GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağdam təhsilində saxta diplomlu vəzifə sahibi kimdir?

Ağdam təhsilində saxta diplomlu vəzifə sahibi kimdir?

Tarix: 16-08-2017, 14:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 632
Ağdam təhsilində saxta diplomlu vəzifə sahibi kimdir?


Atılan addımlar birbaşa dövlətimizə qarşı düşünülmüş təxribat və ağır cinayət işi kimi qiymətləndirilməlidir

Bu gün ölkə gündəmini daha çox zəbt edən mövzulardan biri də, saxta diplom sahiblərinin ayrı-ayrı təhsil müəssisələrində çalışmaları və atdıqları addımların müqabilində mənimsədikləri büdcə pullarının varlığıdır. Hətta, xeyli müddət bundan əvvəl rəsmi dövlət qurumları tərəfindən bu haqda açıqlamalar da yayılmışdı. Yəni, həmin açıqlamalarda qeyd olunurdu ki, müəyyən sayda insanlar saxta diplomlara sahibdirlər. Onlar müəyyən yollarla əldə etdikləri saxta sənədlər hesabına ayrı-ayrı təhsil müəssisələrində və digər sahələrdə çalışırlar. TQDK-nın (indiki DİM) 2014-cü ildə yaydığı məlumatda qeyd olunurdu ki, 1992-ci ildən 2014-cü ilə qədər diplom almış 24 mindən çox şəxs, adı çəkilən qurumun təşkil etdiyi imtahanlarda yetərincə bal toplamayıblar və onlar haqda elektron bazada lazımi məlumat da yoxdur.
Yayılan belə bir açıqlamanı əslində adi bir xəbər kimi deyil, olduqca ciddi şəkildə qəbul etmək gərəkdir. Çünki, atılan addımlar birbaşa cinayət işidir, bənzəri olmayan qanun pozuntularıdır. Təkcə ona görə yox ki, həmin şəxslər saxta diplomlardan istifadə etməklə fəaliyyət göstərirlər, həm də ona görə ki, onlar belə bir addımlarını atmaqla, qanuni diplomu olan və işləmək hüququna sahib olanların haqlarını tapdalayırlar. Yaxşı olar ki, saxta diploma sahib olan müəllimləri işlərindən azad etməklə bərabər, həm də vaxtilə onları işə qəbul etmiş və saxta işlərə göz yummuş vəzifə sahibləri də işlərindən azad olunsunlar və tutduqları əməllərə görə, qanun qarşısında cavab versinlər.
Ümumiyyətlə, hansı təhsil müəssisəsində saxta diplomla müəllim fəaliyyət göstərirsə, həmin məktəbin direktoru ilə bərabər, təhsil şöbəsinin müdiri də daşıdığı vəzifəsindən uzaqlaşdırılmalı və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Əslində atılan addımlar birbaşa dövlətimizə qarşı düşünülmüş təxribat və ağır cinayət işi kimi də qiymətləndirilməlidir. Məsələn, bir müddət bundan öncə “Gündəm Xəbər”in redaksiyasına olduqca diqqəti cəlb edən belə bir məlumat daxil oldu ki, saxta diploma sahib olan “ziyalı”larımızdan biri də, Ağdam rayonunda fəaliyyət göstərən Hacı Tural kənd orta məktəbinin direktorudur. Düzdür, bu yöndə məlumat daxil olan kimi olduqca təəccübləndik və ilk andan informasiyanı dəqiqləşdirməyə çalışdıq. Həmin vaxt başqa bir media qurumu da bu haqda açıqlama ilə çıxış etdi və dərc olunan açıqlamda, adı çəkilən təhsil ocağına rəhbərlik edən Aslanov Pərviz Cəfər oğluna məxsus diplomun saxta olmasını da ictimailəşdirdi.

“Gündəm Xəbər”ə daxil olan məlumatda qeyd olunur ki, Aslanov Pərviz Cəfər oğlu 1999-cu ildə orta təhsilini başa vursa da, respublikamızın heç bir ali təhsil müəssisələrində təhsil almaq ona müyəssər olmur. Bu haqda DİM-də şöbə müdirinin müavini vəzifəsini daşıyan Sahib Mərdanovun ünvanlanmış məktuba verdiyi cavabında qeyd olunur ki, “26 iyun 1982-ci il təvəllüdlü Aslanov Pərviz Cəfər oğlu, 1999-cu və 2000-ci illərdə TQDK-sı tərəfindən ali və orta ixtisas məktəblərinə keçirilmiş test imtahanlarında iştirak etmiş və o, heç bir ali təhsil müəssisəsinə qəbul olmamışdır. Barəsində TQDK-sı tərəfindən hər hansı təhsil müəssisəsinə qəbulla bağlı əmr də verilməmişdir”. Amma, bütün bunlara baxmayaraq adı çəkilən şəxs 2000-ci ildə kimlərinsə köməyi ilə Mingəçevirdə fəailiyyət göstərən və ölkənin ən qalmaqallı təhsil müəssisələrindən biri hesab olunan “San Marino” universitetinin birbaşa 2-ci kursuna daxil ola bilir. Faciəli hal o olur ki, adı çəkilən təhsil ocağı çox keçmir ki, fəaliyyətini dayandırır. Belə olan halda o, 2004-cü ildə başqa bir təhsil ocağından, adı daha çox qalmaqallarda və çoxsaylı qanunsuzluqlarda hallanan və bir neçə il bundan əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialından diplom əldə edə bilir.
Maraqlı hal o olur ki, hansısa yollarla diploma sahib olan bu şəxs çox keçmir ki, rayonun Əfətli kəndindəki məktəblərdən birinə direktor müavini təyin olunur və adı qalmaqallarda hallandığına görə, 2011-ci ildə onu rəhbərlik daxili əmrlə Ağdamın Mingəçevirdə fəaliyyət göstərən təhsil ocaqlarından birinə müəllim təyin edir. Verilən məlumatlara görə, adı məktəbin ştat cədvəlində gedən və özü məktəb sifəti tanımayan, büdcədən adına əmək haqqı yazılan Pərviz Aslanov, həmin illər ərzində müəllimlik fəaliyyəti ilə deyil, həvəsində olduğu əczaçılıq fəaliyyəti ilə məşğul olur və hansısa aptekdə dərman da satır. Elə ki, 2016-cı il olur, onun iştahası daha da artır və vəzifə daşımaq istəyi ilə yaşayan bu şəxs, çox keçmir ki, kimlərinsə dəstəyindən yararlanaraq Hacı Tural kənd məktəbinə direktor təyinatı da ala bilir.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, digər saxta diploma sahibləri kimi Pərviz Aslanov da, bu gün qanunsuz yollarla daşıdığı vəzifəsini icra edir və təhsilimizin məhvə sürüklənməsində başlıca rol da oynayır. Yəqin ki, adı çəkilən şəxsin diplom problemi aidiyyəti qurumların diqqətini cəlb edəcək və Təhsil Nazirliyinin rəsmi şəxsləri, yaşanan olayla bağlı konkret mövqeyini də ortaya qoyacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.

Rahib Bəxtiyarov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı

    Təhsil Nazirliyi 23 saxta diplom aşkarladı ...

    5-07-2013, 16:01

  • 
  • Aqiyə Naxçıvanlının işçisi saxta diplom satarkən yaxalandı

    Aqiyə Naxçıvanlının işçisi saxta diplom satarkən ...

    8-02-2013, 11:09

  • 
  • Saxta diplom satanlar tutulub

    Saxta diplom satanlar tutulub ...

    22-02-2014, 14:52

  • 
  • Saxta diplomlarla bağlı araşdırmanı TQDK dəstəkləyir (VİDEO)

    Saxta diplomlarla bağlı araşdırmanı TQDK ...

    1-02-2014, 01:13

  • 
  • Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı

    Səhiyyə sahəsində 28 saxta diplom aşkarlandı ...

    4-07-2017, 17:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu