GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb? - Sensasion araşdırma

MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb? - Sensasion araşdırma

Tarix: 23-02-2017, 20:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 350
MTN generallarının qohumları “Azəriqaz”a necə sızıb? - Sensasion araşdırma

Akif Çovdarovla Hilal Əsədovun yaxınları Əkbər Hacıyevin idarəsində müxtəlif vəzifələrə yerləşib

“Azəriqaz” şefinin ”Təmiz qaz”lama, reklam işi, Balakən qəzası əməliyyatlarının təfərrüatı “Gündəm-Xəbər”də...

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli şəxsləri qohum-əqrəbalarını “Azəriqaz” İstehsalat Birliyinə yerləşdiribmiş.

Bu haqda “Gündəm-Xəbər”ə daxil olan məlumata görə, həbsdə olan MTN generalı Akif Çovdarovun və nazir müavini olmuş Hilal Əsədovun yaxınları SOCAR-ın bu qurumuna müxtəlif vəzifələrdə çalışır.

Çovdarovun adamları kimdir?

Araşdırma zamanı Akif Çovdarovun “Azəriqaz” İB-dəki qohumlarının kimliyi açıqlanıb. İddialara görə, idarə rəisi işləyən Bəhram Hacıyev və şöbə rəisi olan oğlu Orxan Hacıyev məhbus MTN generalının qohumlarıdır.

İqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Ələsgər Gülməmmədovun da A.Çovdarovun qohumu olduğu xəbər verilir.

Bundan əlavə, idarə rəisi Fərid Mustafazadə Çovdarovla qohumdur. Bu tayfa-klan qruplaşması generalın “Azəriqaz” İB-də mövqelərini möhkəmləndirməyə şərait yaradıb.

Ümumiyyətlə, MTN rəhbəri olmuş Eldar Mahmudov və qruplaşması müxtəlif dövlət vəzifələrində öz komandalarını yaradıb.

Onlar komitələrdə, nazirliklərdə, icra hakimiyyətlərində adamlarına verdiyi təlimatla istəklərini diktə ediblər. Məsələn, Rabitə Nazirliyində, Əmlak Komitəsində, Bakı İcra Hakimiyyətində, ayrı-ayrı qurumlarda MTN bandasının təsiri altında olan məmurların olduğu bildirilir.

Bu faktlar zaman-zaman mətbuat səhifələrinə çıxıb. Ancaq Əkbər Hacıyevin diretoru olduğu “Azəriqaz”da Çovdarovun qohumlarının kimliyi barədə müfəssəl məlumatlar ilk dəfə meydana çıxır.

Mənbə qeyd edir ki, bu şəxslər Çovdarovla qohumluq əlaqələrinə malik olsa da, vəzifədən kənarlaşdırılmayıblar.

Onların Çovdaovla hansı işbirliyinin olması haqda ətraflı məlumatlar açıqlanmır. Lakin MTN şəbəkəsinin “Azəriqaz” İB-ə sızan yaxınları təkcə Çovdarovla məhdudlaşmır

Hilal Əsədovun qaynı oğlu da...

“Gündəm-Xəbər”ə daxil olan məlumata görə, “Azəriqaz”da Eldar Mahmudovun müavini, MTN işindən kənarda olan Hilal Əsədovun qaynı oğlu Səbuhi İbrahimov şöbə rəisi işləyir.

Onun qardaşı isə Hilal Əsədovun köməkçisi olub. Göründüyü kimi, qarşılıqlı anlaşma şəraitində vəzifələr bölüşdürülüb. Bu da ehtimal edir ki, tərəflərin bir-birindən sözü keçib, xahişi olub, müəyyən işlər həyata keçirilib.

Onu da deyək ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilib.

Müstəntiqlər tərəfindən sualları cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib.

Hilal Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Qeyd edək ki, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda ətraflı danışıb.

Səfərov deyir ki, 2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər onun bazardakı ofisinə daxil olub.

Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar.

“Təmiz qaz”ın təmiz qazlaması

“Gündəm-Xəbər” gələn məlumatlarda o da iddia olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev “Təmiz qaz” deyilən bir idarə yaradıb.

“Azəriqaz”dan təqaüdə çıxanlar orada yerləşdirilir, maliyyələşdirilir və çirkli pulların silinməsi həmin idarənin adı ilə həyata keçirilir.

Bildirilir ki, “Azəriqaz”ın reklamları hər ay 100-150 min manat reklam şirkəti vasitəsi ilə televiziyalara reklam olunmaq üçün ödənilir.

Eyni zamanda həmin reklam şirkətinə ödənilən məbləğin 40 faizi nəğd şəkildə Əkbər Hacıyevin şəxsən özünə qaytarılır, tenderdə aparılmır. Bu da o deməkdir ki, Əkbər Hacıyevin həmin reklam şirkəti ilə gizli anlaşması var.

Bundan başqa, istismara qəbul edilməmiş binalara qaz necə verilib? Bu haqda da bilgilər var Məsələn, Binəqədi rayon Cəfər Xəndan-1a, 1b ünvanında yerləşən iki binada təxminən 200 ailə yaşayan bu məkanda qazlaşma işləri həm də texniki cəhətdən çox təhlükəlidir. Demək olar ki, həmin binada yaşayan əhali bir bomba üzərində oturub.

“Azəriqaz” şefinin əməllərinə gəlincə, Ə. Hacıyevin “Azəriqaz”a yeni rəhbər gəldiyi vaxtlarda, təxminən 2009-cu ilin yay aylarında Balakən rayonuna gedərkən xidməti maşını Qax rayonunun ərazisində qəza törədir.

İçərisində bir ailənin olduğu VAZ 06 markalı maşına böyük sürətlə çırpılaraq ölüm hadisəsi baş verir. Üstündən 8 il keçməsinə baxmayaraq bu cinayətin üstü örtülü qalıb.

Həmin hadisə vaxtı Əkbər Hacıyev Balakənə helikopterlə təcili olaraq qabaqcadan gedibmiş və onu da qeyd edək ki, Əkbər Hacıyevin sürücüsünün hələ də fiziki qüsurları var.

Daxil olan məlumatda o da bildirilir ki, Ə. Hacıyevin sürücüsü və köməkçisi Qazax rayonundan olsalar da onun yeznələridir.

Onu da qeyd etmək yerinə düşər ki, idarə rəisləri paketlərin kəsilməsindən sonra ayda fantastik olaraq maaşla təmin olunurlar. Bütün bu xəbərlər və MTN çetesinin qohumlarının “Azəriqaz”a sızmasından Ə.Hacıyev təbii ki, xəbərdardır.

Əkbər Hacıyevin “inamarka” səxavəti

Yada salaq ki, Əkbər Hacıyev bu günərdə jurnalistin sualını dinləmədən telefonu söndürüb. Prezident məmurlara “yekəxanalıq etməyin” deyib, ölkənin əsas sosial strukturlarından birinə rəhbərlik edən şəxs isə “başa düşmürsünüz” jarqonunda danışıb.

Ə.Hacıyev saymazyana, kobud, müştəbeh, təkəbbürlü intonasiya ilə danışıb. Sanki dövlətin, xalqın və mətbuatın bu məmura borcu varmış.

Prezident yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib:

“Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır”.

O, “bilmək istəyirik ki, məcburi köçkünlərin qaldığı yataqxanalar nə zaman qazlaşdırılacaq? planda varmı?” sualına ətraflı cavab vermək, aydınlıq gətirmək, qaçqınların problemlərinə ürək yandırmaq əvəzinə, “məcburi köçkünlər təbii qazı gedib “Qaçqınkom”dan istəsinlər. Biz özbaşımıza qaz çəkmirik” deyir və telefonu asır.

Xatırladaq ki, “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev qurumu şəxsi təsərrüfatına çevirib. Əkbər Hacıyev “Azəriqaz”a qohum-əqrəbasını və həmyerlilərini yığır.

Onun qohumu və həmyerlisi olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılır. Başqa bir fakt Əkbər Hacıyevin qohumlarına bahalı “inomarka”lar verdirməsi ilə bağlıdır.

Yalnız “Azəriqaz” müdirinin qohumu olanların xidməti avtomobilləri bahalı markalardır. Özü də onlar digərlərindən fərqli olaraq bu avtomobilləri şəxsi məqsədləri üçün də istifadə edə bilərlər.

Şənbə və bazar günləri digər rəhbər şəxslərin avtomobilləri “Azəriqaz”ın qarajlarında saxlanılsa da, Əkbər Hacıyevin qohumları bu qaydaya əməl etmir. Beləlilə, Azəriqaz şefinin həm MTN işində dolayısı ilə adı keçir, həm də qurum daxilindəki maxinasiyaları ortaya çıxır.

MTN-dən kimlər getdi?

“Gündəm-Xəbər” xatırladır ki, 2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı.

Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrinin əksər əməkdaşları istintaqa cəlb olunublar.

Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu.

Həmin vaxt artıq MTN-in 5-dən çox generalı da daxil olmaqla, xeyli əməkdaşı həbsə alınmışdı. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır.

Mətbuatda ara-sıra iş üzrə ev dustaqlığında olan şəxsin sabiq nazir Eldar Mahmudovun olduğu qeyd edilsə də, onun barəsində rəsmi olaraq hər hansı bir qərar yoxdur.

İş üzrə axtarışda olan şəxs isə MTN-in "işverən"i kimi tanınan "Akula Akif" ləqəbli Akif Mustafayevdir. İş üzrə ilk həbs olunan Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə rəsmi məlumatlara görə, Bakı İstintaq Təcridxanasında intihar edib.

MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

MTN-dən qovulanların isə sayı-hesabı yoxdur. Eldar Mahmudovun nazirliyi dövründə Baş İdarə rəisi olan general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin əməkdaşı Aysel Əlizadə və adlarını dəqiqləşdirə bilmədiyimiz bir çox vəzifəli şəxslər qurumun ləğvindən əvvəl tutduqları vəzifələrdən uzaqlaşdırılıblar.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • MTN generalının oğlu işdən çıxarıldı

    MTN generalının oğlu işdən çıxarıldı ...

    27-10-2015, 20:13

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Çovdarovun cəlladları: polkovnik Muxtarov və polkovnik-leytenant Məmmədov

    Çovdarovun cəlladları: polkovnik Muxtarov və ...

    17-11-2015, 13:50

  • 
  • Akif Çovdarovun işçisi türmədə özünü öldürmək istədi

    Akif Çovdarovun işçisi türmədə özünü öldürmək ...

    4-02-2016, 20:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu