GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ NİYƏ CƏZALANDIRILMIR?

DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ NİYƏ CƏZALANDIRILMIR?

Tarix: 2-02-2017, 20:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 794
DÖVLƏT SIĞORTA ŞİRKƏTİ QANPULU DƏLƏDUZLUĞUNA GÖRƏ NİYƏ CƏZALANDIRILMIR?

150 MİLYONU YEYƏN ŞİRKƏTİN “QANPULU KORRUPSİYASI” BİR QƏTNAMƏ ÜZRƏ 2 İCRA SƏNƏDİ VERİLİB?

Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) Qarabağ əlilləri və şəhid ailələrinə qarşı ortalıq 150 milyon manatlıq sığorta dələduzluğu davam edir. Tanınmış futbolçu hissə-hissə qaytarmağa söz verdiyi 150 minə görə 8 il, Qarabağ qazisi 6 mini qaytarsa da 6 il iş alır, amma 150 milyonu yeyən, hətta məhkəmə qərarlarını da icra şöbələrinə və məhkəmələrə qanpulundan rüşvət verməklə icra etməyən şirkət məsuliyyətdən qıraqda qalır. Fikir verin, DSKŞ sədrinin 1-ci müavini A.Hacıyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MNBP) idarə heyətinin üzvü Fəxriyar Cabbarova 19 yanvar 2017 tarixli 08/B-99/2 saylı məktubunda bu sətirlərin yazarına 6 ildir məhkəmə qərarı ilə ödəməyə borclu olduğu qanpulunu yeməsini necə əsaslandırır: “Ali Məhkəmə tərəfindən verilmiş icra sənədinə və Nəsimi icra şöbəsinin 11.07.2012 tarixli qərarına əsasən iddiaçıya çatası 500 manat pul məbləği Nəsimi rayon icra şöbəsinin depozit hesabına 09 avqust 2012-ci ildə ödənilmişdir. Binəqədi rayon icra şöbəsinin 27 fevral 2013 –cü il tarixli qərarına və Bakı Apellyasiya Məhkəməsinin (AM) 05 iyul 2011 tarixli qətnaməsinə əsasən qanunvericiliklə müəyyən olunmuş 915 manat sığorta məbləği Binəqədi icra şöbəsinin depozit hesabına ödənilmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə 1997 –ci ildən 2007-ci ilədək müəyyən edilmiş 1100 manat sığorta məbləğinin 80 faizini təşkil edən 880 manat və 35 manat cərimə olmaqla ümumilikdə 915 manat icbri sığorta məbləği hesablanmışdır”. Baxın, tələbkar Qarabağ əlili olduğu halda, borclunun da, tələbkarın da hesabı Beynəlxalq Bankda olduğu halda borclu DSKŞ 2 ayrı icra şöbəsinin 2 ayrı bankda olan depozit hesablarına bir ildən və iki ildən sonra sığorta məbləğini ödədiyini bildirir. Bunun özü dələduzluğu çılpaqlığı ilə ortaya qoymur? Bundan başqa, axı Ali Məhkəmə icra sənədi vermir! Belə çıxır, bir iş üzrə 2 icra sənədi verilib? Bundan yekə dələduzluq fikirləşmək ancaq bizim icra, sığorta – maliyyə reketlərinin ağlına (oxu: qarnına ) gələr. Biz hələ onu demirik ki, Bakı AM – in icra sənədi 06 avqust 2012 – ci ildə verildiyi halda Nəsimi icra şöbəsi bundan bir ay qabaq 11.07.2012 –də necə icra haqqında qərar qəbul edib, niyə icra işi Binəqədiyə göndərilib və 27.02.2013 – də daxil olan icra sənədi üzrə necə bundan bir ay qabaq 31.01.2013 tarixində bu şöbəyə ödəniş edilib? Ona görə demirik ki, bütün bu faktlar dələduzluğun göstəriciləridir. Ən böyük dələduzluq faktını isə yenə də DSKŞ sədrinin 1-ci müavini A.Hacıyev 1997 –dən 2007 –yə kimi müəyyən edilmiş 1100 manatlıq sığorta məbləğinə əsasən hesablama aparmaları ilə ortaya qoyub !?? Birincisi, 2006 –cı ildən sığorta məbləği 11 min manat müəyyən olunubsa, necə 2007 – ci ilə kimi bundan on dəfə az məbləğ müəyyən edilə bilər? İkincisi, atalarımız demiş, ölünü öz xoşuna qoysan, kəfəni yırtar. Borclu özbaşına qanpulu məbləğini onqat həcmdə azaldırsa, bəs icra şöbələri, Konstitusiya, qanun nədən yanadır? Elə qanpuluna ortaq olmağa? Prokurorluq, fikrimizcə, dələduzluq faktına görə borclu DSKŞ –ya cinayət işi qaldırmağa borcludur. Di gəl, hansısa saxta məlumata görə anında araşdırma başladan prokurorluq 6 ildir davam edən dələduzluqla bağlı tədbir görmək istəmir. DSKŞ sədrinin 1-ci müavini A.Hacıyevin MBNP –yə guya tələbkarın icbari sığorta məbləğindən narazı qalaraq 8800 manat yeni iddia tələbi irəli sürməsi və bu tələbin 09.04.2013 tarixli qərardadla təmin edilməməsi barədə “donos”u isə həyasız saxtalıqdan özgə bir şey deyil. Tələbkar icra şöbələrinin qanpuluna uyub vəzifələrini icra etməməsindən bezib , özü MPM –in 230 –cu maddəsinə uyğun olaraq 05.07.2011 tarixli qətnaməyə izah verilməsinə ərizə verib . Qətnaməni çıxaran hakim Sevda Hüseynova (hazırda Ali Məhkəmənin hakimidir ) borclunun qanpulundan verdiyi rüşvətlə izahdan imtina edərək məbləği göstərməyib ki, guya qətnamə icra olunub. Siz dələduzluğa baxın: borclu tələbkara bir qəpik qanpulu borcu ödəmədən məhkəməyə borcunu ödədiyini bildirir!(???) Binəqədi məhkəməsinin hakimi Abbas Rzayev isə 05.03.2013 tarixli qərarla icra məmuru Tural Süleymanovun icraata xitam vermə barədə təqdimatını rədd edib ki , sığorta məbləği 11 min manatdır ! Bu qərarı Bakı AM 07.11.2013 tarixli və Ali Məhkəmə 13.03.2014 tarixli qərarlarla qüvvədə saxlayaraq borclu DSKŞ –nın şikayətini təmin etməyiblər.Yəni məbləğin 11 min manat olması məhkəmə aktı ilə təsbit olunub. Konstitusiya Məhkəməsi də 28.01.2014 tarixli mübahisə oluna bilməz qərarla məbləğin 2006 – cı ildə müəyyən edilən məbləğdən az ola bilməzliyini təsbit edib . Bu qərarın qəbul edilməsi iclasında Maliyyə Nazirliyinin , borclu DSKŞ –nın məsul şəxsləri iştirak etsə də, yenə də 3 ildir borclu məbləği qarnına uyğun müəyyən edib icradan da yayınır. Fikir verin, Binəqədi icra şöbəsinin icra məmuru Tural Süleymanov DSKŞ –nın rüşvətilə 05.03.2013 tarixli məhkəmə qərarında məbləğin 11 min manat olmasının göstərilməsinə baxmayaraq 2014 – cü ildə Bakı AM -ə izah üçün ərizə verib . Bu dələduzluq deyil? İcra şöbələrinin indiyədək icra sənədini icra etdirməməsi , hesabındakı onqat az məbləğdə pulu belə tələbkarın hesabına keçirməməsi , icra sənədinin icra edilməməsinə görə dəyən ziyanın ödənilməsi barədə iddiaya baxılmasına qadağa qoymaları mütəşəkkil dələduzluqdan soraq verir. Hələ üstəlik MBNP –yə yalan məlumatlarla borcunu ödəməyəcəyini açıqlaması DSKŞ rəsmilərinin qanpulundan harınlaşmasını ortaya qoyur. Elə bil sığorta, qan pulu dövlətin yox, bunların atalarının puludur !(??)
Prezidentin məmurları növbəti dəfə xalqa xidmət etməyə səsləməsi, rüşvətxorluğa son qoymalarını tələb etməsindən deyəsən DSKŞ , icra şöbələri nəticə çıxarmır. Hələ ki, əlil və şəhid ailələrinin 150 milyonluq qanpulu məbləği korrupsioner məmurların rüşvət predmetidir. Haçansa, burunlarından gətirərlər, inşallah...

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədiin və Nəsiminin İcra Şöbələrində dələduzluğa, nə vaxt son qoyulacaq?

    Binəqədiin və Nəsiminin İcra Şöbələrində ...

    14-01-2017, 13:08

  • 
  • “Musa Quliyev düz danışmır” - Qazilərdən “qanpulu” açıqlamasına reaksiya

    “Musa Quliyev düz danışmır” - Qazilərdən ...

    12-03-2015, 00:39

  • 
  • Sığorta şirkətləri haqda qərar verildi

    Sığorta şirkətləri haqda qərar verildi ...

    10-06-2016, 00:42

  • 
  • Cəlilabadın icra başçısı aprel şəhidinin sığorta pulunu məniməsədi – FOTO

    Cəlilabadın icra başçısı aprel şəhidinin sığorta ...

    24-01-2017, 20:47

  • 
  • Pensiyalar nə qədər artdı? - ŞƏRH

    Pensiyalar nə qədər artdı? - ŞƏRH ...

    28-01-2015, 00:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu