GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Şirkətdə işlədəyim müddətdə iki intihar halının şahidi olmuşam”

“Şirkətdə işlədəyim müddətdə iki intihar halının şahidi olmuşam”

Tarix: 7-08-2017, 15:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 309
“Şirkətdə işlədəyim müddətdə iki intihar halının şahidi olmuşam”


“Koroğlu” MMC-nin sabiq işçisi işlədiyi şirkət barədə şok faktlar açıqladı


Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. İttihama görə, Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir.

Rauf Əliyev bildirib ki, 4 il əvvəl 2013­cü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğum yüksək vəzifədən imtina edərək ayrılıb: “Mənim bu addımımı özünə qarşı hörmətsizlik kimi qəbul edən Tahir Əliyev bu addımı atmazdan əvvəl yaxşı fikirləşməyimi, əks təqdirdə həyatımı məhv edəcəyini bildirdi. Mən bu təhdidə baxmayaraq işdən ayrıldım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, “Koroğlu” MMC-nin direktoru Tahir Əliyev isə həmin gündən ona qarşı prinsipial addımlar atmağa başlayıb: “Başqa şirkətlərdə işə qəbulumda öz əlaqələri vasitəsi ilə maneələr yaratdı. Mənə dəfələrlə təhdid və hədə-qorxularla geri “Koroğlu” MM­C-yə dönməyimə məcbur etmək istədi. Tahir Əliyevin məndən “Koroğlu” MMC-yə geri dönməyimi təkidlə tələb etməsinin əsas səbəbi orada işlədiyim 4 il müddətində yüksək vəzifələri icra etdiyimdən, şirkət rəhbərliyinin işçilərə qarşı apardığı gizli oyunlardan və qanunsuzluqlardan ətraflı məlumatımın olmasını özünə qarşı böyük təhlükə kimi görməsi idi. Amma mən yenə də fikrimdən dönmədim. Bu zaman isə 2015-ci ildə mənə qondarma ittihamla cinayət işi açdıracağını bildirdi və Sabunçu rayon Prokurorluğuna uydurma şikayətini göndərdi. Şikayətin əsassız və rəsmi heç bir fakta əsaslanmadığına görə icraata alınmadı”.

“Şirkətdə işlədəyim müddətdə iki intihar halının şahidi olmuşam”


Rauf Əliyev qeyd edib ki, 2016-cı ildə Tahir Əliyev öz əlaqələrini və gücünü işə salaraq şikayəti Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına alınmasına nail olub: “İdarədə aparılan ibtidai istintaq zamanı mənim təqsirimi sübuta yetirəcək heç bir rəsmi sübüt olmadığına görə, işə baxan müstəntiq Rafail Şahvələdov məni təhdid etməyə başladı və bu işin yuxarıdan tapşırılmasını əsas gətirərək mənim qarşıma 1 çıxış yolu qoydu. Depozit olaraq idarənin bank hesabına 20 000 manat ödəməyimi. Bununla da məhkəməyə çöldən gedəcəyimə və məhkəməni udduğum zaman məbləğin geri qaytarılacağını bildirdi. İstintaqın sifarişli və qərəzli aparıldığını görərək, evimi satdım və depozit olaraq 20 000 manat ödəmək qərarına gəldim. Bunu etməyimə səbəb, azadlıqda olub, haqq səsimi lazımı şəxslərə çatdıra bilməyim idi. Müstəntiq isə bu ödənişi məndən depozit adı ilə aldı və şirkətin hesabına ödədi. Bununla da mənə təqsirləndirilən şəxs statusu verərək ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi”.

Rauf Əliyev qeyd edib ki, 11 aprel 2017-ci il tarixindən barəsində qaldırılan Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun icraatındadır: “Bu müddət ərzində barəmdə qaldırılan cinayət işinin materialları ilə yaxından tanış olaraq orada əks olunan qanunsuz faktları aşkarlayaraq, ərizə ilə hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə prezidentin köməkçisi Fuad Ələsgərova, baş prokuror Zakir Qaralova müraciətlər etmişəm. Qara mühasibatlıqdan istifadə edərək real dövriyyəsindən dəfələrlə aşağı rəsmi dövriyyə göstərərək dövlətə tam vergisini ödəməyən, istifadə müddəti bitmiş malların tarixini yeniləyərək satışa çıxardan, zay məhsullara görə yazılan cərimələrlə yüzlərlə gəncin həyatını məhv edən, intihara sövq edən şirkət hal-hazırda özünü zərərçəkmiş kimi təqdim edir. Ölkə rəhbərliyinin sahibkarlara göstərdiyi diqqət və qayğıdan yararlanaraq yalnız öz mənafeyini düşünən, gözəgörünməz “ağsaqqal” adlandırdıqları havadarlarının adı ilə apardıqları qanunsuzluqlara qanuni don geydirə bilmələrini nümayiş etdirərək, yüzlərlə gəncin həyatını məhv edən “Koroğlu” MMC-nin apardığı idarəetmə sisteminə qarşı apardığım açıq mübarizəmi sonuna kimi davam etdirməyimi özümə mənəvi bir borc bilirəm. 4 il ərzində mənim yaşadıqlarımın gələcəkdə Koroğlu MMC-nin gənc işçilərinin başına gəlməməsi üçün bunu etməliyəm . Artıq bu qanunsuzluqlardan lazımi dövlət qurumları xəbərdar olmalıdır. Bütün bunları yaşayaraq, məhkəmədə təqsirləndirilən şəxs kimi iştirak etməyimə baxmayaraq qanun və ədalətin aliliyinə güvənərək bu uydurma ittihamın ifşa olunacağına inanıram”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, şirkətin idarəetmə sistemindən istifadə müddətinə 15 gün qalmış məhsullar DOM planı (Diqqətdə olan mallar) adı altında ticarət nümayəndələri vasitəsi ilə marketlərə satdırılır: “15 gün sonra avtomatik olaraq həmin mallar zay məhsul kimi marketlərdən geri qaytarılır. Bu zaman qaytarılan malların məbləğinin 90%-i nisbətində ticarət nümayəndəsinin hesabına cərimələr yazılır. Bununla da ticarət nümayəndələri faktiki şirkətə borclanmış olurlar. Şirkət rəhbərliyi isə bundan istifadə edərək Ticarət nümayəndələrinə istədiyi satış şərtini diqtə etməyə başlayır. Faktiki olaraq şirkət əməkdaşlarının 80%-nin şirkətə borcu mövcuddur. Bununla da yüzlərlə gəncin həyatı məhv olur. Buna dözüm gətirə bilməyənlər isə hətta intihara belə əl atırlar. İşlədiyim müddət ərzində 2 intihar halının şahidi olmuşam”.

Aslan
Gündəm Xəbər

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Fərəh M” MMC-nin işçisi rəhbərliyə 25.500 manat “atıb”

    “Fərəh M” MMC-nin işçisi rəhbərliyə 25.500 manat ...

    25-11-2013, 15:40

  • 
  • Vidadi Zeynalova 14 il həbs tələbi

    Vidadi Zeynalova 14 il həbs tələbi ...

    22-05-2017, 16:49

  • 
  • Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 il, qalanlara şərti cəza

    Eldar Mahmudovun qohumuna və Aparat rəhbərinə 13 ...

    27-07-2017, 12:52

  • 
  • Vəzifəli şəxslərin məhkəməsi başladı

    Vəzifəli şəxslərin məhkəməsi başladı ...

    11-09-2016, 14:25

  • 
  • Hakim şahidə "əəə hallanmısan?" dedi, şahid özünü döğradı; Rauf Əliyev zaldan qaçdı - Məhkəmədə dəhşət

    Hakim şahidə "əəə hallanmısan?" dedi, ...

    1-08-2014, 18:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu