Tanınmış türkiyəli müğənni Mahsun Kırmızıgül Füzuli rayonunun Alxanlı kənd sakini, 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsinə münasibət bildirib. Gündəm Xəbər AzNews.az-a istinadən xəbər verir ki, müğənni 2 yaşlı uşağa əl qaldıran erməni əsgərlərini lənətləyib. “Zəhra nənəsi ilə birlikdə Azərbaycanda qətlə yetilildi. Bu bölgədə uşaqlar hələ də ölməkdə davam edir. Adları, dinləri, ölkərləri fərqli olsa da ölən uşağın kim olduğunun heç bir əhəmiyyəti yoxdur. Mülkü vətəndaşlara qarşı törədilən belə alçaq hücumlar kimdən gəlirsə gəlsin, min dəfə lənət olsun”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?