GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət

Tarix: 28-08-2017, 15:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 471
Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət


Bu il iyulun əvvəllərində Füzuli rayonunun Alxanlı kəndinin erməni işğalçı birləşmələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olan 2 yaşlı körpənin-Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət olunub.

gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu şikayətdə Zəhranın ölümündən sonra onun ailəsinə dövlət tərəfindən vəd olunan evin və digər imtiyazların verilməməsindən bəhs olunur.

İddia edilir ki, Füzuli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin rəhbəri Qənimət Əliyev Zəhranın atası Elnur Quliyevin savadsızlığından istifadə edərək həmin imtiyazlardan könüllü imtina etdiyi barədə ərizəyə qol çəkdirib.

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət


Elnur Quliyev şikayət məsələsini təsdiqləyib, amma bildirib ki, mətbuatı bu işə qatmaq istəmir. “Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”-Alxanlı sakini bildirib.

Virtualaz.org məsələni araşdırmaq üçün Füzuli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon icra hakimiyyəti başçısının müavini Süleyman Əliyev bildirib ki, saytlarda yazılanlardan xəbərdardır. “Belə şey ola bilməz, bu tam əsassız iddiadır, mən Qənimət Əliyevə tapşırıram, o özü məsələyə aydınlıq gətirəcək”-müavin bunları deyərək dəstəyi İcra Hakimiyyətinin adı hallanan şöbə müdirinə təqdim edib.

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət


Qənimət Əliyev isə bildirib ki, erməni terroruna qurban gedən və bütün dünya ictimaiyyətinin diqqətində olan 2 yaşlı Alxanlı kənd sakininin ailəsinin nədənsə narazı olduğu haqda deyilənlər həqiqətə uyğun deyil.

“Biz o ailə ilə müntəzəm əlaqə saxlayırıq, hadisə baş verən gündən etibarən ailə daim diqqət mərkəzində olub. İstər icra Hakimiyyətinin başçısı, istər mən özüm, digər hakimiyyət orqanlarının nümayəndələrı müntəzəm olaraq ailəyə baş çəkib. Ailəyə hər cür qayğı göstərilib, yardımlar olunub, hansı ki, biz bunlar haqda danışmaq istəmirik. Hazırda Quliyevlər ailəsi Alxanlı kəndində normal şəraitə malik olan 3 otaqlı evdə yaşayır, habelə ailənin kənddə pay torpaqları var. Biz dəfələrlə Quliyevlər ailəsi ilə söhbət etmişik, onların Alxanlı kəndini tərk edib başqa yerdə məskunlaşmaq niyyəti olmayıb. Bu məsələni ailənin adından kim ortaya atıb?”-Q.Əliyev bildirir.

İcra Hakimiyyətinin şöbə müdiri Quliyevlər ailəsinin adından Prezident Administrasiyasına şikayət edildiyini təsdiqləyib, lakin bildirib ki, həmin şikayəti ailə üzvləri yazmayıb

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət


“Məsələ belədir ki, avqustun 13-də “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin rəhbəri Mətanət Əsgərqızı bu ailəyə baş çəkib. Bilirsiniz ki, hadisə baş verəndən sonra Quliyevlər ailəsinə ictimaiyyətin, beynəlxalq təşkilatların çoxsaylı nümayəndələri baş çəkiblər, erməni vəhşiliyini pisləyərək ailəyə mənəvi dəstək veriblər. Həmin ictimai birliyin rəhbəri də bu məqsədlə ailəyə baş çəkib. Orada onlar nə danışıblar, nədə anlaşıblar, bilmirəm. Amma bu xanım Bakıya qayıdandan sonra Quliyevlər ailəsinin adından şikayət yazıb, ora Elnur Quliyevin telefon nömrəsini də əlavə edib. Yəni bu şikayətə ailə üzvləri imza atmayıb, onu yazan Mətanət Əsgərqızıdır. Mən bir daha bildirirəm ki, biz dəfələrlə Quliyevlər ailəsi ilə görüşmüşük, söhbətləşmişik, onların Alxanlı kəndini tərk edib hansısa başqa yerdə məskunlaşmaq niyyəti yoxdur, olmayıb. Heç biz özümüz də bunu istəmirik. Nəyə görə bu insanlar öz doğma yurdlarından köçüb başqa yerdə məskunlaşmalıdır? Bu, erməni vəhşiliyinə qurban gedən 2 yaşlı körpənin ruhunu incitməzmi? Axı ermənilərin dinc əhaliyə qarşı bu vəhşilikləri etməkdə məqsədləri onları qorxudub öz yurdlarından qaçqın salmaqdır”-Qənimət Əliyev bildirib.

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət


İcra Hakimiyyəti rəsmisi deyir ki, Quliyevlər ailəsinin Bakıda, yaxud hansısa başqa yerdə mənzillə təmin edilməsi barədə heç bir qərar olmayıb. Nəticədə Elnur Quliyevə guya həmin mənzildən imtina barədə ərizə yazdırılmasından da söhbət gedə bilməzdi.

“Ola bilər kimsə onları yönləndirib, yaxud inandırıb ki, şikayət etsə ailəyə Bakıda, yaxud haradasa başqa yerdə əlavə ev verərlər. Hər halda belə niyyət varsa bu, həmin ailəyə yaraşan xüsusiyyət deyil. Əgər o deyirsə ki, Prezident Administrasiyasının qarşısına gedəcək, məsələni həll edəcək, nə deyə bilərik? İşi avand olsun”-Q.Əliyev deyib.

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın ailəsinin adından Prezident Administrasiyasına şikayət


Xatırladaq ki, hadisədən sonra Füzuli rayon icra hakimiyyəti başçısı Alı Alıyev prezident İlham Əliyevin 2 yaşlı Zəhranın və nənəsinin həlak olması ilə bağlı bu ailəyə bütün lazım olan yardımların edilməsi haqda göstərişini aldıqlarını açıqlamışdı. Lakin ailənin əlavə mənzillə təmin olunması barədə hansısa qərara rast gəlinmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İntiqamlarını alacağam" - Ölən 2 yaşlı Zəhranın atası

    "İntiqamlarını alacağam" - Ölən 2 yaşlı ...

    5-07-2017, 10:43

  • 
  • Zəhranın 3 mərasimi - Foto

    Zəhranın 3 mərasimi - Foto ...

    7-07-2017, 19:21

  • 
  • İranda 2 yaşlı Zəhranın öldürülməsi ilə əlaqədar kampaniya başladılıb

    İranda 2 yaşlı Zəhranın öldürülməsi ilə əlaqədar ...

    9-07-2017, 19:30

  • 
  • Mahsun Kırmızıgül Zəhranın ölümünə görə ermənilərə əsəbləşdi: “Min dəfə lənət olsun”

    Mahsun Kırmızıgül Zəhranın ölümünə görə ...

    7-07-2017, 16:59

  • 
  • 2 yaşlı Zəhranın ölümü Türkiyə mətbuatının gündəmində - FOTOLAR

    2 yaşlı Zəhranın ölümü Türkiyə mətbuatının ...

    5-07-2017, 15:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu