GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » FATMA ABDULLAZADƏNIN MƏKTƏB DIREKTORU IŞLƏYƏN QOHUMU MƏKTƏBDƏN YIĞDIĞI PULLA XARICƏ ISTIRAHƏTƏ GETDI

FATMA ABDULLAZADƏNIN MƏKTƏB DIREKTORU IŞLƏYƏN QOHUMU MƏKTƏBDƏN YIĞDIĞI PULLA XARICƏ ISTIRAHƏTƏ GETDI

Tarix: 4-09-2017, 13:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 864
FATMA ABDULLAZADƏNIN MƏKTƏB DIREKTORU IŞLƏYƏN QOHUMU MƏKTƏBDƏN YIĞDIĞI PULLA XARICƏ ISTIRAHƏTƏ GETDI

FATMA ABDULLAZADƏNIN MƏKTƏB DIREKTORU IŞLƏYƏN QOHUMU MƏKTƏBDƏN YIĞDIĞI PULLA XARICƏ ISTIRAHƏTƏ GETDI
FATMA ABDULLAZADƏNIN MƏKTƏB DIREKTORU IŞLƏYƏN QOHUMU MƏKTƏBDƏN YIĞDIĞI PULLA XARICƏ ISTIRAHƏTƏ GETDI
FATMA ABDULLAZADƏNIN MƏKTƏB DIREKTORU IŞLƏYƏN QOHUMU MƏKTƏBDƏN YIĞDIĞI PULLA XARICƏ ISTIRAHƏTƏ GETDI
FATMA ABDULLAZADƏNIN MƏKTƏB DIREKTORU IŞLƏYƏN QOHUMU MƏKTƏBDƏN YIĞDIĞI PULLA XARICƏ ISTIRAHƏTƏ GETDI


293 saylı məktəbi n direktoru Maştağa Seyidlərini gic adlandırdı,Məhəbbət Vəliyeva isə direktorun bu özbaşınalığının qarşısında aciz qalıb.

XURAMAN RZAYEVA AZ ÖNCƏ VƏZİFƏSİNİ İTİRMİŞ NÜFUZLU QOHUMUNUN HAVADARLIĞINDAN DAHA BƏHRƏLƏNƏ BİLMƏYƏCƏK





Dərs ilinin bitməsinə baxmayaraq, məktəblərlə bağlı giley-güzarlar səngimək bilmir. Təhsil müəssisələrində, yerli təhsil idarələrində, Təhsil Nazirliyi səviyyəsində həllini tapmayan problemlər kütləvi informasiya vasitələri müstəvisinə çıxır. Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsinin Seyidlər məhəlləsində yaşayan vətəndaş Gülnaz İbadova redaksiyamıza müraciət edərək, qəsəbədəki 293 saylı orta məktəbdə baş alıb gedən korrupsiya hüquqpozmalarından şikayətlənmişdir. Direktor Xuraman Rzayevanın yarıtmaz idarəçilik siyasətindən söz açan G. İbadovanın nəvəsi sözügedən məktəbdə oxuyur. Şikayətçi bildirir ki, sentyabr ayında dərs ili başlayan gündən ta axıra kimi məktəbdə uşaqlardan pul yığılır. Həm də «ənənəvi» sayılan yığım kampaniyalarından («Əlifba bayramı», «Məzun günü», «Müəllim günü», «fond pulu», «süpürgə pulu», «vinetka pulu», «8 Mart», Novruz və Yeni İl şənlikləri və s.) əlavə də pul qoparmaq üçün səbəblər tapılır. Tələblər aqressiv formada ortaya qoyulur, heç kəsə güzəşt edilmir. Şikayətçi həmçinin qeyd edir ki, direktor özü açdırdığı dəftərxana ləvazimatları mağazasında test kitabçalarını özü istədiyi qiymətə satdırır və müəllimlərdən tələb edir ki, şagirdləri məhz həmin dükandakı kitabçaları almağa məcbur etsinlər: «Bütün bunca xərclərin qarşısında isə məktəbdə tədrisin səviyyəsi olduqca qeyri-qənaətbəxşdir. Sınaq imtahanlarında şagirdlərin göstəriciləri sıfra yaxındır. Öyrəndim ki, sınaq imtahanında şagirdlər neyləyirlər — demək, Samirə müəllimə uşağı otuzdurur partada, qarşısına da kitabı qoyub deyir ki, üzündən dəftərə köçürsün, vəssalam. Hazırda Samirə müəllimə analıq məzuniyyətinə çıxdığından dərs ilinin sonuna yaxın onu başqa müəllimə əvəzləyib» G. İbadova məktəb direktorunun kobudluğu ilə seçildiyini, uşaqlara heç bir etik davranış çərçivəsinə sığmayan (qələmə almaq belə məqbul sayılmayan — «Dəryaz»)söyüşlü ifadələr yağdırdığını deyir: «Pensiya yaşı ötməsinə baxmayaraq, Təhsil Nazirliyi Xuraman Rzayevaya yaş senzi tətbiq etməyib. Görünür, onun vəzifədən kənarlaşdırılmasına mane olan başqa səbəb və ya səbəbkar vardır». Şikayətdə qeyd olunanları araşdırmaq məqsədilə 293 saylı məktəbə yollandıq. Yay tətili olduğu üçün məktəbdə insan izdihamı görməyəcəyimizi təxmin etmişdik. Amma həyətə heyvanların salındığını görüncə, başa düşdük ki, ərazi başlı-başına, nəzarətsiz qalıb. Xeyli vaxtdan sonra direktor xəbər tutub məktəbə gəldi. Həm də kürəkəni başda olmaqla iki maşın dolusu yaxın adamlarından ibarət dəstəsi ilə. Olduqca aqressiv görünən həmin dəstəni sakitləşdirən direktor bizimlə söhbətə başlayan kimi elə ilk kəlmələrindən həqiqətən də kobudluğunu müşahidə etdik. Sualı sual dalınca yağdırdı ki, niyə şikayətçinin özünü və barəsində şikayət edilən Samirə müəlliməni özümüzlə gətirməmişik. Anlatmağa çalışdıq ki, şikayət təkcə bir müəllimədən deyil, ümumiyyətlə məktəb rəhbərliyinin, yəni direktor kimi onun özünün yarıtmaz idarəçiliyindəndir. Həm də bildirdik ki, bizim hüquq-mühafizə orqanları kimi istədiyimiz adamı qolundan tutub istədiyimiz yerə aparmaq səlahiyyətimiz yoxdur, əgər istəyirsə, özü həmin şəxsləri dəvət etsin. Ancaq çifayda direktor bizi başa düşmək istəmədi, yürütdüyü siyasəti isə Bakı şəhər Təhsil İdarəsinin tələbləri ilə əlaqələndirdi: «Ordan nə göstəriş verirlər, ona da uyğun fəaliyyət göstəririk». Sonra da şikayətçinin ünvanına nalayiq ifadələr işlətməyə başladı: «O nə zibildir ki, mən onu çağırtdırım?» Biz direktoru etik normalara əməl etməyin vacibliyini xatırladanda təhqiramiz ritorikasını davam etdirdi: «Düz deyirəm, o nə zibildir ki,onu məktəbə çağırtdırım.

İki gün sonra şikayətçi valideyn redaksiyaya zəng açıb xəbər verdi ki, direktor ona əlaltıları vasitəsilə təzyiq göstərib və şikayətini geri götürməyə razı salmağa çalışıb. Ancaq mövqeyindən geri çəkilmək fikrində olmadığını görüncə, daha çirkin üsullara əl ataraq, bu dəfə onun nəvəsini məktəbə aparıb-gətirən taksi sürücüsünü hədələyib və müştərini şərləmək planında iştiraka sövq etdirməyə uğursuz cəhd edib. Şikayətçi həmçinin bildirdi ki, daha əvvəl onun bir nəvəsi də həmin məktəbdə oxuyurmuş, məhz bu kimi neqativ hallara görə ata-anası başqa məktəbə dəyişdirib. Başqa bir mənbədən məlumat almışıq ki, direktor X. Rzayeva indiyədək Prezident Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə ilə qohum olmasından imtiyaz kimi istifadə edirmiş. İyunun əvvəlində Administrasiyanın yeni strukturunun təsdiqlənməsi ilə əlaqədar F. Abdullazadə vəzifəsindən kənarlaşdırıldıqdan sonra belə qənaətə gəlmək olar ki, X. Rzayeva az öncə vəzifəsini itirmiş nüfuzlu qohumunun havadarlığından daha bəhrələnə bilməyəcək və böyük ehtimalla onun özünün də karyera günəşi batmaq ərəfəsindədir. Əldə etdiyimiz digər məlumata görə, Xuraman müəllimə redaksiyamızla məhkəmə çəkişməsinə hazırlaşır və bu məqsədlə hətta vəkillə də məsləhətləşmələr aparır. Vəkil isə internetdəki artıq qüvvədən düşmüş köhnə məlumatlara əsaslanaraq onu ümidləndirib ki, «Dəryaz.az» saytı Mətbuat Şurasının «qara siyahı»sındadır və bu üzdən redaksiyaya hüquq müstəvisində qalib gələ biləcəklər. Xanım direktora məsləhətimiz budur ki, pulunu və vaxtını vəkilə xərcləməsin. Saytımız «qara siyahı»da deyil, araşdırdığımız mövzunu davam etdirmək əzmindəyik. Əlimizdə direktoru mat qoyacaq yetərincə tutarlı faktlar vardır ki, onların da bir hissəsini oxuculara təqdim edirik:
Yeri gəlmişkən xatırladaq ki, «Müəllimlərin etik davarnış qaydaları»nın təsdiqlənməsindən 3 ildən artıq vaxt keçir. Bakı şəhər Təhsil İdarəsi indinin özündə də vaxtaşırı hesabat verir ki, məktəblərdə müəllimlərlə etik davaranış qaydaları barədə maarifləndirici tədbirlər həyata keçirilir. Həmin kodeksi təsdiqləyən nazirin əmrinə görə yeni işə qəbul olunan müəllimlər qeyri-etik davaranışın hər hansı formasına yol verməyəcəkləri barədə təntənəli surətdə (Dövlət Bayrağının altında, Konstitusiyaya əl basaraq) and içməlidirlər. Amma di gəl, əmrdə göstərilməyib ki, X. Rzayeva kimi köhnənin təhsil işçiləri də and içməlidirlər. Elə isə «293″-ün direktoruna da Konstitusiyaya (gərəkirsə, hətta Qurani-Kərimə) də əl basdıraraq and içdirmək, videoqeydə alıb internet resurslarında yerləşdirmək lazımdır. Bəlkə arada özünə baxıb hərəkətlərini korrektə edə.
P.S.70 yaşlı şikayətçi Gülnaz İbadova onu da qeyd etmişdi ki, təxminən 2 il bundan əvvəl Xuraman Rzayeva məktəbin həyətində olan 20 dən çox, 70-80 illik küknar ağaclarını kəsdirib satdırdı.

Direktordan nə səbəbə ağacların kəsilməsini soruşduqda özü də etiraf etdi ki,mən kiməm ki,ağac kəsdirəm. Baş Təhsil İdarəsindən dedilər mən də kəsdirdim.

O ki, qaldı direktorun şagirdlərə-»itin balası», «eşşəyin balası» deyə müraciət etməyə,- onun şəxsən bizə(deyilənlərin hər birini sübut edəcək faktlarımız var)»Valideyin nə zibildi ki, mən ona zəng etdirim»sözündən belə qənaətə gəldik ki,o,şagirdin 70 yaşlı nənəsinə bu sözləri işlədirsə ,nəvəsinə də küçə sözləri işlətməkdən çəkinməz.İnanırıq ki, cənab Mikayıl Cabbarov təqaüd yaşı keçmiş,müəllim adına layiq hərəkət etməyən, dövrün tələbləri ilə uyğunlaşmayan belə kadrları təhsildən uzaqlaşdıracaq, onun yerinə bacarıqlı, gənc kadrları gətirəcək.

Pullu etika dərsi

Təhsil müdirimiz məhəbbət xanım,

Gecəli-gündüzlü çox çalışmışdır.

Bir şox məktəblərə kamera qoymuş,

Neçə lahiyələr hazırlamışdır.



Etika-estetika lahiyəsini

Pul yığmaq xətrinə o, işləmizdi.

Uşaqlar mədəni olmuşdur deyə,

On beş manatdanda pul istəmişdi!



Əgər üç min manat uşaq varsa məktəbdə,

Hər aya qırx beş min pul yığılacaq!

Yüz otuz beş mini görən Məhəbbət

Həmin direktordan razı qalacaq



Nəyinə gərəkdir uşaq sevinci?!

Ona heydərçilər heç lazım deyil!

Özünə gələcək qurur Məhəbbət,

Körpə balaları məhv eliyərək.



Nə qanuna baxır, nə də qaydaya ,

Istədiyi kəsi doğrayır-atır.

Vicdanla işləyən direktorları

Şantaj eyləyərək məktəbdən atır!



Təhsilmi? Biznesmi? Baş açmıram mən!

Dövləti, həm xalqı məhvə aparır.

Nədən gözün yumur thsil naziri?

Deyəsən bu paydan ona da çatır…



Aidiyyatı qurumlara ünvanladığımız müraciətdən sonra mövzunu davam etdirəcəyik.

Bir aydan çoxdur ki,Bakı şəhəri Üzrə Təhsil İdarəsinin rəisi Məhəbbət xanım Vəliyevaya etdiyimiz müraciət cavabsız qalıb.Direktorun isə öz kefindədir. Məktəbə zəng edib qarşı tərəfin mövqeyini öyrənmək istəsək də məktəbdən bildirdilər ki. direktor xaricə istirahətə gedib.Görəsən hansı pulla?

Bax bunu Təhsil Naziri Mikayıl Cabbarov və BŞTİ-nin rəisi Məhəbbət xanım Vəliyeva daha yaxşı bilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yeni direktoru məktəbdən qovdular - (Video)

    Bakıda yeni direktoru məktəbdən qovdular - (Video) ...

    6-12-2013, 17:41

  • 
  • Şikayət: məktəb direktoru pul yığır — Foto

    Şikayət: məktəb direktoru pul yığır — Foto ...

    17-09-2014, 16:32

  • 
  • Qadın məktəb direktorunun biabırçılığı - Azərbaycanda

    Qadın məktəb direktorunun biabırçılığı - ...

    17-01-2014, 14:28

  • 
  • 170 saylı məktəbin direktoru ilə bağlı ilginc iddia

    170 saylı məktəbin direktoru ilə bağlı ilginc ...

    11-09-2015, 16:35

  • 
  • Sumqayıt 22 saylı orta məktəbdə qanunsuzluq: sinif otaqları icarəyə verilir və…

    Sumqayıt 22 saylı orta məktəbdə qanunsuzluq: ...

    17-03-2016, 14:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu