GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dələduzluq etmiş İran vətəndaşını hansı vəzifə sahibləri müdafiə edir?

Dələduzluq etmiş İran vətəndaşını hansı vəzifə sahibləri müdafiə edir?

Tarix: 21-06-2017, 19:17 Bölmə :GündəmXəbər / Manşet Baxış: 682
Dələduzluq etmiş İran vətəndaşını hansı vəzifə sahibləri müdafiə edir?


Baxşəli Əliyev: “Çünki, sağlamlığımı uğrunda qurban verdiyim bu məmləkətimizdə, mən 2014-cü ildən bəzi vəzifə sahiblərinin günahı ucbatından haqqımın bərpasına nail ola bilmirəm”

Bir neçə gün bundan əvvəl “Gündəm Xəbər”in redaksiyasına üz tutan və 2014-cü ildən olmazın oyuna salınan Qubadlı rayon sakini Əliyev Baxşəli Əli oğlunun və digər şəxslərin üz-üzə qaldıqları problemlərlə bağlı, hələ qəzetimizin 05-11 iyun 2017-ci il tarixli sayının 11-ci səhifəsində “Qarabağ əlili İran vətəndaşının dələduzluq əməllərinin qurbanı olub” başlıqlı tənqidi açıqlama dərc etmişdik. Açıqlamanı dərc etməkdə məqsədimiz, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən və bu yolda şəhid olan şəxsin ailə üzvünün, eyni zamanda sağlamlığını itirməklə əlil olan vətəndaşlarımızın əcnəbi vətəndaş tərəfindən hansı yollarla aldadlmalarını və oyuna salınmalarını ictimailəşdirmək idi. Bundan əlavə, yaşanan olayı ictimailəşdirməkdə məqsədimiz həm də ondan ibarət idi ki, bəzi vəzifə sahiblərinin hansı maraqlar çərçivəsində nə kimi qanunsuzluqlara imza atmalarını, tam əksəriyyətin diqqətinə çatdırmaq idi. Çünki, Baxşəli Əliyev redaksiyamıza ünvanladığı müraciətində yazır ki, “mən canımı, qanımı Vətənimizin ağır günlərində sipər edənlərdən biri olmuşam və belə bir səbəb üzündən də, bu gün Qarabağ müharibəsi əliliyəm. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr-n S.S.Axundov küçəsi-1, mən-77 ünvanda yaşayıram. Hər zaman əsas amalım bu dövlətimizə xidmət etməyə, bu dövlətçiliyimizi yaşatmağa yönəlib. İndi isə mən özümü müstəqil dövlətimizin müstəqil vətəndaşı deyil, haqq-hüququ tapdaqlar altına atılan vətəndaşı hesab edirəm. Çünki, sağlamlığımı uğrunda qurban verdiyim bu dövlətimizdə, mən bəzi vəzifə sahiblərinin günahı ucbatından 2014-cü ildən haqqımın bərpasına nail ola bilmirəm.
Üz-üzə qaldığımız problemin mahiyyəti ondan ibarətdir ki, əslən İran İslam Respublikasının vətəndaşı olan və Bakı şəhərində “tibb sahəsində sahibkarlıq” fəaliyyəti ilə məşğul olan Moenifard Seyedmohammed Mirvaliyulla adlı şəxs mənim və 1-ci qrup Qarabağ əlili Mərdan Əhmədovun, şəhid ailəsi Zərifə Əliyevanın inam və etibarından sui-istifadə edərək, 2014-cü ilin noyabr ayının ayrı-ayrı günlərində üstüstə 80 (səksən min) dollar pulumuzu dələduzluq etmək yolu ilə ələ keçirsə də, bu gün də onun aldığı pulları geri qaytara bilmirik. Adı çəkilən şəxs Bakı şəhərində fəaliyyət göstərən və “Təbriz Mehr” adı ilə tanınan “MEHR” MMC-nin təsisçisi və baş direktoru olduğundan, onunla aramızda əldə olunan razılaşmaya əsasən, Moenifard Seyedmohammed Mirvaliyulla bizdən aldığı pullların müqabilində bir il müddətinə rəhbərlik etdiyi klinikada əldə olunan gəlirin 5%-ni bizə verməli idi. Bununla bağlı 22 noyabr 2014-cü il tarixdə Bakı şəhəri, Azadlıq prospekti-108 ünvanda fəaliyyət göstərən “MehrMed”MMC ilə 1 (bir) il müddətinə müqavilə bağlayıb, 40 min dollar pulu adı çəkilən MMC-nin direktoru Moenifard Seyedmohammed Mirvaliyullaya verdim. Bağlanmış müqavilə şərtinə görə, həmin borcun müqabilində MMC-yə məxsus 114110 dollar dəyərində qiymətləndirilən tibbi avadanlıq və tibbi cihazlar girovluğa bizə verildi.
Digər müqaviləni isə, 26 noyabr 2014-cü il tarixdə Bakı şəhərindəki 38 saylı notariat kontorunda təsdiq etdirərək 40 min dollar pulu Moenifard Seyedmohammed Mirvaliyullaya versəm də, son anda o, bütün vədlərinə xilaf çıxdı. Bu gün də adı çəkilən şəxs nəinki almış olduğu pulların gəlirini, hətta özünü belə qaytarmaqdan imtina edir. Belə olduğu üçün xeyli müddət bundan əvvəl müxtəlif dövlət qurumlarına şikayətlərimizi ünvanladıq. Çox keçmədi ki, onunla bağlı Bakı şəhər Prokurorluğunda AR CM-nin 178.2.3 maddəsi ilə ilə cinayət işi qaldırıldı və istintaq işinin aparılması Nəsimi RPİ-nə həvalə olundu. Adı çəkilən qurumda başlanmış 160206023 saylı cinayət işi həmin idarənin müstəntiqi, polis kapitanı Kamran Əliyevə verildi. Düzdür, istintaqı aparan müstəntiq 01 avqust 2016-cı il tarixdə Moenifardın 48 saat müddətinə həbs olunması barədə qərar çıxartdı və toplanmış iş materiallarını 03 avqust 2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsinə də göndərdi. Əsas tələb də, dələduzluq əməllərinə qol qoymuş Moenifardla bağlı dörd aylıq həbs qətiimkan tədbirinin seçilməsi qeyd olundu. Adı çəkilən şəxslə bağlı toplanmış iş materialları 03 avqust 2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsinə göndərilsə də, dələduzluq əmələrlinə qol qoymuş şəxs isə, elə həmin gün saat 20:00-da Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahovun qərarı ilə həbsdən azad olundu.
Bu şəxsin hansı yollarla azad olunması haqda belə bir məlumat da əldə edə bildik ki, Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov, məhkəmələr haqqında Qanunun tələblərini kobud surətdə pozur və çox keçmir ki, Moenifardın yaxın çevrəsi ilə əlaqəyə də girir. Yəni, o, dələduzluq əməllərinə qol qoymuş şəxsin 5 min manat “haqq-hesab”ın müqabilində azad olunması üçün, məhkəmənin hakimi Babək Pənahova müvafiq tapşırığını verir. Hakim Babək Pənahov da sədrindən almış olduğu tapşırığı əsas tutaraq Moenifardı azad edir və bununla da Qarabağ əlillərinin və şəhid ailəsi üzvünün haqq və hüquqlarını tapdaqlar altına atırlar. Səhəri gün çıxarılmış məhkəmə qərarını əldə etmək üçün Nəsimi rayon Məhkəməsinə getsək də, həmin qərarı bizə vermədilər. Yalnız müstəntiqdə olan qərarın surətini əldə etməklə, apellyasiya şikayəti verib haqqımızı müdafiə etməyə çalışdıq. 08 avqust 2016-cı il tarixdə etdiyimiz şikayətlə bağlı 09 avqust 2016-cı il tarixdə apellyasiya baxışının keçirilməsi haqda xəbəri bizə çatdırdıqda o zaman məlum oldu ki, işə adı çəkilən qurumun hakimi Rizvan Səfərov baxacaq. Çox keçmədi ki, Moenifardın təmasda olduğu şəxslər Ağamalı Qafarov vasitəsilə Rizvan Səfərova 2 min manat “haqq-hesab” çatdırdıqlarından, onlar Nəsimi rayon Məhkəməsinin çıxarmış olduğu qərarın qüvvədə saxlanmasına da nail oldular. Bu fikirləri Moenifardın özü mənə nümayişkaranə şəkildə bildirdi və onu da vurğuladı ki, “sizin məmləkətdə pulunu ver işini gör prinsipi mütləqi-hakimdir. Odur ki, mən də pulumu verib işimi görmüşəm” deməkdən də çəkinmədi.
Üz-üzə qaldığımız problemlər içərisində daha çox diqqəti cəlb edən hal isə, Nəsimi rayon icra şöbəsi əməkdaşlarının fəaliyyətsiz hərəkətləridir. Belə ki, mənim Səbail rayon Məhkəməsinə “Mehr” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aramızda bağladığımız 22 noyabr 2014-cü il tarixli “borc və girov haqqında” müqavilə sənədinin ləğv edilməsi ilə bağlı verdiyim iddia tələbim əsasında, 38440 (otuz səkkiz min dörd yüz qırx) dollar pulun cavabdeh tərəfdən birdəfəlik alınıb mənə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarıldı və qətnamənin icra olunması Nəsimi rayon icra şöbəsinə də göndərildi. Göndərilmiş iş materialları icra şöbəsində icra məmuru Ramin Muradovun icraatına daxil olsa da, icra məmuru qanunla müəyyən olunmuş müddət ərzində lazımi addımlarını atmadı. Belə olan halda ondan Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşmasını və qarşı tərəfdən pulumuzun birdəfəlik alınması üçün lazımi addımlar atmasını da xahiş etdim.
Belə ki, bu problemlə bağlı Nəsimi rayon icra şöbəsinin rəisi Nazim Nərimanovun yanında olduq, o halda o, yeddi nəfər 1-ci qrup Qarabağ əlilinin və bir nəfər şəhid ailəsi üzvünün vicdanına and içərək, qısa müddət ərzində çıxarılmış məhkəmə qətnaməsinin icra olunması haqda söz versə də, son anda o da, vədinə xilaf çıxdı. Çox keçmədi ki, Nazim Nərimanovun belə bir addım atmasının mahiyyətini də müəyyən edə bildik. Sən demə icra şöbəsinin rəisi dələduzluq əməllərinə qol qoymuş Moenifard Seyedmohammed Mirvaliyullaya ilə əlaqəyə girərək, qətnamənin icra olunmasına heç cür imkan vermir. Nəsimi rayon icra şöbəsində adının çəkilməsini istəməyən şəxs bizə bildirdi ki, “rəisin icazəsi olmadan icra məmurlarından bir kimsə hansısa addımını ata bilməz”. Təkrar Nazim Nərimanovun qəbulunda olub ondan çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşılmasını və icra olunmasını xahiş etsək də, hətta ona yalvarsaq da, o, bizim danışdıqlarımıza heç cür əhəmiyyət vermədi və İran vətəndaşının yanında qanunlarımızda boşluqlar olduğunu bildirdi. Hətta o, bu problemlə bağlı daxili işlər naziri cənab Ramil Usubova müraciət edib qəbuluna getməyimizi də məsləhət gördü. O, onu da vurğuladı ki, “hələ bir müddət bundan əvvəl bir ananın uşaq problemi var idi, o, cənab Nazirin qəbulunda oldu və problemi də çox keçmədi ki, həlli tapdı”. Elə ki, ondan ƏN-nə şikayət edəcəyimizi söylədik, dərhal o, “məni bu vəzifəyə cənab Fikrət Məmmədov təyin edib, siz mən heçnə edə bilməyəcəksiniz, ərizələrinizə Fikrət müəllim baxacaq, sonra da onu zibil yeşiyinə atacaq” deməklə, bizim bir daha icra şöbəsinin inzibati binasına daxil olmağımızı qadağan etdi. Onu da bildirim ki, üz-üzə qaldığımız belə bir problemlə bağlı təqribən bir həftə bundan öncə Ədliyyə Nazirinin müavini cənab Vilayət Zahirovun qəbulunda olsam da, hələ də hər hansı nəticə yoxdur.
Artıq qərara gəlmişik ki, yaxın vaxtlarda Bakı Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirək və ölkə ictimaiyyətini, yüksək çinli vəzifə sahiblərini üz-üzə qaldığımız problemlərin mahiyyəti ilə də məlumatlandıraq. Təəccüb doğuran hal odur ki, mətbuat mərkəzində cavabdehlik daşıyan şəxslər mənə “məqsədini gerçəkləşdirmək üçün mütləq PA-nın rəsmisi cənab Əli Həsənovdan icazə almalısan” dedilər. Onu da vurğulayım ki, üz-üzə qaldığımız problemin həlli ilə bağlı bu günə kimi bir neçə dəfə Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, PA-nın rəsmisi cənab Əli Həsənova və digər səlahiyyət sahibi olan şəxslərə müraciətlərimi ünvanlasam da, hələ də qarşı tərəfin heç birindən əsaslı cavab əldə edə bilməmişəm. Odur ki, belə bir açıqlamanı mətbuatda dərc etdirib Əli Həsənovdan xahiş edirəm ki, Qarabağ müharibəsi əlili və şəhid ailəsinin üzvü olaraq, bizə Bakı Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirməyimizə şərait yaradasınız. Çünki, bizim 2014-cü ildən Konstitusiya ilə qorunan hüquqlarımız pozulub, bu günə kimi də hüquqlarımızın bərpasına nail ola bilmirik. Düşünürük ki, keçirəcəyimiz mətbuat konfransından sonra ölkə ictimaiyyətinin daha böyük hissəsi üz-üzə qaldığımız problemlə bağlı daha məlumatlı olacaq və səlahiyyət sahibi olan şəxslər də əməli addımlarını atacaqlar.
İndi isə onu vurğulamaq istəyirəm ki, hələ bir müddət bundan əvvəl AR DİN-nin, Baş Prokurorluğun, Müdafiə Nazirliyinin və DTX əməkdaşlarının keçirdikləri birgə əməliyyatlar nəticəsində, ordumuz haqqında məlumatları düşmən tərəfə ötürən şəbəkə aşkarlandı və zamanında da zərərsizləşdirildi. İstərdim ki, analoji addım Ədliyyə Nazirliyinin Nəsimi rayon icra şöbəsində, hansı ki, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qətnaməsinin icraasına maneə olan Nazim Nərimanovun fəaliyyəti ilə də bağlı keçirilsin. Çünki, həmin şöbədə ölkə vətəndaşlarının Konstitusiya ilə qorunan hüquqları bərpa olunmaq əvəzinə, əcnəbi vətəndaşdan pul almaqla hansısa maraqlara qurban verilir. Əgər aidiyyəti qurumlara etdiyim müraciətlərimin heç bir nəticəsi olmasa, o halda məcburam ki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, beynəlxalq təşkilatların ölkəmindəki nümayəndəliklərinə və s. müraciətlər edim. Bu da istənilən halda ölkəmizin nüfuzuna xələl gətirən anlar ola bilər”.
Hörmətli oxucular! Biz bu mövzuya yenidən qayıtmalı olduq. Çünki, o hal heç cür qəbul ediləsi deyil ki, canını, qanını müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda qurban verən və bu yolda əlil olan, şəhidlik zirvəsinə ucalan bir kimsənin haqqı-hüququ hansısa maraqlara qurban verilsin. Onu da vurğulayaq ki, açıqlamada səslənən ittihamlar, səslənən fikirlər Qarabağ müharibəsi əlili Əliyev Baxşəli Əli oğluna və şəhid ailəsi üzvünə məxsusdur. Bu yöndə araşdırmamızı yenə davam etdirib, növbəti saylarımızda daha geniş açıqlamanı dərc etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ əlili İran vətəndaşının dələduzluq əməllərinin qurbanı olub

    Qarabağ əlili İran vətəndaşının dələduzluq ...

    5-06-2017, 19:58

  • 
  • Bakıda İran vətəndaşının 150 min dolları əlindən alınıbf

    Bakıda İran vətəndaşının 150 min dolları əlindən ...

    21-01-2017, 23:43

  • 
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • Azərbaycanın bu oğulları Qarabağ uğrunda döyüşlərdə şəhid oldular

    Azərbaycanın bu oğulları Qarabağ uğrunda ...

    3-04-2016, 00:21

  • 
  • Şəhid xanımı parklarda gecələyir

    Şəhid xanımı parklarda gecələyir ...

    27-04-2017, 12:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu