Məcburi köçkünlərdən işlətmədikləri elektrik enerjisinin pulu tələb edilir
"Gündəm Xəbər" olaraq, vaxtaşırı müxtəlif rayonlarımızda mövcud olan sosial problemləri işıqlandırmağa çalışırıq. Eyni zamanda bğlgələrdən tez-tez redaksiyamıza müxtəlif dövlət qurumlarının qanunsuz əməlləri, məmur özbaşınalığı, yerlərdə vətəndaşlarımızın hüquqlarının kobud şəkildə pozulması ilə bağlı redaksiyamıza şikayətlər daxil olur. Bu şikayətləri araşdırır və araşdırmanın nəticələri barədə qəzatimizdə yazılar dərc edirik.
Hazırda haqqında bəhs edəcəyimiz problem isə Qazax rayonundan "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Qazax rayon Elektrik Şəbəkəsinin fəaliyyəti, daha doğrusu yol verdiyi özbaşınalıqla bağlıdır. Belə ki, Qazax rayonunda yaşayan məcburi köçkün ailələri "Azərişıq" ASC-nin yerli əməkdaşları tərəfindən aldadılıb.
Qazax rayonu, Əliağa Şıxlinski küçəsində yerləşən 24 mənzillik binada yaşayan məcburi köçkünlərin bildirdiyinə görə, "Azərişıq" ASC-nin yerli əməkdaşları binada yaşayan sakinlərin, daha dəqiq desək, 24 mənzilin elektrik sayğaclarını dəyişib. Bəs problem nədən ibarətdir? Sakinlərin bildirdiyinə görə, dəyişilən sayğaclardakı rəqəmlərlə sonradan verilən qəbzlədəki rəqəmlər tamamilə uyğun gəlmir. Belə ki, sayğaclardan birində son göstərici1 1.864 kilovatt olsa da, verilən qəbizdə abonentin 25,326 kilovatt elektrik enerjisi sərf etdiyi göstərilir. Digər sakinlrə verilən qəbzlərlə bağlı da eyni vəziyyətdir. Demək olar ki, hər saygacda sakinlərin guya 13,00 kilovat artıq enerji sərf etdiyi iddi olunur. Bu saxtakarlıq isə həmin binada yaşayan məcburi köçkünlərin ciddi narazılığına səbəb olub.
Sakinlərdən aldığımız məlumata görə, onlar məsələ ilə bağlı etirazlarını yerli elektrik şəbəkəsinin rəisi Elşadmüəllimə bildiriblər. Lakin elektrik şəbəkəsinin rəisi məcburi köçkünlərin şikayətinə kobud cavab verib. O, sakinlərə deyib ki, kimə şikayət edirsinizə edin, mən məsələni özüm bildiyim kimi həll edəcəyəm, qəbzlərdə göstərilən məbləği ödəməlisiniz.
Bundan sonra məcburi köçkünlər Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qəbulunda olub və üzləşdikləri qanunsuzluqla bağlı ona şikayətediblər. Buna baxmayaraq, məsələ həll olunmamış qalıb. Nə icra başçısı, nə də Qazax rayon elektrik şəbəkəsinin rəisi sakinlərin şiayətini təmin etmək istəmirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?