GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ucarda məmur özbaşınalığı

Ucarda məmur özbaşınalığı

Tarix: 10-05-2017, 23:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 754
Ucarda məmur özbaşınalığı


Lək kəndinin sakinləri susuzluqdan əziyyət çəkir

Suvarma Sistemləri İdarəsinin müdiri Əlikram Mahmudov haradadır?


Son illər Azərbaycan hakimiyyəti qeyri-neft sektorunun inkişafi ilə bağlı müxtəlif addımlar atır. Xüsusən də dövlət başçısı kənd təsərrüfatının inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar müxəlif sərəncamlar verir və bu, təqdirəlayiqdir. Bu gün Azərbaycanın dünya iqtisadi sistemində yaranan böhranlı vəziyyətdən az itki ilə çıxması, əhalinin güzəranının yaxşılaşdırılması üçün kənd təsərrüfatının inkişafı, bazarda yerli məhsulların üstünlük təşkil etməsi, kəndlinin öz torpaqlarını səmərəli istismar etməsi ən vacib amillərdən biridir.
Şübhəsiz ki, kənd təsərrüfatının inkişafı meliorasiya layihələrinin icrası, su anbarlarının tikintisi, su kanallarının çəkilişi, müasir təmizləmə qurğularının yaradılması, heyvandarlığın, bitkiçiliyin sürətlə inkişaf etdirilməsindən də asılıdır. Ancaq təəssüflər olsun ki, yerlərdə bəzi məmurlar bu məsələlərə diqqət ayırmırlar. Vəziyyət o dərəcədə kritikdir ki, nəinki əkin sahələrinin suvarılması problemə çevrilib, hətta əhali içməyə belə su tapmır. "Gündəm Xəbər"in poçtuna daxil olan şikayətlərdən biri də elə məhz bu məsələ ilə əlaqədardır.

Belə ki, Ucar rayonu Lək kəndinin sakinləri -
Əliyev Qasım Abdulla oğlu, Camalov Vüqar Xeybər oğlu, Xasıyev Kamil Qulam oğlu, Ağayev Zahid Sabir oğlu Azərbaycan Prezidenti İlham Əliyev cənablarına, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə üzləşdikləri su problemi ilə bağlı müraciət ediblər. Müraciətin surəti redaksiyamıza da göndərilib.


Müraciət müəllifləri bildirirlər ki, Ucar rayonu Lək kəndində içməli su ilə bağlı yaranmış problem hələ də öz həllini tapmayıb, vəziyyət daha da gərginləşib: "Aidiyyəti qurumlar problemi yaşayan sakinlərə alternativ yolla suyun veriləcəyini desələr də, hələ ki, heç bir tədbir görülməyib. Ciddi su problemi yaşayan sakinlər Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Əlikram Mahmudova, rayon icra hakimiyyətinin məsul şəxslərinə dəfələrlə müraciət ediblər".

Lək kəndinin sakinləri yazır ki, susuzluqdan əziyyət çəkən təsərrüfat sahibləri özləri ilə bərabər mal-qaralarını və yeni əkilmiş kənd təsərrüfatı məhsullarını suvarmaq üçün pulla su almalı olurlar: "Yaranmış problemlə bağlı dəfələrlə cəhd etməyimizə baxmayaraq, Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Əlikram Mahmudovla əlaqə saxlaya bilmirik".

Şikayətçilərin sözlərinə görə, Ucar rayonun Lək kəndinə su kanalı ilə suyun ötürülməsi artıq iki həftədir ki dayandırılıb: "Dörd mindən artıq sakini olan kənddə yeganə kanal vasitəsi ilə ötürülən suyun tamamilə dayandırılması sakinlərə ciddi problem yaradıb. Onlar kənddə içməli suyun olmaması səbəbindən suvarma suyundan həm də içməli su kimi istifadə etdirlər. İçməli suyun isə bir neçə kilometrlik məsafədən gətirilməsi həm vaxt itkisinə səbəb olur, həm də əlavə xərc tələb edir. Aidiyyəti orqanlar suyun verilişinin müvəqqəti olaraq dayandırılmasını ərazidə aparılan kəmər çəkilişi ilə əlaqələndirirlər. Müvafiq orqanlar içməli su problemi yaşayan sakinlərə alternativ yolla su veriləcəyini desələr də, bu vəd hələ də yerinə yetirilməyib".
Müraciət müəllifləri ölkə rəhbərliyindən məsələni nəzarətə götürməyi və problemin həllinə kömək göstərməyi xahiş edirlər. Ümid edirik ki, Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Lək kəndi sakinlərinin problemi ilə maraqlanacaq və onların içməli su ilə təmin olunması üçün gərəkən addımlar atılacaqdır.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07

  • 
  • Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ediləcək”

    Heydər Əsədov: “Nazirlikdə qlobal dəyişikliklər ...

    6-02-2014, 12:01

  • 
  • Azərbaycanda struktur və kadr islahatları aparılacaq - Deputat

    Azərbaycanda struktur və kadr islahatları ...

    31-01-2017, 20:57

  • 
  • İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq"

    İlham Əliyev: "Qeyri-neft sektorunun ...

    10-01-2016, 16:24

  • 
  • Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə taxıl istehsal olunub

    Füzulidə taxıl biçini başa çatdı: Rekord həcmdə ...

    18-07-2013, 17:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu