GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhməd Vəliyevin “qələminin qırılmasının” sensasion -Təfərrüatı

Əhməd Vəliyevin “qələminin qırılmasının” sensasion -Təfərrüatı

Tarix: 28-02-2017, 17:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 890
Əhməd Vəliyevin “qələminin qırılmasının” sensasion -Təfərrüatı

“Azəriqaz” bank sədri Çingiz Əsədullayev kimi “Odlar Yurdu” rektorunun kürəkəni ilə Eldar Mahmudovun əmisi oğlunun “Muğanbank” şərikliyi Milli Məclisə gedən yolunu bağlayıb

MTN şefinin siyahısından namizəd olan tanınmışlar niyə parlamentə buraxılmadı? - Gizlinlər

Eldar Mahmudovun ucbatından mandatsız qalanların şok siyahısı “Gündəm-Xəbər”də...

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması 2015-ci il oktyabrın 17-nə təsadüf etdi. Elə zamanda ki, ölkədə parlament seçkiləri ili idi. Noyabrın 7-də Milli Məclisə seçkilər təyin olunmuşdu.

MTN ləğvi və generalların həbsi ilə nəticələnən bu səs-küylü əməliyyat təkcə mahmudovçulara yox, parlament seçkilərinə də təsirini göstərdi. Çünki MTN şefinin siyahısından namizədliyi irəli sürülən adamlar parlamentə buraxılmadı.

Ajiotaj olmasın deyə...

Sirr deyil ki, Azərbaycanda iri fiqurların, yüksək çinli məmurların deputat siyahısı var. Hər bir nazirin öz siyahısından 3-5 namizəd parlamentə buraxılıb.

E.Mahmudovun siyahısı üzrə də üç namizəd deputatlıqdan məhrum oldu. Onlardan birinin tanınmış siyasətçi olduğu iddia edilirdi.

Başqa bir namizəd Çingiz Əsədullayev idi ki, mandatı ləğv olundu. Üçüncü namizədin isə 2015-dək deputat olmuş “Odlar Yurdu” universitetinin rektoru, “Muğanbank” sahibi Əhməd Vəliyev olduğu iddia olunur.

“Gündəm-Xəbər”in media üzərindən yaydığı məlumatlarda bildirilir ki, E.Mahmudovun siyahısı uzundur və onlardan bəziləri MM-də mandat sahibidir.

Sadəcə, hakimiyyət Ç.Əsədullayevin mandatının ləğvi, siyasətçinin buraxılmaması və Ə.Vəliyevin də parlamentə düşməməsinin ardınca istəmədi ki, ajiotaj yaransın, MTN şefinə yaxın şəxslərin kütləvi şəkildə “vurulduğunu” medianın gündəminə gətirsin.

Ona görə də bəziləri deputat olaraq qaldı və bu, onların sonuncu çağırışıdır. Yəni, iqtidar 2020-ci il seçkilərində həmin deputatları Milli Məclisin həndəvərinə buraxmayacaq. Bu barədə bir qədər sonra, indisə gəlin Ə.Vəliyevin deputatlıq yolunun necə bağlanmasına nəzər salaq:

Bank və təhsil dükanı bağlanır

Əvvəla, keçmiş biznesmen-deputat Əhməd Vəliyevin biznesi çökür. Sabiq millət vəkilinin rəhbəri olduğu “Muğanbank” və “Odlar Yurdu” universiteti yaxın gələcəkdə fəaliyyətini dayandıra bilər.

Ə.Vəliyev erasının bitdiyini iddia edən mətbuat qeyd edir ki, ali məktəbin “Təfəkkür” universitetinin taleyini yaşayacağı, bankın da “Zamin bank”, “Bank Standart”ın aqibəti ilə üzləşəcəyi gözləntisi var.

Məlumatlara görə, təhsil sektorunda gedən islahatlar və adı rüşvətə bulaşmış, karton diplom istehsal edən təhsil ocaqları qapadılır, devalvasiyadan çökən, kredit verməkdən başqa işi olmayan bankların lisenziyası ləğv olunur. Bu tendensiyanın davamı olaraq Ə.Vəliyevin biznes şəbəkəsi iflas edir.

Sabiq millət vəkili Əhməd Vəliyevə bağlı olan təsisatların da bu mənada başı üzərini qara buludlar alıb. Əhməd Vəliyevin birbaşa nəzarətində olan "Odlar Yurdu" Universiteti və "Muğanbank" əvvəlki etimadını itirdiyindən ciddi risklərlə üz-üzədir.

Şərikli bankın arxası...

“Gündəm-Xəbər” yazır ki, indiki halda nə "Odlar Yurdu" Universitetinə, nə də "Muğanbank"a qarşı hansısa təzyiqlərin olduğunu iddia etmək doğru olmazdı.

Adıçəkilən hər iki qurumda işlərin "axsaması" sadəcə olaraq Əhməd Vəliyevin adının arzuolunmaz olaylarda hallanmasıdır ki, bu da istər-istəməz həm "Odlar Yurdu" Universitetində, həm də "Muğanbank"da problemlərin yaranması ilə müşaiyət olunur.

Məlum "dollar ajiotajı" fonunda digər bankların fəaliyyətində də müəyyən problemlər yaranıb. Amma "Muğanbank"dakı problemlər miqyasına görə digərlərindən fərqlənir.

İndi həm dollar ajiotajı, həm də bankın sahibi Əhməd Vəliyev haqda heç də xoş olmayan iddiaların səslənməsi "Muğanbank"a müştəri etimadını sıfıra endirib.

Əhməd Vəliyevin formalaşan yeni parlamentdə təmsil olunmaması etimadsızlıq mühitinin formalaşmasında böyük rol oynayıb.

Adıçəkilən bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir.

Onların "Muğanbank"dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda "Muğanbank"ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.

Səhmlər hər şeyi deyir

“Gündəm-Xəbər” qeyd edir ki, səhmdarların bankın nizamnamə kapitalında payı bölməsində payçıların adları göstərilir.

Mehdiyev Elmir Maqbet oğlu - 63,50 % (Ə.Vəliyevin kürəkəni, eyni zamanda bankın Müşahidə Şurasının sədri - red.), Vəliyeva Vəfa Əhməd qızı - 12,05 % (Əhməd Vəliyevin qızı - red.), Mehdiyev Maqbet Rəhim oğlu - 13,10% (Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi - red.) Mehdiyeva Fəridə Cahandar qızı - 11.35 % (Ə.Vəliyevin qudası - red.)

Yeri gəlmişkən, Ə.Vəliyevin sahibi və rəhbəri olduğu Odlar Yurdu Universitetinin bank hesabları da bu bankdadır.

Beləliklə, aydın olur ki, "Muğanbank" Əhməd Vəliyevin hansı açıqlama verməsindən asılı olmayaraq ona və ailə üzvlərinə məxsusdur. Təbii olaraq, həm universitetin, həm bankın lisenziyasının ləğvi aktualdır.

Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Bankın əsas himayədarı və biznes ortağı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub.

Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları - Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. İddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Hansı deputatlar siyahıdadır?

“Gündəm-Xəbər” qeyd edir ki, iqtidarın MTN bandasına bağlı icra hakimləri ilə bərabər bəzi deputatları da araşdırması xəbəri yayılıb.

Parlamentdə mahmudovçu deputatların kimliyi haqda müfəssəl bilgilər toplanıb və onların növbəti seçkilərdən məhrum edilməsi qərara alınıb.

Eyni zamanda deputatlardan - Nəriman Əliyev, İqbal Məmmədov, Rüfət Quliyev və başqaları barəsində mediada iddialar yayılıb. Habelə, Hacı Salayevin, Əsabil Qasımov və digərlərinin Mahmudovun seçdirdiyi deputatlar arasında adı keçib.

Mahmudovun projesində “kölgə kabineti” olub və sıraya bir çox məmur-deputat kontingenti daxil imiş. İddia olunur ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə tabe olmuş icra hakimiyyəti strukturları araşdırılır.

Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq.

E.Mahmudovun biznes şəbəkəsi - "AG Bank", "Crystal Plaza" Holdinq, "Crystal Motors", "TOS OİL", "Anar OİL", "Jaguar Motors", "Range Rover Motors", "Maseratti Motors", "İndigo" MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, "Turac" və "Xankəndi" restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki

mağazaları, brend saat butikləri olub. Bu biznes şəbəkələrinin deputatlara da əlaqəsi olduğu ortaya çıxıb.

Əhməd Vəliyev kimdir?

Qeyd edək ki, Vəliyev Əhməd Abdulkərim oğlu 29 noyabr 1946-cı ildə Qazax rayonunun Alpout kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirərək həmin ili Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsinə daxil olub.

Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun riyaziyyat kafedrasında laborant, baş laborant, laboratoriya müdri, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1990-1997-ci illərdə Bakı Sənaye-Pedaqoji texnikumunun direktoru vəzifəsində işləyib. 1995-ci ildə direktoru olduğu texnikumun bazasında Odlar Yurdu Universitetini yaradıb.

Əhməd Vəliyev: Fizika-riyaziyyat elmləri namizədi, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D), Fizika-riyaziyyat üzrə Elmlər doktoru elmi dərəcələrini və Dosent, Professor elmi adlarını alıb.

Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Əhməd Vəliyev yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosasiyasının qızıl medalına layiq görülüb.

İxtisası üzrə əllidən çox elmi məqalə, bir elmi monoqrafiya, onlarla dərslik və dərs vəsaitinin, eyni zamanda möhtərəm prezidentimiz cənab İlham Əliyevin hələ prezident olmadığı zamanda onun gələcək siyasi taleyi təkcə Azərbaycan üçün yox, dünya siyasi arenasında tutacağı yüksək mövqe, qazanacağı uğurlar haqqında proqnoz verdiyi siyasi publisistika janrında yazılmış “Bəsirət ünvani” adlı kitabın müəllifidir.

Kitab latın və ərəb qrafikası ilə Azərbaycan dilində, Prezident seçkiləri qabağı 2003-cü ildə ingilis dilində çap olunub.

Bundan başqa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva haqqında “Adının sahibi” kitabının da müəllifidir.

Əhməd Vəliyev III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Hörmətli Ə.Vəliyevin yuxarıda mətbuatın iddiaları əsasında hazılanmış məqalə ilə bağlı mövqeyini çap etməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb olunur Çingiz Əsədullayev iş adamının adına ayırdığı krediti Anar Mahmudova ötürüb

    Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb ...

    20-12-2016, 00:27

  • 
  • Milli Məclisə seçkilər: 125 yer uğrunda 769 nəfər

    Milli Məclisə seçkilər: 125 yer uğrunda 769 nəfər ...

    21-10-2015, 16:10

  • 
  • Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

    Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu ...

    26-10-2015, 12:54

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu