GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı

Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı

Tarix: 15-02-2017, 21:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 114
Maliyyə  Bazarlarına Nəzarət  Palatasının  “Qanpulu” bazarlığı
Maliyyə  Bazarlarına Nəzarət  Palatasının  “Qanpulu” bazarlığı

Görəsən adı çəkilən qurumda İdarə Heyətinin üzvü olan Fəxriyar Cabbarov, daşıdığı vəzifəsindən niyə uzaqlaşdırıldı?

Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyinin baş verdiyi, Palatanın idarə heyətinin üzvü, hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarovun “öz istəyi ilə” yerini Əfqan Baxışova verdiyi xəbəri yayıldı. Aldığımız bilgiyə görə, F. Cabbarov heç də öz istəyi ilə görəvindən ayrılmayıb. Sən demə, Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) savaş əlilləri, şəhidlərin “qanpulu”nu yemə korrupsiyasına MBNP də ortaq olmaq yolunu tutub. El arasında “Sığorta Mamed” kimi tanınan DSKŞ sədri Məmməd Məmmədovun “qanpulu” ilə “bəslədiyi” ləğv edilən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidmətinin (rəisi Namiq Xəliov) yerini Maliyyə Bazarlarına Nəzarət Palatası alsa da, yenə də əlil, şəhid ailələrinə qarşı “qanpulu dələduzluğu”na son qoyulmayıb. Qan kompensasiyalarını ala bilməyən Qarabağ əlilləri və şəhid ailələrinin Palataya müraciətləri Konstitusiyaya uyğun yox, yenə də rüşvət, korrupsiya prizmasından “çözülür”. Fəxriyar Cabbarovun işini itirməsi də bununla bağlıdır .
DSKŞ – dəki sığorta dələduzluğuna hüquqi qiyməti verilməməsindən, şirkətin sədr müavini A.Hacıyevin MBNP–nın idarə heyətinin üzvü Fəxriyar Cabbarova 19.01.2017 tarixli rüşvət-korrupsiya “iyi verən”, Konstitusiya Məhkəməsinin (KM) 28.01.2014 tarixli Qərarına etiraz etdiyi cavabından yazmışıq. Fikir verin, Qarabağ əlilinin MBNP–yə daxil olan müraciətinə baxan Palatanın baş icraçı direktoru İbrahim Alışov və idarə heyətinin üzvü Fəxriyar Cabbarovun DSKŞ sədri Məmməd Məmmədova ünvanladığı 18.10.2016 tarixli 04/10-3664 saylı “Konstitusiya Məhkəmıəsi Plenumunun 28.01.2014 tarixli Qərarını rəhbər tutaraq sığorta ödənişinin verilməsinin təmin edilməsi tələbi”nə 3 aydan sonra (??) 19.01.2017 – də şirkətin sədr müavini imtina ilə cavab verib. Özü də cavab icraçı direktora yox, idarə heyətinin üzvünə ünvanlanıb. Belə çıxır ki, icraçı direktoru ya saymırlar, ya da ona da şirkətin sədri ayrıca cavab yazıb. İstənilən halda “Vətəndaşların müraciətləri haqqında” qanunun pozulması göz önündədir. Amma pozulan təkcə bu qanun yox, həm də ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyadır. Baxın, Palatanın Fəxriyar Cabbarovu DSKŞ-nin “çaldığı qanpulundan rüşvət - korrupsiya havasına” necə “əl götürüb oynayır”: Fəxriyar Cabbarov və istehlakçıların və investorların hüquqlarının müdafiəsi idarəsinin rəisi Günel Cavadovanın MBNP - nın adından imzaladıqları 30.01.2017 tarixli 10-871 saylı məktubla bildirlir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə və Binəqədi rayon İcra Şöbəsinin 27.02.2013 tarixli qərarına əsasən qanunvericiliklə müəyyən olunmuş 880 manat sığorta ödənişi DSKŞ tərəfindən aidiyyəti üzrə Binəqədi Rayon İcra Şöbəsinin bank depozit hesabına köçürülmüşdür. Qanpulunun – sığorta ödənişinin qanını verən Qarabağ əlilinin yox, guya icra şöbəsinin hesabına köçürülməsi dələduzluğunu bir yana qoyaq. Axı qanunvericiliklə müəyyən olunan məbləğ 880 manat yox, bundan 10 dəfə çoxdur! Konusitutsiya Məhkəməsi Plenumun 28.01.2014 tarixli Qərarında sığorta məbləğinin 20.10.2006 –cı ildə müəyyən olunan 11 min manatdan az ola bilməzliyi təsbit olunub axı! Elə Palatanın DSKŞ-ya yuxarıda vurğuladığımız 18.10.2016 tarixli məktubunda Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014 tarixli Qərarının 2-ci hissəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin hal-hazıra qədər almayanlara ödənilməli olması tələb olunub. Fəxriyar Cabbarov özünün 3 ay 12 gün öncə imzaladığı məktubu unudub, yoxsa KM-in sözügedən qərarını? İstənilən halda bu “unutqanlığın” “qanpulu korrupsiyası”ndan qaynaqlanması açıq – aşkardır. Elə bu “qanpulu bazarlığı” da F.Cabbarovu “öz istəyi ilə” bazara nəzarətdən uzaqlaşdırıb .
Dövlətin ayırdığı sığorta ödənişini yeməklə “sığorta” ayaması qazanan DSKŞ sədrinə Qarabağ əlilləri və şəhid ailələri artıq yeni “titul” ayırıblar: ”Qanpulu Mamed”. Layiqli addır!
Palata da “Qanpulu Mamed”in “qanpulu” yemindən sığortalanmayıbmış! Qanını – canını verən (Anadolu türkləri demiş) ƏSGƏR - MEHMETCİK, qan (pulu) sümürən “Sığorta Mamed”! Bazar açıblar. Qan bazarı. Dövlət və hökumət başçılarının bazarı bağlamaq istəyi görünmür.
Allah kəssin belə bazarı...

MƏĞRUR BƏDƏLSOY

P.S. Qarşı yanın rüşvət mövqeyi imzaladıqları məktublarda əks olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sığorta şirkətləri haqda qərar verildi

    Sığorta şirkətləri haqda qərar verildi ...

    10-06-2016, 00:42

  • 
  • Maliyyə Bazarlarına Nəzarət Palatasında YENİ TƏYİNAT

    Maliyyə Bazarlarına Nəzarət Palatasında YENİ ...

    6-06-2016, 12:30

  • 
  • DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ NİYƏ CƏZALANDIRILMIR?

    DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ ...

    2-02-2017, 20:29

  • 
  • Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı

    Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı ...

    3-02-2016, 14:50

  • 
  • "Dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib"

    "Dörd bankın bağlanması ilə bağlı qərar ...

    22-07-2016, 11:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu