Gundemxeber.az » Siyasət » Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb olunur Çingiz Əsədullayev iş adamının adına ayırdığı krediti Anar Mahmudova ötürüb
Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb olunur Çingiz Əsədullayev iş adamının adına ayırdığı krediti Anar Mahmudova ötürüb
Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb olunur Çingiz Əsədullayev iş adamının adına ayırdığı krediti Anar Mahmudova ötürüb Sabiq MTN rəhbəri Eldar Mahmudovun yaxın dostu kimi tanınan “Azərigazbank”ın sahibi Çingiz Əsədullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində “MTN İşi” çərçivəsində istintaqa cəlb olunur
Bu barədə prosesə zərərçəkən kimi cəlb olunan iş adamlarından biri məlumat verib.
Adının çəkilməsini istəməyən həmin şəxs bildirib ki, 2011-ci ildə MTN tərəfindən şantaj olunub və ondan 2 milyon pul tələb olunub. Qarşılıqlı razılaşmadan sonra bu məbləğ 1 milyona enidirilib. Ancaq buna baxmayaraq, iş adamı MTN rəhbərliyinin tələb etdiyi məbləğin ancaq yarısını düzəldə bildiyini deyib. Bundan sonra nazirin yaxın dostu olan Çingiz Əsədullayevə zəng olunub və həmin şəxsin əmlakı girov kimi saxlanılmaqla 500 min manat kredit ayrılıb. Kreditə imza atan iş adamı həmin pulun elə bankdan Eldar Mahmudovun oğlu Anar Mahmudovun hesabına köçürüldüyünü deyib.
Hazırda şikayətçi kimi pulunu və əmlakını tələb edən iş adamı ümid edir ki, sonda ədalət zəfər çalacaq.
Məsələ ilə bağlı Çingiz Əsədullayevin özüylə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?