GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kürdəmir şefi siyasi dayaqlarını itirdi, qara günləri başladı - Şok təfsilat

Kürdəmir şefi siyasi dayaqlarını itirdi, qara günləri başladı - Şok təfsilat

Tarix: 18-02-2017, 13:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 605
Kürdəmir şefi siyasi dayaqlarını itirdi, qara günləri başladı - Şok təfsilat

MTN işi Ceyhun Cəfərovun sonunu yaxınlaşdırıb, təcili toplantı keçirməli olub, vəziyyətin mürəkkəbliyini izah edib

İcra başçısı Çovdarov-Zeynalovla əlbirliyinin üstünün açılmasına görə vəzifədən kənarlaşdırılmasından qorxur; yeni detallar, heyrətamiz iddialar...

Kürdəmirin icra başçısı həyəcan içərisindədir. Ceyhun Cəfərov qeyri-rəsmi toplantı keçirib və vəziyyətin mürəkkəbliyini izah edib.

Bu haqda “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, icra hakimi MTN işində adının keçməsindən bərk narahatdır. O, yaxın çevrəsində söhbəti zamanı faktların üstünün açılmasına görə vəzifədən kənarlaşdırılmasından qorxur.

Çünki C.Cəfərov siyasi dayaqlarını tamamilə itirib və Kürdəmir icra hakimi vəzifəsindən gedişi bu gün-sabah məsələsidir. Odur ki, MTN olaylarında ona aid yeni-yeni faktların ifşa edilməsi C.Cəfərovu daha da müşkül vəziyyətə salıb.

Mənbə qeyd edir ki, MTN işində adı keçən icra başçıları, komitə sədrləri, ümumilikdə məmur ordusu barədə tədbirlər planı var.

Hakimiyyətin strategiyası MTN bandasının ovuna düşmüş və ya onunla əlbir olmuş məmurları mərhələli şəkildə sistemdən kənarlaşdırmaqdır. Bunu kütləvi şəkildə həyata keçirmək cəmiyyətdə ajiotaj yaradardı, bütün kartları açmış olardı.

Məsələn, deputat Çingiz Əsədullayevin mandatının ləğvi ilə onun Eldar Mahmudova açıq-aşkar yaxınlığı deşifrə olundu.

Bundan sonra prosesə stop verildi və siyahını uzatmaq istəmədilər. Sonrakı dönəmdə zaman-zaman Mahmudov bandasına aid şəxslər zərərsizləşdirildi. Amma Kürdəmirin icra başçısı vəzifəsində saxlandı. Halbuki, onun istefaya getməsi an məsələsi idi.

Lakin vəkil Ramiz Zeynalovun yeni faktlar açıqlaması C.Cəfərovu çətin duruma saldı. O, gözləmirdi ki, MTN işindəki əməlləri təzədən medianın gündəminə gələ bilər. Siyasi hakimiyyətin icra başçısına qəzəbi təzəcə soyumuşdu ki, yeni nüanslar meydana gəldi.

“Gündəm-Xəbər”in məlumatına görə, Ceyhun Cəfərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın həbs olunmuş sabiq aparat rəhbəri Vidadi Zeynalovla yaxın qohumluğu, sabiq rabitə naziri Əli Abbasovun isə himayəsinə sığınması onda belə bir təəssürat yaradıbmış ki, o toxunulmazdır.

Görünür, elə buna görə də Ceyhun Cəfərov rayonda şikayətləri qulaqardına vurur, çox vaxt insanları qəbul etməkdən belə imtina edirmiş.

Məlumatda həmçinin qeyd olunur ki, Əli Abbasovun işdən çıxarılması, qohumu Vidadi Zeynalovun isə həbsə atılması Kürdəmir RİH başçısının gələcəklə bağlı planlarını əməlli-başlı pozub.

Belə ki, son hadisələrə qədər Ceyhun Cəfərov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun köməkliyi ilə Bakının Yasamal rayonuna təyinat almaq istəyirmiş. Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov ölkə rəhbərliyinin daxili siyasətinə zidd fəaliyyət göstərib.

Onun prezidentin tapşırıqlarına qarşı olan və öz maraqlarını təmin edən addımları bu gün rayonda gərginlik yaradıb.

Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan icra başçısı bununla da narazılığın daha da artmasına rəvac verir. O, rayonu xəracyığma sistemilə idarə edir.

Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb.

“Gündəm-Xəbər”in məlumatına görə, C.Cəfərov 2011-ci ilədək Yasamal RİH-də başçı müavini işləyib. Yeri gəlmişkən, 2006-cı ildən indiyə qədər Yasamal RİH-nin başçısı İbrahim Mehdiyevdir.

O, vəzifəyə gələr-gəlməz elə həmin il öz kadrı olan C.Cəfərovu irəli çəkərək Xətai MKTB rəisi işindən öz müavini vəzifəsinə gətirir. Ona görə də təsadüfi deyil ki, bu gün C.Cəfərovla İ.Mehdiyevin adı eyni qruplaşmada hallanır.

Həmçinin, vəkil Ramiz Zeynalovun məqaləsində hər ikisinin Mərdəkanda MTN generalı Akif Çovdarov, keçmiş rabitə naziri Əli Abbasov, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovla bərabər torpaq sahələrinin olduğu üzə çıxıb.

Xəzər rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ərazilər bu şəxslər arasında bölüşdürülb. V.Zeynalovun C.Cəfərovla yeznə-qayın olması faktı da ictimaiyyətə sirr deyil. Bu baxımdan adı çəkilən məmurlar barədə MTN işi ilə əlaqədar detallar açıqlanır.

2011-dən 2014-cü ilə qədər Tərtərin icra hakimi olmuş C.Cəfərov nəhayət, elə həmin il Kürdəmirə icra başçısı gedir. Bununla da şəbəkələşmiş qruplaşmanın əlaqələri möhkəmlənir, maliyyə resursları güclənir, Kürdəmirdə kök salır.

Təsadüfi deyil ki, general Akif Çovdarovun oğlu Ruslan Çovdarov da Kürdəmir epizodu üzrə istintaqa ifadə verib.

R.Çovdarov deyib ki, 2006-cı ildə yaradılan “RAF 2006” MMC-nin təsisçilərindən biri olub. Firmanın yaradılma səbəbi və fəaliyyət istiqaməti kənd təsərrüfatı, əsasən Kürdəmir rayonu

ərazisində boş qalmış və istifadəsiz bələdiyyə torpaqlarında balıqçılıq təsərrüfatı yaratmaq və inkişaf etdirmək idi.

Akif Çovdarov Kürdəmir rayonunda 69 hektar torpaq sahəsi alıb, həmin sahədə yerləşən yeməkxananı da almaq istəyib. Lakin onun sahibi bundan imtina edib. Əvəzində isə Çovdarov yeməkxanaya gedən yolu çəpərlətdirirb və 7 il faktiki mühasirədə saxlayıb.

“Gündəm-Xəbər” xatırladır ki, MTN generalı Akif Çovdarovun təsisçisi olduğu “RAF-2006” MMC barəsində yeni məlumatlar var.

Media üzərindən yayılan xəbərlərə görə, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi rəisi Əhliman Kərimovun da əməlləri faş olub.

Müəyyən edilib ki, İstismarı idarəsinin balansındakı texnikalar “2006-RAF” MMC şirkətinin Kürdəmirdəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına yönəlib.

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da bu işlərdə xüsusi canfəşanlıq nümayiş etdirdiyi ortaya çıxıb. O zaman balıçılıq təsərrüfatı başçının adına çıxarılıb. Lakin Çovdarova aid olduğu aydınlaşıb.

Həmin təsərrüfatın fəaliyyətinə nəzarəti Çovdarovun yaxın adamı olan Fəttah adlı bir şəxs həyata keçirib. Sadəlövh vətəndaşlar isə Əhliman Kərimovun törətdiyi qanunsuzluqlar barədə məlumatları MTN-ə yollamaqla bu problemlərin həll olunacağını gözləyirmişlər.

Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin bilavasitə funksional fəaliyyəti demək olar ki, tamamilə dondurulub.

Kollektorların lildən təmizlənməsi işi başlı-başına buraxılıb, qurğuların həddən artıq lillənməsi isə ətraf ərazilərdə böyük fəsadlara səbəb olub. Əhaliyə məxsus məhsuldar torpaq sahələri şoranlaşmaya məruz qalaraq istifadəyə yararsız vəziyyətə düşüb.

İdarənin faktiki fəaliyyətsizliyi nəticəsində körpülər və su keçirən qurğuların əksəriyyəti istifadəyə yararsız vəziyyətə gətirilib. Kollektor və digər hidrotexniki qurğularda əsaslı və cari təmir işləri isə demək olar ki, aparılmır.

“Gündəm-Xəbər” yazır ki, bu faktlar yerli sakinlər tərəfindən MTN-ə ünvanlanıb. Lakin tədbir görülməyib. Çünki idarənin texnikası Çovdarovun MMC-də istifadə edilirmiş.

Çovdarovun Kürdəmirdə balıqçılıq təsərrüfatı yaratması və bununla bağlı torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi, “Xatirə” kafesinə gedən yolun bağlanması ilə əlaqədar epizoda məhkəmə baxışı davam etdirilib.

Hadisələrin baş verdiyi dönəmdə (2006-2010-cu illər) Kürdəmir Rayon İcra Hakimiyyətində başçının torpaq məsələləri üzrə müavini vəzifəsində işləmiş Əşrəf Şükürov şahid qismində ifadə verib. Bildirib ki, 2006-cı ildə icra başçısına icarəyə torpaq götürülməsi ilə əlaqədar müraciət edilib.

Şahid Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin Ərşəli kəndində ayrılacaq 100 hektar ərazinin yüklü olmaması ilə bağlı bildirişindən sonra həmin ərazinin “RAF-2006” MMC-yə 99 illik icarəyə verildiyini qeyd edib.

Onu da yada salaq ki, 1999 - 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib.

Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb.

Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır.

Məlum olub ki, Kürdəmir icra başçısıı MTN rəhbərliyinə biət edib. Onların əmrlərinə boyun əymiş icra hakimi onlarla əlbir olub. İddialara görə, onları rabitə nazirliyi ilə də əlaqələri olub. Faktiki olaraq, icra başçıları Mərdəkandakı torpaqları bölüşdürüb.

Məlumata görə, "MTN işi"ndə bu şəxslərin Eldar Mahmudovun göstərişi əsasında törətdikləri bir çox qanunsuz əməllər üzə çıxıb və bu onlar haqqında "vurulma" qərarının verilməsini şərtləndirib. Bildirilir ki, yaxın vaxtlarda adıçəkilən icra başçısı işdən çıxarılacaq.

Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycanın Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ŞOK İDDİA! İcra başçısı qaçmağa hazırlaşır – ölkədən çıxışına gizli stop qoyulub

    ŞOK İDDİA! İcra başçısı qaçmağa hazırlaşır – ...

    27-10-2016, 22:48

  • 
  • Vidadi Zeynalovla icra başçısı məmurları necə intihara çatdırırmış? - Kürdəmirdə

    Vidadi Zeynalovla icra başçısı məmurları necə ...

    5-11-2015, 19:00

  • 
  • MTN generalının Kürdəmir şefi ilə müdhiş əlaqələri faş oldu - Sensasiya

    MTN generalının Kürdəmir şefi ilə müdhiş ...

    13-02-2017, 14:52

  • 
  • "MTN işi" 3 icra başçısını bitirir - siyahı

    "MTN işi" 3 icra başçısını bitirir - ...

    6-11-2015, 14:31

  • 
  • ICRA BAŞÇISI PREZIDENT APARATINA ÇAĞRILDI: ŞÖBƏ MÜDIRININ MÜƏMMALI ÖLÜMÜ BAŞÇINI BITIRIR...

    ICRA BAŞÇISI PREZIDENT APARATINA ÇAĞRILDI: ŞÖBƏ ...

    18-12-2014, 23:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu