NATORİAD KANTORU VƏTƏNDAŞDAN 1000 MANAT RÜŞVƏT TƏLƏB EDİR
Ucar rayonu Firdovsi küçəsi ev 21-də yaşayan Həsənova Züleyxa Əli qızı tərəfindən gundemxeber.az saytına şikayət məktubu daxil olmuşdur. Əmin şikayət məktubunu olduğu kimi oxucularımıza təqdim edirik. Hörmətli redaksiya məlumunuz olsun ki, mənim həyat yoldaşım Həsənov Həsən Xəlil oğlu 20 Mart 2014-cü il tarixdə vəfat edib.Onun adına olan hazırda yaşadığımız evimizi oğlum Hüseynin adına keçirmək üçün Ucar Rayon Notariusu Elman Cəlalov məndən 1000 manat rüşvət istəyir. Bu məbləğdə pulumun olmadığını bildirdikdə mənə dedi ki, bu mümkün deyil onda gərək ev birinci sənin adına keçirilsin, sonra da oğlunun adına keçirə bilərsən.Buna görə də Ucar Rayon Notarusu Elman Cəlalov bizi süründürməçiliyə məruz qoyub.Bütün sənədlərimiz hamısı qaydasındadır və ailə üzvülərimiz hamısı buna razıdır ki, ev birbaşa oğlum Hüseynin adına keçirilsin.Mənə hüquqşünaslar bildirirlər ki, notarius yalan deyir bir başa evi oğlunun adına keçirə bilərsiniz.Rüşvətə görə notarus bizi süründürür. Mən Ucar rayon Notarusu Elman Cəlalovun bu qanunsuz əməli barədə Ədliyyə Nazirliyinə elektron müraciət vasitəsi ilə şikayət göndərmişəm.İnanıram ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov şikayətimi obyektiv araşdırıb qanunu tədbir görəcək.Kasıb adamlarıq mənim hardadı artıq pulum ki, Elman Cəlalova rüşvət verim.İstədiyi rüşvəti vermədiyimə görə bizi süründürməçiliyə məruz qoyub.Mən mətbuat vasitəsi ilə Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edirəm; Cənab Nazir Sizdən xahiş edirəm rüşvətxor notarius Elman Cəlalovun barəsində tədbir görəsiniz.Biz Sizə inanırıq xahiş edirik bizə kömək edin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?