Azərbaycanda parlament seçkiləri ərəfəsində struktur islahatları həyata keçiriləcək.
Dəyişikliklər nəticəsində uzun illər Azərbaycanda nəqliyyat sektoruna rəhbərlik edən Ziya Məmmədov tutduğu nəqliyyat naziri postundan uzaqlaşdırılacaq.
Ziya Məmmədova başqa vəzifə veriləcək. Mənbə bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov Baş nazirin müavini postuna gələcək. Artıq məsələ ilə bağlı Ziya Məmmədovun özünün məlumatlandırıldığı da deyilir.
Onun hansı sahələrə nəzarət edəcəyinə gəlincə, qeyd edilir ki, bir neçə baş nazirin müavini kimi Ziya Məmmədov da daha çox kabinet adamı olacaq.
Məsələni bir az da konkretləşdirsək, o, təxminən hazırkı baş nazirin müavini İsmət Abbasov statuslu bir vəzifədə olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?