Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir. Azərbaycanın hər bölgəsində olduğu kimi Füzuli rayonunda da son illər kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalında ciddi uğurlar əldə olunur. Füzuli kənd təsərrüfatı rayonudur. Rayonun iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. Həyata keçirilən aqrar islahat nəticəsində rayonun işğaldan azad olunmuş kəndlərində ədalətli bölgü prinsipi əsasında hər bir ailə pay torpaqları ilə təmin olunmuşdur. Torpaq islahatı insanların torpağa bağlılığını daha da artırmış, onların öz torpaqlarından daha səmərəli istifadə etmələrinə stimul yaratmışdır. Bütün bunlar rayon sakinlərinin ilk növbədə maddi rifahlarını xeyli yaxşılaşdırmışdır. Böyük taxılçılıq ənənələri olan rayonda məhsul istehsalı ilbəil artırılır, məhsuldarlıq yüksəldilir. Taxılçılıqdakı uğurlarımız bu ildə ürəkaçandır. Rayonda mühüm ərzaq məhsulu olan taxılçılığın inkişafı xüsusilə son illər diqqət mərkəzindədir. Rayonda taxıl biçini ilə əlaqədar fəaliyyət göstərən qərargahın sədr müavini, rayon İcra Hakimiyyəti başçısının Aqrar məsələr üzrə üzrə müavini Hüseyn Abbasov deyir ki, bu ilki nəticələrimiz də sevindiricidir: “39,7 min hektar sahədən məhsul nəzərdə tutulmuş müddətdə biçilmişdir, 111 min ton taxıl əldə edilmişdir ki bu da rayonun tarixində rekord göstəricilərdən sayılır. Rayonun tarixində ilk dəfə olaraq keçən il 101 min ton, bu il isə 111 min ton taxıl istehsal olunmuşdur. Hər hektarın məhsuldarlığı 28 sentnerə yaxın olmuşdur. Rayonda gələn il üçün məhsul istehsalının qayğısına indidən qalınır. Prezident cənab İlham Əliyevin taxılçılığın inkişaf etdirilməsinə dair göstərişindən sonra rayonda 300 hektar sahədə məhsuldar toxumluq təsərrüfatı yaradılmış və bu il həmin sahələrdən 53-55 sentner taxıl götürülmüşdür. Yaxın gələcəkdə taxılçılıq rayonda yetişdirilən elit növ toxum hesabına inkişaf etdiriləcəkdir.” Həmişə olduğu kimi füzulilərin çörəklə bağlı problemləri olmayacaqdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?