GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qaz tez-tez kəsilir, ət isə günü-gündən bahalaşır…

Qaz tez-tez kəsilir, ət isə günü-gündən bahalaşır…

Tarix: 23-02-2017, 20:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 640
Qaz tez-tez kəsilir, ət isə günü-gündən bahalaşır…

Məmurlar nədən əhaliyə qənim kəsilib?

Azərbaycanda bəzi məmurlar sanki xalqa qənim kəsilib. Son günlər ölkədə baş verənlər belə təəssürat yaradır. Faktiki olaraq, son bir neçə gündə əhali arasında ən çox müzakirə olunan, hamını narahat edən iki məsələ var. Bunlardan biri qışın bu soyuq günlərində təbii qazın verilməsində tez-tez fasilələrin yaranması, digəri isə ərzaq məhsullarının qiymətinin artmasıdır. Son günlər xüsusən də ətin qiymətinin kəskin bahalaşmasıdır. Belə ki, bir neçə ay əvvəl 8-9 manata olan mal əti hazırda 12 və ya 12.50 manata satılır. Bu barədə bir qədər sonra.

Gəlin əvvəlcə, qaz məsələsindən danışaq. Qışın soyuq keçməsi əhalinin təbii qaza olan tələbatını daha da artırıb. “Azəriqaz” İstehsalat Birliyi isə bu soyuq havaları nəzərə almayaraq , təmir işlərinə davam edir. Təmir işlərinin aparılması bəzi binalarda və həyət evlərində gün boyu qazın verilməməsinə və əhalinin etirazına səbəb olur.
Bəs, “Azəriqaz” rəhbərliyi bu barədə nə deyir? Qazın kəsilməsini necə izah edirlər. Qurumun mətbuat xidmətinin rəhbəri bildirib ki, soyuq hava ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bir çox işləri təxirə salıb. Onun dediyinə görə, əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu: “Amma havaların qarlı keçməsinə görə bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb. Hal-hazırda respublika ərazisində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı bir əvvəlcədən planlaşdırılmış təmir işləri həyata keçirilmir. Əhalinin təbii qaza olan tələbatı təmin edilir. Təbii qaza olan tələbat artdıqca təbii qazın verilişində də artım olur. Onu da qeyd edim ki, zərurət yarandıqda hər hansı qəza olduqda işlər aparmaq məcburiyyətində qalırıq. Axı Bakı və Abşeron qaz təhcizatı şəbəkəsinin xeyli hissəsi SSRİ dən 60-70-ci illərdən qalan şəbəkədən ibarətdir. “Azəriqaz” 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib. Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır. Qazın olmaması barədə məlumat düzgün deyil. Hansısa evdən və ya binadan xəbərdarlıq olursa, bu zaman biz bu işə baxırıq və həmin ərazini qaz ilə təchiz edirik”.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə bildirib ki, zərurət meydana çıxanda təbii qazın verilişi dayandırılır: “İstehlakçıların qaz təzhizatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın tam təmin edilməsi məqsədi ilə vaxtaşırı təmir işləri aparılır. Hər hansı qaz xəttində təhlükə aşkar olunarsa, birliyimiz ora müdaxilə edir.

Başqa məqsədlə qaz kəsintisi barədə məlumatlar düzgün deyil. Hər hansı binadan, evdən təbii qazın verilişində fasilə ilə bağlı məlumat daxil olursa, araşıdrılır və ərazi qazla təchiz edilir”.

Göründüyü kimi, eyni qurumun iki səlahiyyətlisinin sözləri biri-biri il düz gəlmir. Onlardan biri təmir işlərinin təxirə salındığını, digəri isə təmir işlərinin davam etdirildiyini bildirir. O da maraqlıdır ki, niyə “Azəriqaz” təmir işlərini qışa hazırlaşarkən deyil indi aparır, Bu gün saat 09:00-dan Abşeron, Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.
Qeyd edək ki aparılan təmir işləri Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunda Sarayeva, Qaçaq Nəbi, Cavanşir, M. Hadi, Seyid Əzim Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsində qaz təchizatına təsir göstərir. Eyni problem Binəqədi rayonunda, digər rayonlarda və Sumqayıtda da yaşanır.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov isə mətbuata açıqlamasında bildirib ki, ölkədə 6 min kilometrdən çox qaz kəməri, 1 milyon yarım abonent var. Qaz kəmərlərinin işləmə müddəti 33 il olmalıdır, amma kəmərlər var ki, istifadə müddəti çoxdan başa çatıb. Bakının qazlaşdırılması haradasa 1929-1930-cu illərə təsadüf edir. Bu baxımdan, təmir işlərinin görülməsi zəruridir.
Maraqlıdır, istismar müddəti başa çatan boruları dəyişmək niyə “Azəriqaz” rəhbərliyinin yadına qışın bu sərt günlərində düşüb? Yəqin ki, bu sualın cavabı hamımıza aydındır.

Bəs Azərbaycanda əhalinin əsas qida məhsullarından olan ət niyə günü-gündən bahalaşır? Paytaxtda, eləcə də bölgələrdə ət kəsimi məntəqlərində mal ətinin qiyməti niyə belə kəskin artıb?

Qeyd edək ki, Bakıda sümüklü mal ətinin qiyməti 12 manat -12 manat 50 qəpiyə, sümüksüz mal ətinin qiyməti 13-14 manatdır. Bölgələrdə isə mal əti paytaxtla müqayisədə 1 manat ucuzdur. Bununla yanaşı, paytaxtda süd və süd məhsulları, qatığın qiymətində də hiss ediləcək bahalaşma müşahidə olunmaqdadır. Ət satışı ilə məşğul olanlar xüsusilə Novruz bayramı ərəfəsində mal ətinin 15 manata qədər bahalaşacağını bildirirlər.


Kənd təsərrüfatı üzrə ekspertlərin fikrincə, ölkədə mal-qaranın fiziki durumunu, təminatını ödəyəcək qədər yem istehsal edilmir. Dövlət proqramına əsasən, qarışıq yemin istehsalının 2 milyon ton olacağı deyilsə də, cəmi 47 min ton yem tədarük olunub. Rəsmi rəqəmlərdə göstəricilər yüksəlsə də, realda geriləmə müşahidə edilir. Kifayət qədər yem istehsal edilmədiyi üçün həm ət, həm də süd istehsalını artırmaq mümkün deyil.
Ölkədə 2 milyon 800 min başa qədər mal-qara, 8 milyon 800 min baş xırdabuynuzlu heyvan var, amma bu qədər heyvanı təmin edəcək qədər yem yoxdur. Digər tərəfdən, son 2-3 ildə 100 min hektardan artıq örüş sahəsi əkinə verilib. Onsuz da bizdə mal-qaranın sayına uyğun örüş sahəsi yox idi.

Ümumiyyətlə, ölkədə heyvandarlığın inkişafına ciddi fikir verilmir. Ekspertlər bildirir ki, bu gün mövcud olan problemlər bir müddət sonra daha da qabaracaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normalara görə, il ərzində adambaşına düşən ətin miqdarı 84 kiloqramdır. Azərbaycanda adambaşına təminat cəmi 32 kiloqramdır. Fərq böyükdür. Yaxın illərdə isə bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. Məhz fərqin olması sahibkara əldə etdiyi əti baha satmağa fürsət verir. Bu gün heç olmasa əhalinin tələbatının 80 faizi ödənilərsə, ətin də, südün də qiyməti düşər. Necə olur ki, Gürcüstanda, Ermənistanda ətin qiyməti bizdən çox ucuzdur. Hazırda bizimlə onlar arasında 30 faiz fərq yaranıb. Bu gün Azərbaycanda 100 min ton quş əti istehsal edilir. İstehlak səbətində müəyyən olunmuş siyahıya uyğun hesablayaraq, bunun əhalinin təminatını ödəyəcək qədər olduğunu bildirirlər. Siyahı isə qüsurludur. Bizdə bütün məhsulların qiymətinin bahalı olmasının səbəbi əhali sayına uyğun mal-məhsul istehsal olunmamasıdır. Defisit yaranır, belə olan halda da mütləq bahalaşma qeydə alınır.

Ekspertlər Novruz bayramında ətin qiymətinin bir az da bahalaşacağını bildirilər. Bayramda işbazalrın sui-istifadə hallarına yol verəcəyi sirr deyil. Çünki ölkə əhalisinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Ət satışı ilə məşğul olan sahibkarlar dövriyyədən əvvəlki kimi gəlir əldə edə bilmirlər. Sahibkarlar həm də itkilərini kompensasiya etmək üçün qiyməti qaldırmaq məcburiyyətində qalırlar. Qiymət artımının bir səbəbi də budur. Əhalinin imkanlı hissəsinin daha çox ətə üstünlük verəcəyini nəzərə alsaq, Novruz bayramında qiymətlər daha da artacaq. Əslində hökumət bu istiqamətdə düzgün siyasət apara bilmirsə, heyvandarlığı inkişaf etdirə bilmirsə, kəndlini də başa düşməliyik. Bu halda kəndli də hansısa yolla qazanc əldə etməyə çalışır. Bəzilər iddia edir ki, yalnız Bakıda ətin qiymətləri bahalaşıb. Amma bu, kökündən yanlış fikridir. Bölgələrlə paytaxtın müqayisəsində yalnız 1 manat fərq yarana bilər. Bu da Bakıda ət satışı məntəqələrinə gələn müxtəlif idarə nümayəndələrinə “görüm-baxım” edilməsilə bağlıdır. Burada sahibkarın günahı yoxdur. Qiymətlərə təsirlərdən biri də dövlət məmurlarının sahibkarların işinə müdaxilələri ilə bağlıdır. Yoxlamalar minimuma endirilsə, bu da müəyyən mənada qiymətlərə təsir edər”.

Bir sözlə, hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə əlaqədar yem və digər xərclər bahalanır. Digər tərəfdən, adamların alıcılıq qabiliyyəti aşağı düşür.

Neft bumu dövründə – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq. ət düşüb. Bu göstəricidə mal ətinin payı 30 faizə yaxın olub. Indi bu göstərici azalır.

Bəzi ekspertlər ətin süni yolla bahalaşdırıldığı qənaətindədir. Onların fikrincə, ət satışı yerlərində aparılan təhlillər göstərir ki, ət süni surətdə bahalaşdırılır. Lakin bunun qarşısını alan yoxdur. Prezident dəfələrlə deyib ki, qiymətləri süni surətdə qaldıran möhtəkirlərə qarşı ciddi mübarizə aparılır. Çox nadir hallarda mübarizə aparılır, özü də kampaniya şəklində. Çox təəssüf ki, bazarlar idarə olunmur, bazarlar taleyin ixtiyarına buraxılır. Bundan əzab və əziyyət çəkən də aztəminatlı ailələr olur.

Onu da qeyd edək kİ, mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin, balığın qiymətində də artırıcı təsirə malik olacaq. Xüsusilə də, nəzərə alsaq, təxminən bir aydan sonra Novruz bayramı gəlir, o halda da artan tələbatın ətibqiymətini bahalaşdıracağına şübhə qalmır. Ət bazarında qiymət bahalaşması isə həm də restoranlarda və kafelərdə ətli yeməklərin qiymətini bahalaşdıracaq.

Bir faktı da qeyd edək ki, ölkədə örüş sahələri oliqarxlar tərəfindən mənimsənilib və orada taxıl istehsal olunur. Lakin bu sahələrin heç birində irəliləyişə nail olmayıblar. Örüş sahələri fermerlərin və heyvandarlıqla məşğul olan kəndlilərin əlindən çıxdığı üçün heyvanların baş sayında ciddi azalma var. Ümumiyyətlə, təklif azalıb. Örüş sahəsi və biçənəklərlə yaradılan problemlər də bu məsələyə ciddi təsir edib. Nəticədə ətin qiymətində artım davam edir.

Samir
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda qaz problemi nə vaxt həll olunacaq? - AÇIQLAMA

    Paytaxtda qaz problemi nə vaxt həll olunacaq? - ...

    17-10-2016, 17:23

  • 
  • 7 manata başa gələn qaz əhaliyə 100 manata satılır

    7 manata başa gələn qaz əhaliyə 100 manata satılır ...

    11-12-2013, 12:34

  • 
  • “Azəriqaz”ın Suraxanı şefi Qaraçuxura işgəncə verir: “Əkbər müəllim, donuruq…”

    “Azəriqaz”ın Suraxanı şefi Qaraçuxura işgəncə ...

    22-12-2016, 21:38

  • 
  • Qaz, işıq, su da bahalaşacaq!!!

    Qaz, işıq, su da bahalaşacaq!!! ...

    3-12-2013, 14:34

  • 
  • Ölkənin iki rayonuna verilən mavi qaz dayandırılacaq

    Ölkənin iki rayonuna verilən mavi qaz ...

    19-12-2012, 14:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu