Təhsil Nazirliyi xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların diplomlarının tanınması ilə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, 799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib.
Nazirlik daha sonra saxta diplomların daha çox hansı ölkələrin ali təhsil müəssisələrinin adından verilməsinə aydınlıq gətirib:
“Nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Saxta diplomların, əsasən MDB ölkələrindən əldə edilməsi aşkarlanıb”-deyə açıqlama verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?