdi ...

    22-01-2015, 23:42

  • 
  • Ziya Məmmədovun səlahiyyətləri artırıldı

    Ziya Məmmədovun səlahiyyətləri artırıldı ...

    27-05-2013, 11:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu