GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR

Tarix: 31-05-2017, 22:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 494
Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


Tanınmış sənətçilərin şəxsi həyatlarında baş verən hadisələr hər zaman böyük maraq doğurub.

gundemxeber.az publika.az-a istinadla evli kişiləri yoldan çıxarıb onlarla ailə quran azərbaycanlı müğənnilərlə tanış edib:

Röya

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


Röya Anar Cəlilovla tanış olanda iş adamı artıq ilk həyat yoldaşından ayrılmaq üzrə idi. “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anarın Röyaya olan vurğunluğu bu prosesi bir qədər də tezləşdirir. A.Cəlilov ilk həyat yoldaşından boşanan kimi müğənniyə evlilik təklifi edir. İş adamının ailəsi oğullarının Röya ilə münasibətlərinə qarşı çıxsa da, A.Cəlilov qalmaqallı müğənni ilə evlənmək fikrindən vaz keçmir.

“Nə vaxtsa gəlinlik geyinib ailə quracağımı ağlıma belə gətirməzdim” söyləyən Röya əvvəlcə şoka düşdüyünü desə də, təkliflə dərhal razılaşır. Lakin cütlüyün xoşbəxt ailə həyatı cəmi 6 il davam edir. 2008-2014-cü illərdə Anar Cəlilovla nikahda olan müğənnin 2009-cu ildə oğlu dünyaya gəlib. Yeri gəlmişkən, A.Cəlilovun ilk nikahından bir oğlu daha var.

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov keçən il 3-cü dəfə yenidən ailə qurub. Röya isə Anardan sonra ailə qurmayacağını bildirmişdi. Lakin sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsindən olduğu, lakin ailənin bu münasibətdən xəbərdar olmadığı bildirilir. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə ondan icazə alır.

Aysel Teymurzadə

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


2009-cu ildə “Eurovision” müsabiqəsində Azərbaycanı yüksək səviyyədə təmsil edən Aysel Teymurzadə karyerasının ilk illərində şəxsi həyatını mətbuatdan ciddi-cəhdlə gizləyərək evlənmək niyyətində olmadığını tez-tez dilə gətirirdi. Lakin bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovun ulduzu yeni-yeni parlayan ifaçıya heyran olduğu və həyat yoldaşından boşanaraq onunla ailə qurmaq istəməsi xəbərləri yayılır. Bu xəbərlər tezliklə öz təsdiqini tapır. M.Adıgözəlovun ifaçıdan 3 övladı dünyaya gəlib.

Cütlüyə yaxın mənbələrin sözlərinə görə, Ayselin həyat yoldaşı onu möhkəm qısqanır və mətbuatda görünməsini istəmir. Cütlük bütün tədbirlərə birlikdə qatılsa da, Murad bəy müəyyən jestləri ilə onu çəkmək istəyən fotoqraflara və açıqlama almaq istəməyən jurnalistlərə etiraz edir.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. Maestronun ilk evliliyindən iki övladı var.

Safura Əliyeva

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


2010-cu ildə isə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən S.Əliyeva da Aysellə eyni taleyi yaşayır. Əvvəlcə evlənəcyi ilə bağlı yayılmış bütün dedi-qoduları təkzib edir. Buna baxmayaraq gənc ifaçının azərbayacanlı nazirin oğlu Fərhad Əliyevin evlilik təklifinə “hə” deməsi sürətlə bütün mətbuatda əks-səda doğurur. Məsələ ondadır ki, Sara Əliyeva ilə evli olan F.Əliyev bir qızı atası idi. Safuraya vurulan nazir oğlu ilk həyat yoldaşından boşanaraq müğənni ilə Bodrumda özünə təmtəraqlı şəkildə toy edir.

A.Teymurzadə ilə S.Əliyeva bir çox cəhətdən oxşardır. Hər ikisi ölkəmizi məşhur mahnı müsabiqəsində təmsil edib, hər ikisi kifayət qədər uğurlu ifaçı idi. Amma onlar karyelarında yüksəlmək əvəzinə ailə sahibi olmağı seçir. Onların hər ikisi boşanmış şəxslərlə ailə qurur və sənətlə birdəfəlik vidalaşır.

Ayan Babakişiyeva

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


Ayan Babakişiyeva məşhur məmurla yasaq eşq yaşadığını uzun illər sonra mətbuata açıq şəkildə etiraf edir. Müğənni əvvəlcə Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin ilk həyat yoldaşından boşanma sənədinin şəkillərini yayır.

Polkovnik isə Ayanla gizli ailə həyatı qurduğunu inkar edir: “Öz ailəmi çox sevirəm. Mənim qızım, oğlum, nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir. Ayan mənim böyük səhvim olub”, – deyə etiraf edir.

F.Musayev müğənni ilə münasibətlərini təkzib etsə də, Ayan açıqlamasında bunları söyləmişdi: “Mən onun həyatında səhv olsaydım, 7 il birgə yaşamazdıq. 30 illik arvadını boşayaraq, məni alıb və bizim ortada qız övladımız var. Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcəsə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu, onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Bu açıqlamanı o zərurətdən edirəm ki, mən övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o, səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracam”.

Rəqsanə

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


Gənc yaşda bir dəfə rəsmi nikahda olub boşanan Rəqsasənin də adı evli kişiləri yoldan çıxaran müğənnilər siyahısına daxildir. Müğənninin ikinci qızı Yağmur qeyri-rəsmi nikahda yaşadığı kişidən dünyaya gəlib. İfaçı hətta efirlərin birində evli şəxslə sevgili olduğunu açıq-aydın etiraf etmişdi.

Sevda Sanalıyeva

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


Bir vaxtlar rəqqasə kimi fəaliyyət göstərən müğənninin həyat yoldaşının birinci ailəsinin olduğu hər kəsə məlumdur. Lakin birinci evliliyinə son verib, müğənni S.Sanaliyeva ilə ailə quran Cəlil bəyin valideynləri və ilk həyat yoldaşı Lalə xanım bu izdivacla hələ də razılaşa bilmirlər. Cəlil bəyin eks-qayınanası Gülənbər xanım qızının 10 illik ailəsinin dağılmasında müğənnini günahlandırıb. Gülənbər xanım ifaçı S.Sanaliyevanı hətta “yuvayıxan” adlandırmışdı.

S.Sanaliyevanın həyat yoldaşından 2 övladı var. Müğənninin ərinin ilk nikahında da biri qız, digəri oğlan olan əkiz uşaqları var.

Şəbnəm Tovuzlu

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


Evli kişi ilə görüşən daha bir məşhur isə Şəbnəm Tovuzludur. Müğənninin qeyri-rəsmi nikahda yaşadığı sevgilisindən bu yaxınlarda oğlu dünyaya gəlib. Ş.Tovuzlunun ilk evliliyindən isə bir qızı var.

Aygün Bayramova

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


50 yaşında ailə qurmağa qərar verən Xalq artistinin iranlı həyat yoldaşı Fəraməz Gərmrudi 3 qız atasıdır. Əslən Cənubi Azərbaycandan olan Gərmrudinin həyat yoldaşı fars əsilli xanımdır. İddialara görə, onlar rəsmən hələ də evlidir. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır. Demək olar ki, əksər musiqiçilərlə dostluq münasibətləri var. Biznesmenin Aygün Bayramova ilə eşq hekayəsi bu ilin martında, daha dəqiq desək, martın 21-də Gərmrudinin Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb.

Damla

Evli kişilərin ailəsini dağıdıb onlara ərə gedən məşhurlar - FOTOLAR


Prodüser Sultan müğənni Damlanı evli kişi ilə sevgili olmaqda ittiham edərək onun ünvanına sərt sözlər yağdırıb. Prodüser sosial şəbəkədə ifaçını əməlli-başlı təhdid edib: “Ay mənim dolmam, sən jurnalistlərə nağıllar danışa bilərsən. Amma mən reallıqdan danışıram. Gör nə qədər məndən qorxmusan ki, bəzi yalanlarına açıqlama gətirməyi özünə borc bildin. Bunu yaxşı oxu! Əgər haqqımda bir kəlmə belə pis söz eşitsəm, bu dəfə ağacı dibindən kəsəcəyəm və səni “saxlayan” evli kişinin adını açıqlayacağam. Qoy həmin kişinin ailəsi, evində olan həyat yoldaşı hər şeyi bilsin. Üstəlik, onunla öpüşdüyün şəkilləri də paylaşacağam”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur iş adamının oğlunu döydülər – Bakıda gecə klubunda dava, həbslər var

    Məşhur iş adamının oğlunu döydülər – Bakıda gecə ...

    15-07-2016, 00:30

  • 
  • Röyanın keçmiş əri: "Bu qız mənim dostumdur" - FOTO

    Röyanın keçmiş əri: "Bu qız mənim ...

    30-01-2015, 01:09

  • 
  • Boşanan azərbaycanlı müğənni məmur oğluna ərə gedir – FOTO

    Boşanan azərbaycanlı müğənni məmur oğluna ərə ...

    23-06-2015, 12:55

  • 
  • Anar Cəlilov Şəhidləri təhqir etdi…

    Anar Cəlilov Şəhidləri təhqir etdi… ...

    15-04-2016, 00:09

  • 
  • Ərindən boşanan Röya tanınmış aktyorumuzla yataqda –VİDEO - FOTOLAR

    Ərindən boşanan Röya tanınmış aktyorumuzla ...

    28-11-2014, 00:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu