Bu günlərdə Bakıda keçirilən Formula -1 yarışması maraqlı məqamları ilə yadda qaldı. Birinci dəfə Bakıda yarış keçiriləndə bir çox mütəxəssislər iddia etdilər ki, Bakı belə yarışlar üçün münasib yer deyil. Hətta yarış zamanı sürücülərin bir-birini qabaqlamaları üçün yollar çox dardır. Amma son yarışda iddialar tam əksinə oldu və gözlənilməz ötmələr təsdiqlədi ki, Bakı yolları yarışlar üçün unikaldır. Bununla yanaşı aydın oldu ki, bu dəfə yarışlara baxmaq üçün Bakıya gələn əcnəbilərin sayı kifayət qədər artıb. Amma yarışda diqqəti cəlb edən maraqlı olaylardan biri də Gənclər və idman naziri Azad Rəhimovla bağlı oldu. Belə ki, qaliblər mükafatlanan an ənənəyə uyğun olaraq şampan şərabını bir-birinin üzərinə tökməyə başladılar. Amma gözlənilmədən birinci yerin qalibi hədəf olaraq öncə Azad Rəhimovu seçdi. Bahalı geyimlərə üstünlük verən Azad Rəhimovun bu səbəbdən beş min manatlıq geyimi yararsız hala düşüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?