Qəzetimizin ötən sayında Gəncə Dövlət Filarmoniyasının fəaliyyəti ilə bağlı yazı dərc etmişdik. Həmin yazıdan sonra “Gündəm Xəbər”in Gəncə bürosunun müxbiri Mehriban Əzizqızı Xalq artisti Şahnaz Haşımova və onun yaxınları tərəfindən təhdidlərə məruz qalıb. Qeyd edək ki, əməkdaşımızın araşdırması zamanı Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyevanın Filarmoniyda dirijor kimi işə qəbul olunduğu da üzə çıxmışdı. Yazıda Filarmoniyadakı digər qanunsuzluqlardan da bəhs olunurdu. Adı çəkilən hər iki xanımın qanunsuz əməllərini ifşa edən bölgə büxbirimiz onların təhdid və təziyiqinə məruz qalmaqdadır. Artıq dünən axşam saatlarında məlumat əldə edə bildik ki, məsələ ilə bağlı Şahnaz Haşımova və Gülçin Mirzəyeva Gəncə şəhər icra başçısı Elmar Vəliyevə müraciət ediblər. O da məlum olub ki, şəhərin icra başçısının tapşırığı ilə Gəncə şəhər Baş Polis idarəsində müxbirimizin həbsinə hazırlıq görülür.
Sorğu
Yeni dizaynımız necədir?