Bu günlər də Prezident Administrasiyasında həyata keçirilən islahatlardan sonra , prezidentin hərbi məsələlər üzrə köməkçisi, general Vahid Əliyev görəvindən alındı. Hərbi sferada ciddi nüfuza sahib olan Vahid Əliyevin vəzifəsindən kənarlaşdırılması kifayət qədər sensasion hadisə oldu və bunun səbəbləriylə bağlı müxtəlif versiyalar səsləndirildi. Maraqlıdır, bəs əslində generalın oyundankənar duruma düşməsinin səbəbləri nədir?
Uzun illər prezidentin hərbi məsələlər üzrə köməkçisi olan Vahid Əliyev hərb sistemin də demək olar ki, az qala monopoliya yaratmışdı. Səfər Əbiyev müdafiə naziri vəzifəsindən azad olunduqdan sonra onun imkanları daha da genişləndi. Düzdür dəfələrlə Vahid Əliyev cəhd eləmişdi ki, özü nazir kürsüsündə əyləşsin. Amma buna gücü çatmamışdı. Amma Zakir Həsənov nazir təyin olunandan sonra , Vahid Əliyev orduya nəzarəti tam əlinə almağa çalışdı və ilk zamanlarda buna nail oldu.
Xatırlayırsınızsa Zakir Həsənov nazir kimi fəaliyyətə başladığı ilk iki ayda bir çox təyinatlar həyata keçirtdi. Əslin də bu təyinatların arxasında elə Vahid Əliyevin özü dayanırdı. Çünki Zakir Həsənov ordu sistemində çalışanlara o qədər də bələd deyildi və o təyinatları əsasən Vahid Əliyevin və Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun məsləhətləri ilə həyata keçirirdi. Amma bu təyinatların ömrü uzun çəkmədi. Belə ki, müxtəlif vəzifələrə təyin olunmuş zabitlər iki aydan sonra vəzifələrindən kənarlaşdırıldılar. Zakir Həsənovun belə qəti addımlar atması təccüblə qarşılandı. Əslində isə təccüblü heç nə yox idi. Çünki vəzifəyə gətirilən zabitlər daha çox şəxsi maraqlarını ortaya qoydular. Zakir Həsənov isə Ali Baş Komandanın əmriylə orduda rüşvətin qarşısını almağa, korrupsiya hallarını aradan qaldırmağa çalışırdı. Buna görə də o, növbəti dəfə təmizləmə işlərinə başladı.
Bu isə sözsüz ki, Vahid Əliyevin maraqlarına uyğun deyildi və ona yaxın kadrların kənarlaşdırılmasını həzm edə bilmədi. Bu isə artıq Zakir Həsənovla Vahid Əliyev arasında qarşıdurmanın başlanması oldu. Bundan başqa 10may.az saytına daxil olan məlumata görə Vahid Əliyev həm də ordunun təhcizatı ilə bağlı elan olunmuş əksər tenderə də nəzarət edirmiş. Amma gərginlik yaranandan sonra Zakir Həsənov bu məsələyə də diqqətini artırıb. Bu gün isə Vahid Əliyev kənarda qaldı. Bu isə o deməkdir ki, yaxın zamanlarda daha bir neçə general vəzifəsindən uzaqlaşdırılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?