GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şöbə rəisinə şok rüşvət ittihamı

Şöbə rəisinə şok rüşvət ittihamı

Tarix: 28-08-2017, 22:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 640
Şöbə rəisinə şok rüşvət ittihamı


Dəmir Qəhrəmanov: Ağcəbədi rayon Polis Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov məndən 15 min manat rüşvət istəyir

Ağcəbədi rayonu Rəncbərlər kənd sakini Qəhrəmanov Dəmir Dərgah oğlu tərəfindən “Gündəm Xəbər”ə daxil olan müraciəti Ağcəbədi rayon Polis Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubova qarşı yönələn rüşvət ittihamıdır. Belə ki, şikayət müəllifi redaksiyamızdan xahiş edir ki, qəzetimiz vasitəsi ilə həm ictimailəşdirək həm də Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Ramil Usubovun diqqətinə çatdıraq. Dəmir Qəhrəmanovun müraciətini olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq

Şöbə rəisinə şok rüşvət ittihamı


Yazıb sizə bildirirəm ki, Ağcəbədi rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov məndən 15 min manat rüşvət istəyir. Mən halal zəhmət adamıyam, öz əlimin qabarı ilə çörək qazanıram, amma Elnur Yusubov vəzifə səlahiyyətlərindən istifadə edib rayonda onlarla mənim kimi vətəndaşı çapıb talayır. Mən kəndimin yanındakı çöl sahəsində mal-heyvan saxlamaqla məşğulam. Ağcəbədi rayon Polisi Təhqiqat Şöbəsinin rəisi Elnur Yusubov mənim mal-heyvanlarıma göz dikib fitnə-fəsad yolu ilə əlimdən almaq istəyir. Elnur Yusubovun mənsub olduğu mütəşəkkil dəstə adamları öyrədərək sahibkarların, ferması olanların, mal-heyvan saxlayanların üstünə salır, onları şərləyir saxta cinayət işi açır, insanların var-dövlətini əlindən alır, bu yolla külli miqdarda var-dövlət əldə edərək varlaşırlar. Elnur Yusubovun öyrətdiyi Quliyev Hikmət Qənimət oğlu mal heyvanlarını yerimə salıb otarır, deyir ki, bu yer mənimdir. Mən ona iradlarımı bildirdikdə məni söyür, təhqir edir, maşınla mal-heyvanı vurur, mənə yumruq atır, öldürməklə hədələyir. O bu işləri ona görə edir ki, mən onu vurum və mənə cinayət işi açılsın. Mən dəfələrlə 102-yə zəng vurmuşam, heç bir reaksiya verilmir. Maraqlıdır ki, mən sonuncu dəfə 102-yə zəng edəndə Təhqiqatın rəisi həmin Elnur Yusubov Hikmətə zəng edib bildirdi ki, bu adam sizdən zəng edib, təcili
ordan çıxıb gedin. Quliyev Hikmət Təhqiqatın rəisi Elnur Yusubovun məxsus olduğu mütəşəkkil dəstə ilə əlbir olduğundan, şantajçı polis işçilərinə pul qazandırdığından rayonda at oynadır, hər gün içkili vəziyyətdə yüksək sürətlə maşın sürür, kimi gəldi söyüb təhqir edir, döyür. Heç bir sürücülük vəsiqəsi olmadığı halda maşın sürür və Yol Polisinin onun ilə heç bir işi olmur. Axırıncı dəfə içkili vəziyyətdə maşını mənim mal-heyvanımın üstünə sürüb, inəyimi vurub. Oğlum ona etiraz etdikdə isə oğlumu yumruq ilə vurub. Biz hadisə yetinə gəldik, Polisə şikayət ərizəsi yazdıq. Lakin yenə də bizim ərizəmizə baxılmadı. Əksinə, Təhqiqatın rəisi Elnur Yusubov Quliyev Hikməti çağırıb izahatını aldı ki, guya oğlum onu çubuqla vurub. Quliyev Hikmətə cinayət işi açmaq əvəzinə mənim oğlumu günahkar çıxardılar. İndi həmin situasiyaya görə Təhqiqatın rəisi Elnur Yusubov məndən nə az, nə çox, 15 min manat pul istəyir. Deyir ki, həmin pulun 10 mini Quliyev Hikmətə, qalan 5 mini isə mənə çatacaq. Quliyev Hikmət fermerdir, pullu adamdır, boy-buxunu da 2 metrə yaxındır, mənim oğlum onu heç bir vəchlə vura bilməzdi, çünki oğlum arıq, sısqa adamdır. Oğlum bədəncə özündən 3, ya 5 dəfə böyük adamı necə döyə bilərdi? 1 həftədir ki, oğlum əsgərliyə gedib, Vətənə xidmət edir, amma Elnur Yusubov ona cinayət işi açıb məndən 15 min pul tələb edir. Pulu gecikdirdiyimə görə Elnur Yusubov Quliyev Hikməti öyrədib üstümə salıb. Quliyev Hikmət məni hədələyir ki, öldürəcəm. Qorxumdan evdən çölə çıxa bilmirəm. Onlar 15 min manatı məndən ona görə istəyirlər ki, elə mənim saxladığım mal-heyvanın qiyməti 15 min edir. Təhqiqatçı Elnur Yusubov 15 min pulu məndən otağında 2 şahidin yanında istədi. İndi də tez-tez çağırtdırır ki, gəl, pulu gətir. Mən 10 ildi mal-heyvan saxlayıram, yayda qızmar istidə, qışda isə qarda-çovğunda çöldə mal-qoyun otarıram, içimi soyuq alıb. Tək mən deyiləm, rayonda kim mal-heyvan saxlayıb artırır, onu bu cür iyrənc üsulla şərləyib var-dövlətini əlindən alırlar. Xahiş edirəm ki, soyğunçuların məni və mənim kimi halal zəhmət adamlarını şərləyərək talan etməsinin qarşısını alın.


Qəhrəmanov Dəmir Dərgah oğlu
Ağcəbədi rayonu Rəncbərlər kənd
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar

    Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinatlar ...

    21-10-2015, 16:20

  • 
  • Goranboya yeni polis rəisi göndərildi

    Goranboya yeni polis rəisi göndərildi ...

    6-02-2014, 14:18

  • 
  • NATORİAD KANTORU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT TƏLƏB EDİR

    NATORİAD KANTORU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT ...

    24-12-2014, 12:14

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45

  • 
  • Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı

    Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı ...

    12-05-2016, 16:40


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu