GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vətəndaşlıq borcu

Vətəndaşlıq borcu

Tarix: 29-08-2017, 14:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 470
Vətəndaşlıq borcu


Mehman Əliyevin adı o borclular arasında neçənci sıradadır?

“Dövlət üçün hər bir şəxsin vətəndaşlıq borcunu yerinə yetirməsi çox vacibdir”. Bunu deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib. Sonra da təhlilini verib, tutduğu vəzifəyə uyğun olaraq. O təhlilin nə dərəcədə siyasi olub-olmadığını bilmirəm, bilməməyimin də səbəbi Aydın müəllimin proqnoz verməməsidir. O boyda şöbəyə rəhbərlik edir, ancaq proqnoz vermir. Əslində, bundan sonra baş verəcəklərlə bağlı geniş, ətraflı proqnoz olmalıydı. Borcu yerinə yetirməyən nə qədər vətəndaşımız (prezident də vətəndaşdır) var, onlardan neçəsi yapçıdır, neçəsi nazir, nazir müavini, komitə sədri, deputat, neçəsi sadə vətəndaş, neçəsi jurnalistdir? YAP hakimiyyəti illərində nə qədər vətəndaşlıq borcu yığılıb, xarici borcla onun fərqi nədir? O borclular arasında Mehman Əliyev neçənci yerdə dayanır? Bütün bunlar şöbənin işinə birbaşa daxildir. Vətəndaşlıq borcu, onun yerinə yetirilməsində ortaya çıxan problemlər, o borcun yerinə yetirilməməsindən yaranacaq fəsadlar, onlar hamısı detallı təhlil olunmalı, proqnozlar ortaya qoyulmalıydı; şöbənin fəaliyyətinə uyğun olaraq. Bunlar yoxdursa, bəs onda açıqlamanı niyə verirsən?

Vətəndaşlıq borcu


“Hər bir Mehman Əliyev vergisini gizlətsə, onda bu dövlət nə ilə yaşayar? Silahlı Qüvvələrimiz, hüquq-mühafizə orqanlarımız, səhiyyəmiz, məktəblərimiz nə ilə fəaliyyət göstərər?” Yadıma məşhur bir filmdən epizod düşdü: “Əgər sən kənd təsərrüfatı texnikumunu bitirməsəydin, səni baş çoban qoyardılarmı?” Görəsən hər bir Aydın Mirzəzadə vergini ödəsəydi ölkəmiz bu gün hansı durumda olardı? Deməli, ölkənin milyardları ofşor zonalara ötürülür, xalqın sərvəti yağıcasına talanır, hakimiyyətin vəzifələrini ələ alanlar illərdir idarəçiliklə yox, sümürücülüklə məşğuldur. Zaman-zaman özlərinin keçirdikləri məhkəmə proseslərində bu yeyintilər ortaya qoyulur. Araşdırmaçı jurnalistlərin tapıb üzə çıxardıqları bir yana, ölkənin görməli yerlərində, Xəzərin sahillərində, Bakı kəndlərində ucaldılan imarətlər bunların oğurluq yoluyla hansı sərvətlərə sahib olduqlarını göstərmirmi? Aydın Mirzəzadə də daxil hər birinin biznes şəbəkəsi var; bu sıraya hotellər, şadlıq evləri, restoranlar, böyük marketlər, turizm zonalarında koteclər, istirahət mərkəzləri, avtoservislər, regionlarda yüz, bəzən min hektarlarla torpaq sahələrini aid etmək olar. Bütün bunlarsa oğurluq, vergidənyayınma, rüşvət, korrupsiya hesabına qazanılıb. Bəlkə vurub sıradan çıxartdığınız Ziya Məmmədov aldığı maaş hesabına o boyda sərvətlərə yiyələnmişdi? Əli Həsənovlar nə qədər əmək haqqı alır ki, Bakının yarısını ələ keçiriblər. Zaman göstərdi, bu gün ev dustaqlığına atdığınız Eldar Mahmudov dövlətdən çox öz təhlükəsizlıiyinin qayğısına qalıb. Nazirlikdə o boyda cinayətlər, yeyintilər aşkarlandıqdan, MTN az qala tam tərkibdə türməyə salınandan, bir qurum kimi ləğv ediləndən sonra belə özünü qoruya bilir. Dubay, Karlovı Varı və başqa ölkələrdə mülklərin alınmasına verilən pullardan vergi ödənilibmi, Aydın müəllim? Uzun illər vəzifə tutmaq sizlərə xarici dil öyrənməyi də qazandırıb, rəzil günə qoyduğunuz Azərbaycan mətbuatını oxumağınızı heç mən də istəmirəm, özünüzü bilikli göstərmək üçün barı xarici mətbuatı oxuyun. Görün korrupsiyaya bulaşmış məmurlar haqda nələr yazırlar.

Vətəndaşlıq borcu


Mehman Əliyev “hər bir” deyil, bunu Aydın müəllim də bilir. Mehman Əliyev vətəndaşlıq borcunu hər kəsdən daha çox yerinə yetirən, hər fürsətdə o borc üçün çalışanlardandı. Mehman Əliyev dəyərdir. Dəyərlərimizə toxunmayın!


Rövşən Hacıbəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 1033 əcnəbiyə vətəndaşlıq verilib

    Azərbaycanda 1033 əcnəbiyə vətəndaşlıq verilib ...

    4-12-2015, 13:55

  • 
  • Türkiyə 300 min suriyalıya vətəndaşlıq verir

    Türkiyə 300 min suriyalıya vətəndaşlıq verir ...

    9-07-2016, 12:32

  • 
  • Deputat: "Mehriban xanımın adından istifadə edirlər"

    Deputat: "Mehriban xanımın adından istifadə ...

    22-06-2013, 22:58

  • 
  • Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

    Siyavuş Novruzov nazir müavini təyin ediləcək? ...

    30-08-2014, 11:18

  • 
  • ABŞ-ın Türkiyəyə olan borcu açıqlandı - Vaşinqtonun 1 trilyon 244 milyard dollar borcu olduğu ölkə hansıdır?

    ABŞ-ın Türkiyəyə olan borcu açıqlandı - ...

    18-05-2016, 12:24


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu