YAP-çı deputatın Gənclər və Idman Nazirliyində müavin postunə gətiriləcəyi bildirilir
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov yaxın vaxtlarda yüksək vəzifəyə təyin olunacaq. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, YAP-çı deputat Gənclər və Idman Nazirliyində müavin postuna gətiriləcək. Məlumata görə, Siyavuş Novruzov nazir olmaq istəyirmiş. Lakin “yuxarılar” hələ Azad Rəhimovu əvəzləmək istəmədiyindən Siyavuş Novruzov müavin vəzifəsilə razılaşmalı olub. Qeyd edək ki, YAP-ın icra katibinin başqa bir müavini Mübariz Qurbanlı da bir az əvvəl Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?