GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Elmar Vəliyev xanım jurnalisti təhdid etdirir: "Gəncəni tərk et!"

Elmar Vəliyev xanım jurnalisti təhdid etdirir: "Gəncəni tərk et!"

Tarix: 6-06-2017, 17:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 402
Elmar Vəliyev xanım jurnalisti təhdid etdirir: "Gəncəni tərk et!"


Təqiblərdən bezən jurnalist Mehriban Əzizqızı Birinci vitse-prezident Mehriban Əlievaya müraciət etdi

"Gündəm Xəbər"in Gəncə bölgəsi üzrə müxbiri Mehriban Əzizqızı neçə vaxtdır ki, yerli məmurların, xüsusən də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı müavininin ardıcıl təzyiqlərinə məruz qalır. Təzyiq və təqiblərdən yaxa qurtarmaq istəyən jurnalist Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Jurnalist müraciətində yazır: "Hörmətli Mehriban xanım! Artıq neçə illərdir ki, mən dövri mətbuatda Mehriban Əzizqızı imzası ilə tanınıram. Yazdığım məqalələr ölkədə gedən quruculuq işləri, o cümlədən də yerlərdə baş verən məmur özbaşınalığını əhatə edir. Təbii ki, belə məqalələr nəticəsində qəzetimizə geniş oxucu auditoriyası qazanmışam. Lakin jurnalist kimi fəaliyyətim zamanı xoşagəlməz hallarla da qarşılaşıram. Bu da təbiidir. Araşdırmalarım Gəncədə yaşadığım üçün əsasən, Gəncəbasar bölgəsini əhatə edir. Mən "Gəncə Nizamisinə, Nizami Gəncəsinə qovuşdu" , "Gəncə Müəllimlər İnstitutu saxta diplom bazarı açıb", "Gəncənin ölü canlar filarmoniyası", "Prorektor möhürü rektora vermir", "Samuxda yaşıl ölüm", " GDU-da plagiat sindromu", "Gəncə musiqi kollecində görünməmiş rüşvətxorluq" və sair yazıların müəllifiyəm. Sonuncu yazılarımın mövzusu korrupsiya və rüşvətxorluq halları ilə bağlıdır. Ölkə rəhbərliyi səviyyəsində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda, bir jurnalist kimi Gəncədə korrupsiya və rüşvətxorluq kimi neqativ halları işıqlandırmağı özümə borc bilirəm".

Jurnalist yazır ki, məhz korrupsiya və rüşvətxorluq faktları barədə yazdığı üçün onun "qara günləri" başlayıb: "Belə ki, artıq iki ilə yaxındır ki, mən bölgə müxbiri olaraq Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevlə görüşmək istəyirəm. Bununla bağlı bir neçə dəfə müraciət etsəm də, ona qədər olan "baryerlər"i keçə bilmədim. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq ölkə başçısı İlham Əliyevə müraciət etdim. Təbii ki, bu, Gəncə şəhərindəki məmur qruplaşmalarının qəzəbinə səbəb oldu. Aprel ayında Gəncə şəhər İcra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Həsən Məmmədov məni icra hakimiyyətinə dəvət etdi. O, Elmar Vəliyevin adından mənim bu şəhərdə fəaliyyətimə qadağa qoyulduğunu, barada yaşamağımın mümkünsüzlüyünü bildirdi. Həsən Məmmədov məni hədələyərək, harada yaşadığımı belə öyrəndiyini vurğuladı və bu sözləri dedi: "Müxalifət qəzetində işləyirsən, əgər qalıb bu şəhərdə yaşamaq və işləmək istəyirsənsə, biz deyən kimi Gəncədən yazı yazma və təmsil etdiyin qəzeti dəyiş. Məsələn, keç "İki sahil" qəzetinə. Başını aşağı sal, yaşa da, nə deyirik ki...". Yeri gəlmişkən, onu da bildirim ki, artıq Həsən Məmmədovdan iki ilə yaxındır ki, bu cür təhdid dolu mesajlar alıram. Bu da səbəbsiz deyil. Çünki yazılarımdan birində onun adını çəkərək, bir çox reket jurnalistləri önə çəkməsini vurğulamışdım".

Jurnalist bildirir ki, bir çox vicdanlı məmurlar onu Həsən Məmmədovun gizli planından xəbərdar ediblər: "Həsən Məmmədovmənə qarşı kampaniyaya başlayıb. O, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə məndən bütün məmurlarının şikayətçi olmasını bildirib və bu barədə məmurlardan ərizələr toplayı. Əldə etdiyim məlumata görə, mənim əleyhimə ərizə verməyən məmurların təmsil etdiyi idarə və müəssisələr haqqında reket saytlarda yazılar gedir. Bu reallıqdır. Bu yazılar Həsən Məmmədovun sifarişi ilə yazılır. Əgər bu məsələlərə aydınlıq gətirilərsə, məndə çoxlu sayda dəlil və sübutlar var. Mən demokratik dövlətdə yaşasam da, bu kimi halları 90-ların əvvəlində görmüşdüm. İndi eyni hallarla qarşılaşdığımdam şaşırdım. Mən bu gün ölkədə gedən quruculuq işlərindən, daxili və xarici siyasətin uğurlu aparılmasından stimul alsam da, Gəncədə tamamilə başqa proseslər baş verir".

Mehriban Əzizqızı daha sonra müraciətində yazır: "Hörmətli Mehriban xanım! Mən uzun illərdir ki, YAP-ın üzvüyəm. İndiyədək mənim yazılarımın bir devizi olub. O da ümummilli lider Heydər Əliyevin bu sözləridir: "Mənim görə bilmədiklərimi mənə çatdıran hər bir jurnalistə minnətdaram".
Gəncədə məmurlar qəsdən məni müxalifətçi adlandırır, mənim telefonlarımın dinlənildiyini deyir, iki ilə yaxındır ki, şaiyə yayaraq həbsimə hazırlıq getdiyini bildirlər. Gəncənin reket qruplaşması əlindən normal jurnalist fəaliyyətimə mane olur, qadağalar qoyurlar. Bu özünü hər addımda göstərir. Mən bu gərginlikləri yaşamaqdan usanmışam. Mən bölgə müxbiri olsamda da tez-tez dəvət olunmadığım tədbirlərdə görünürəm ki, şəhər ictimaiyyəti mənim həbs olunmadığımı görsün.
Sanki 37-ci illərin repressiyalarını yaşayıram. Gəncə Dövlət Filarmoniyası, şəxsən Şahnaz Haşımova və Gülçin Mirzəyevanın korrupsiya fəaliyyəti haqqında yazdıqlarım bu gün mənim həyatıma repressiya gətirib. Halbuki bu ay mənim yubileyim olmalıdır. Mən heç nəyə iddialı deyiləm. Təki Vətən sağ olsun, Sizlər sağ olun. Artıq 2008-ci ildən bu yana Gəncəbasarda i reket jurnalistikaya qarşı mübarizə apardığımdan bu gün həmin "reketlər" toplam şəklində mənə qarşıdırlar. Təbii ki, onlar bu işdə tək deyillər, onlara rəhbərlik edən dövlət məmurları var. Sağlam jurnalistikadan söhbət gedərsə, çəmiyyətdə baş verənlərə münasibətdə dövlətə və dövlətçiliyə xidməti əsas amalın olaraq qəbul etməlisən. Həmin reketlərisə mənə - məmurların əyri əməllərindən yazan bir qadına qarşı birləşərək, öz mənafelərini dövlətin mənafeyindən üstün tuturlar. Bu gün artıq mənə açıqcasına "sənin maddi durumun belə bizlərlə mübarizə etməyə yetməz" deyənlər deyəsən, haqlıdırlar. Prezident İlham Əliyevin sözləri ilə desək, bu gün ölkə daxilində, regionlarda baş verənləri media vasitəsi ilə öyrəndiyimiz bir zamanda media nümayəndələri, - təbii ki, hamısından söhbət gedə bilməz, - dövlət dəstəyindən məhrumdular. Müəyyən qruplaşmalara xidmət etməyən redaksiyalara, mənim timsalımda isəjurnalistlərə önəm verilmir. Jurnalistlərə bəlkə də paytaxt Bakıda dəstək olunur. Ancaq bu gün Gəncədə mən korrupsiya və məmur özbaşınalığına qarşı apardığım mübarizədə dəstək görə bimirəm, əksinə korrupsionerlərin təpkisindən usanmışam. Hətta hal-hazırda məhkəməsi davam edən "GMİ" rəhbərliyinin ciddi-cəhdi sayəsində mənə açılan cinayət içinin istintaqı zamanı çəkdiyim sarsıntılara görə üzrxahlıq edən belə olmadı. Sadəcə bütün zamanlarda "mükafatım" bir söz olur: "yazma, bu həyacanları və təqibləri də yaşama". Bəs onda sual olunur, regionlardakı ab -havanın hansı vəziyyətdə olmasını nədən bilək?"

Mehriban Əzizqızı bildirir ki, belə bir vəziyyətdə situasiyadan istifadə edən reket jurnalistlərin sayı-hesabı yoxdur: "Amma 37-ci illəri xatırladan hallar yolverilməzdir. Bu gün etiraf etməliyik ki, kimin hansı dərəcədə sidqi düz olmasını təyin etmək o qədər asan olmasa da, ictimai rəy deyilən bir məfhum da var ki, kimin kim olduğu çoxlarına bəllidir.

Gəncə Dövlət Filarmoniyasındakı neqativ hallar, ondan öncə plagiat elmi işləri, saxta alimlər, dövlət büddəsindən mənimsənilən vəsaitlər, bu vəsaitlər müqabilində hansısa elmi nailiyyət və inkişafın yoxluğ barədə yazdığım yazılar, o cümlədən məmur özbaşınalığına qarşı apardığım mübarizəyə görə dəstək almalı olduğum halda mən Gəncəbasarda mətbuat qəssablarının hücumuna məruz qalıram: "Bu təzyiqlər artıq pik həddinə çatsa da, regiondakı dözülməz vəziyyətə, hətta vicdanlı məmurlara qarşı yaşanan özbaşınalıqlara münasibət bildirən yoxdur. Mən hazırda qızğın fəaliyyətə keçən, dövləti unudaraq hansısa şəxsi amala xidmət göstərən bir qrup korrupsioner dövlət məmurları tərəfindən təqiblərə məruz qalıram. Hazırda öz mənafeyini dövlətdən üstün tutanlara qarşı mübarızədə mən Gəncəbasarda dövləti təmsil edənlərdən dəstək deyil, təpki alıram. Sizə müraciətim də məhz bununla bağlıdır".

Jurnalist yazır ki, Gəncəbasarda dövlətə və dövlətçiliyimizə qarşı uzanan əllərə qarşı təkbaşına mübarizə aparır: "Hörmətli Mehriban xanım! Onsuz da maddı sıxıntılar içərisində olmasına baxmayaraq, mənə mənəvi dəstək verən "Gündəm Xəbər" qəzeti vasitəsi ilə Sizə müraciət edərək, xahiş edirəm ki, mənə dəstək olun. Mənə göstərilən təzyiqlərə son verilsin, normal peşə fəaliyyətimə maneələr aradan qaldırılsın.
Bir müddət öncə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşməm üçün müraciət etdiyim zaman mən icra başçısı ilə deyil, amalı bəlli olmayan bir məmurla üzləşdim və hədələndim. Hazırda mən normal telefon bağlantıları belə yarda bilmirəm. Çünki həmin məmurlar mənə açıqçasına izləndiyimi deməkdən belə çəkinmirlər. Xahiş edirəm, məni bu qruplaşmadan qoruyasınız. Mən təkəm, yalnız Sizlərə güvənirəm. Mən sifarişli yazılar yazaraq həmin üzdəniraq məmurlara xidmət göstərməkdənsə, ölkədən gedərək qürbətdə, mühacirətdə yaşamağı tərcih edərəm. Mənə dəstək olmanızı xahiş edirəm".

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

    Təziyiqlərə məruz qalan jurnalist Prezidentə ...

    22-01-2016, 20:01

  • 
  • Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Rusiya Prezidenti Azərbaycanın Birinci ...

    7-03-2017, 19:56

  • 
  • Xalq artisti "Gündəm Xəbər"in əməkdaşını təhdid edir

    Xalq artisti "Gündəm Xəbər"in ...

    21-10-2016, 00:36

  • 
  • 25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya müraciət etdi

    25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya ...

    21-08-2014, 13:07

  • 
  • Gürcüstanın Baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Gürcüstanın Baş naziri Azərbaycanın Birinci ...

    23-02-2017, 21:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu