«Azəriqaz» əhaliyə satılan qazın göstəricisini 3 dəfə şişirdir
Dekabrın 9-da Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunda aksiz və başqa malların tariflərinin artırılmasının nəticələri barədə ictimai dinləmələr keçirilib. Tədbirdə “Turan” agentliyinin direktoru Mehman Əliyev qiymətlərin əsassız, hüquqi baza nəzərə alınmadan, ictimai müzakirəsiz, qəflətən qaldırıldığına toxunub. M.Əliyev “Azəriqaz”ın ünvanına da ittihamlar səsləndirib. Onun sözlərinə görə, Azərbaycan neft hasilatı çərçivəsində “Şahdəniz” konsorsiumundan pulsuz 80 mlrd kubmetr qaz alıb. Ona görə qazın maya dəyəri min kubmetr üçün 7 manatdır. Amma əhali 100 manat ödəyir. Bundan başqa, əhali ildə 1 mlrd kubmetr istifadə edir, amma “Azəriqaz” bu göstəricini 3 dəfə şişirdir. Emal müəssisələri yetərincə olmadığı üçün əhali təmizlənməmiş qaz alır, nəticədə zəhərlənmə və ölüm hadisələri olur.ÿ Hökumət qeyri-neft sektorunun xüsusi çəkisinin artmasından danışır, dünya və Avropa bazarlarında rəqabət edən istehsal gücləri yoxdur, inhisarçılıq baş alıb gedir.ÿ Iqtisadi Təhlil Institutunun rəhbəri Məhəmməd Talıblı isə neft və başqa enerji daşıyıcılarının bahalanmasının 2 halda baş verdiyini deyib: “Artım ya bu malları xaricdən alıb dünya konyunkturundan asılı olan, ya da karbohidrogen hasilatı xərclərini şişirtməyə meylli olan ölkələrdə baş verir. Rəsmi məlumata görə, bu gün ölkədə 1 barrel xam neft 10 dollardır. Dünya bazarında neftin qiyməti neçə ildir 100 dollardan düşmür”. Talıblının sözlərinə görə, hökumət Azərbaycanda yanacağın qiymətini Avropa ölkələri ilə müqayisə edir. Avropada orta maaşa 1,5-2,5 min litr, bizdə 650 litr benzin almaq olar.ÿTarif artımı həm də gizli iqtisadiyyatın artmasına kömək edir,- deyə ekspert düşünür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?