Yevlaxda maraqlı olay baş verib. Ölümlə hədələnən, fiziki təzyiqə məruz qaldığına görə polisə müraciət edənin özünə cinayət işi açılıb. “Gündəm Xəbər”ə müraciət edən Ağdam rayonu Suma kənd sakini olan və hazırda Yevlax rayonu M.Qasımov küçəsi ev 56 da məskunlaşmış Abbasov Səbuhi Əkbər oğluna inansaq o cinayət işindən canını qurtarmaq üçün ən azı 5000 manat pul tapmalıdır. Gəlin şikayətçinin başına gələnləri elə yazdığı şikayət məktubundan oxuyaq. Şikayətçi bildirir ki, Yevlax Rayon Polis Şöbəsinin müstəntiqi Səxavət Mirzəyev ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açıb. Halbu ki, ziyan çəkən tərəfin özü olduğunu deyir:” 80 kilometr aralı məsafədə yaşayan bir qrup şəxs 21 fevral 2017-ci il tarixdə məni öldürmək məqsədi ilə əvvəlcədən əlbir olub bizim yaşadığımız evə hücum çəkiblər.Həmin şəxslər əli silahlı olublar, mənə və qardaşım Ceyhuna xəsarətlər yetiriblər. Belə ki, 21 fevral 2017-ci il tarixdə təxminən saat 18-00 radələrində qardaşım evimizdən maşınla çıxıb azyaşlı uşağını müəllim yanına dərnəyə aparan zaman Ağdam rayonunun Quzanlı kəndində yaşayan Fəxrəddin Əliyev, Səbuhi Vəliyev, Nizami, Firdovsi və Abbas adlı bir qrup şəxs qardaşıma hücum edib onu vurmaq istəyiblər. Amma o avtomobilin qapısın açmamış, həmin vaxt maşında olan azyaşlı uşaq qorxub həyacan stress keçirmişdir. Evimizin qarşısında baş vermiş səs-küyə görə çölə çıxanda həmin şəxslər mənə hücum etdilər. Məni beşbarmaqla və bıçaqla zərbə vurdular. Qonşuların və oradan keçən şəxslərin müdaxiləsi köməyi və polis çağırilması nəticəsində həmin şəxslər oradan qaçıb uzaqlaşdılar. Şikayətimiz əsasında Yevlax Rayon Polis Şöbəsində aparılan araşdırmada müstəntiq Səxavət Mirzəyev cinayət törətmiş şəxslərdən pul alıb saxtakarlıqlar etdi. Hansı ki, şahidlərin ifadələri, hadisə yerindən götürülmüş silah və sairə subutlar təsdiq edir ki, həmin qrup şəklində evimizə basqın etmiş şəxslərin əməlləri ağır cinayətin tərkibini yaradır.Yevlax RPŞ-nin müstəntiqi Səxavət Mirzəyev saxtakarlıq edərək həmin 5 nəfərdən ikisini cinayət məsuliyyətindən yayındırmışdır. Bizdən isə 5000 manat pul istəyir ki, guya Yevlax rayon prokuru Fəxrəddin Pənahova verəcək ki, bizə qarşı açılmış cinayət işinə xitam verilsin”. Şikayətçi “Gündəm Xəbər”ə bunu da bildirir ki, Səxavət Mirzəyevin müdafiə etdiyi şəxslər öncə də məhbusluq həyatı yaşayıblar. Redaksiya olaraq məqalədə adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?